Şirəli Məmmədov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şirəli Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Dəstə, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Partiya ÜİK(b)P (1921)
Fəaliyyəti professor
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni — 1946 "Əməkdə fərqlənməyə görə" medalı — 1939 "Qafqazın müdafiəsinə görə" medalı — 1945 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1945 "Əmək veteranı" medalı — 1977

Şirəli Nəsirzadə Məmmədov (25 dekabr 1904, Dəstə, Ordubad rayonu18 fevral 1984, Bakı) — texnika elmləri doktoru, professor, Azərbaycan EA akademiki.

Həyatı

Məmmədov Şirəli Nəsirzadə Azərbaycanın Naxçıvan MR Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur. 1930-cu ildə dağ-mədən mühəndisi ixtisası üzrə Moskva Dağ-Mədən Akademiyasını bitirmişdir. Maqnitoqorsk filiz mədənində işləmiş, Culfa "Soyuzmərgümüş" kombinatının rəisi olmuşdur. 1938-ci ildə "Böyük filiz yataqlarının işlənilməsi zamanı kameralararası kütlələrin qoparılması məsələlərinə dair" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Moskva Dağ-Mədən İnstitutunun filiz yataqlarının işlənilməsi kafedrasına rəhbərlik etmişdir. Böyük Vətən müharibəsi illərində "Naxduzfiliz"in baş mühəndisi vəzifəsində işləmişdir. 1948-ci ildə Moskvada Əlvan Metallar və Qızıl İnstitutunda "Filiz yataqlarının işlənməsinin yeraltı sistemlərinin seçilməsinin əsas prinsipləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1950-1953-cü illərdə Zaqafqaziyada ən iri filiz-mədən kompleksinin Daşkəsən Dağ-Mədən Kombinatının tikintisinə rəhbərlik etmişdir. 1953-1954-cü illərdə Azərbaycan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, 1956-1959-cu illərdə isə geofizika kafedrasının müdiri olmuşdur. 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasına müxbir üzv seçilmişdir. 1959-1961-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri vəzifəsində işləmişdir. 1965-1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun faydalı qazıntı yataqlarının işlənilməsi kafedrasının müdiri olmuşdur. 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 1970-1982-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun faydalı qazıntıların işlənilməsi kafedrasının professoru olmuşdur. 1958-ci ildən 1984-cü ilə qədər Azərbaycan EA Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) dağ-mədən işləri sektoruna rəhbərlik edərək Azərbaycanda dağ-mədən elminin əsasını qoymuş və onun yaradıcısı olmuşdur.

Elmi fəaliyyəti

Məmmədov Ş.N. dağ-mədən süxurlarının partlayışla dağıdılması, filiz və qeyri-filiz yataqlarının işlənməsi, şaxta üsulu ilə neftin çıxarılmasının, filiz yataqlarının işlənməsinin yeraltı sistemlərinin təsnifatı üzrə mühüm nəzəri və təcrübü əhəmiyyəti olan elmi tədqiqatları yerinə yetirmişdir. Onun faydalı qazıntıların işlənməsi sistemi üzrə fundamental əsərləri dağ-mədən elmini çox zənginləşdirmişdir.

O, ali təhsil müəssisələrinin dağ-mədən fakültəsi tələbələri üçün azərbaycan dilində ilk dəfə yazılmış dərsliklərin və dərs vəsaitlərinin müəllifidir. 220-dən çox elmi əsəri, o cümlədən 23 monoqrafiyası dərc olunmuşdur. Faydalı qazıntıların işlənməsi üzrə çox sayda mütəxəssislər hazırlamışdır.

İstinadlar