Əşrəfi yatağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Əşrəfi yatağı
Ölkə  Azərbaycan
Kəşfi1970
İstismarı1997
Ehtiyatı6 milyon ton
Hasilatçılar:Şimali Abşeron Əməliyyat Şirkəti (ŞAƏŞ) konsorsiumu:
Amoco (30%),
SOCAR (20%),
Itochu (20%),
Unocal (25.5%),
Delta Neft Şirkəti (4.5%)

Əşrəfi yatağı — Xəzərin Azərbaycan sahilində, Bakının 105 kilometr cənub-şərqində, Qarabağ neft yatağının qərbində yerləşən qazneft yatağı.[1][2]

Dan Ulduzu-Əşrəfi bloku

Dan Ulduzu-Əşrəfi bloku üçün ARDNŞŞimali Abşeron Əməliyyat Şirkəti (abr. ŞAƏŞ) konsorsiumu arasında kəşfiyyat, inkişaf və hasilat haqqında istehsal bölgüsü razılaşması (İBR) 14 dekabr 1996 tarixində imzalanmışdır. Müqavilə sahəsi 453 km² idi.[3] Yatağın yerləşdiyi ərazidə suyun dərinliyi 160–180 metr arasındadır.[1] Razılaşmaya əsasən, 3 kəşfiyyat quyusu qalılacaqdı, əgər uğurlu olarsa, istehsalat 2003-cü ildə başlayıb, 2007-ci ildə 7 milyon tona çatacaq hasilat ilə bitəcəkdi. Ümumi kapital investisiyası 2.5 milyard dollar olacağı ehtimal olunur.[4] 3 kəşfiyyat quyusunun qazılmasından sonra Dan Ulduzunda 2 milyon ton neft, 1998-ci ilin yanvar ayında isə, Əşrəfi yatağında 6 milyon ton neft aşkar edilmişdir.[5] 19982001-ci illərdəki kəşfiyyat mərhələsində neftin bir barrelinin qiyməti 20 dollardan aşağı idi.[6] Enerji qiymətlərinin aşağı olması səbəbindən blok kommersiya cəhətdən etibarlı sayılmamış və beləliklə də tərk edilmişdir. 7 mart 2000 tarixində kəşfiyyat müqaviləsi bitmiş və konsorsium tərəfindən yenilənməmişdir.

Sahiblik

Layihə Amoco-nun (BP tərəfindən alınmışdır) operatoru olan Şimali Abşeron Əməliyyat Şirkəti (30%), ARDNŞ (20%), Itochu (20%), Unocal (25.5%) və Delta Neft Şirkəti (4.5%) tərəfindən idarə olunurdu.[7] Şirkət kəşfiyyat üçün ümumi 64,5 milyon dollar sərf etmişdi.[6] Sahənin inkişafı üçün ilk hüquq 1992-ci ildə "Amoco" və "Unocal" şirkətlərinə verilmişdir. Digər tərəfdaşlar 1990-cı illərin ortalarına qatılıblar.

Qazma yeniləməsi

2004-cü ilin əvvəlində ARDNŞ 2007-ci ildə Dan Ulduzu və Əşrəfi yataqlarındakı layihənin canlandırılmasını planlaşdırdığı açıqlamışdı.[8] ARDNŞ 2015-ci ilə qədər 19 quyu qazmağı planlaşdırırdı, bu da 2,76 milyard manat məbləğində sərmayə tələb edirdi.[9][10]

Həmçinin bax

İstinadlar

  1. 1 2 "Подписание новых нефтяных контрактов в рамках нефтегазовой выставки Caspian Oil&Gas-2004 не планируется - президент ГНКАР". Kazakhstan Today. 2004-05-12. 2011-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  2. "AFR Azərbaycanla enerji sahəsində əməkdaşlığın intensivləşdirilməsinin tərəfdarıdır". Interfax Azerbaijan. 2007-05-22. 2011-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  3. Betty Blair. "Dan Ulduzu and Ashrafi. No longer in operation after April 1999". Azerbaijan International. Summer 1998. 2011-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  4. Betty Blair. "Fourth Oil Consortium Signed. Dan Ulduzu and Ashrafi Prospects". Azerbaijan International. Winter 1996. 2011-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  5. Huseynov, Vagif. Caspian oil. Economy and Geopolitics. New York: OLMA-PRESS. 2002. səh. 52. ISBN 5-224-03880-4. İstifadə tarixi: June 28, 2010.
  6. 1 2 "Нет худа без добра. "Ашрафи" нашло судьбу". 2011-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  7. "Wintershall Azərbaycanın dəniz yatağında kəşfiyyat quyusu qaza bilər". Trend News Agency. 2007-03-02. 2011-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  8. "ГНКАР приступит к освоению месторождений "Карабах" и "Ашрафи-дан улдузу"". Day.az. 2004-04-12. 2004-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  9. Nurlana Guliyeva. "Contract of the century, or a day longer than a century..." Region Plus. 2006-02-17. 2011-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  10. "SOCAR. Oil Strategy of Azerbaijan: successes and perspectives". 2008-08-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.

Xarici keçidlər