Qız Qalası SES

"Qız qalası" SES (tam adı: "Qız qalası" su-elektrik stansiyası) — Araz çayı üzərində Azərbaycanİran arasında beynəlxalq sərhədi kəsən bənddir.[1] Azərbaycanın Cəbrayıl rayonunda və İranın Şərqi Azərbaycan ostanı, Xudafərin şəhristanında, Xudafərin SES-dan 12 km aşağıda yerləşir. Həm elektrik enerjisi istehsalı, həm də bölgənin düzənliklərinin suvarılması üçün inşa edilən Araz çayı üzərində üçüncü Azərbaycan–İran birgə layihəsidir. Qız qalası su anbarı 12.000 hektar ərazini su ilə təmin edəcək.[2]

Qız qalası SES
Xəritə
Ümumi məlumatlar
Çay Araz çayı
Sahibi Azərenerji ASC / Şərqi Azərbaycan Regional Su İdarəsi
Əsas xüsusiyyətləri
Elektrik enerjisi gücü 80 MVt
Əsas qurğular
Bənd tipi Torpaq
Bəndin hündürlüyü 37 m
Bəndin uzunluğu 834 m
Yerləşməsi
39°10′45″ şm. e. 47°01′58″ ş. u.HGYO
Ölkə
Yer Cəbrayıl rayonu, Xudafərin şəhristanı
Qız qalası SES xəritədə
Qız qalası SES
Qız qalası SES
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Qız qalası" bəndinin tikintisinin əsas məqsədləri su elektrik enerjisi istehsalı və suvarma idi. Layihə 1977-ci ilin oktyabrında Sovet İttifaqı ilə İran arasında bağlanmış müqavilə əsasında hazırlanmışdır. Layihə 1982-ci ildə tamamlandı.[3]

1993-cü ildə bəndin tikilməli olduğu ərazi Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən işğal altında idi.

1994-cü il iyunun 28-dən iyulun 2-dək Azərbaycan Prezidenti Heydər Əliyevin İrana ilk rəsmi səfəri zamanı layihənin həyata keçirilməsinə dair memorandum imzalandı.[4]

2016-cı ilin fevralında Azərbaycan və İran hökumətləri arasında "Xudafərin" və "Qız qalası" su anbarlarının tikintisi, istismarı, enerji və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.[5][6]

18 oktyabr 2020-ci ildə Azərbaycan bəndin öz tərəfinə aid hissəsinə nəzarəti geri qaytarılıb.[7]

2024-cü il mayın 19-da Azərbaycan Prezidenti İlham Əliyevİran Prezidenti İbrahim Rəisi Qız qalası hidroelektrik kompleksinin inşası yerində görüşərək onu təntənəli şəkildə açmış, həmçinin Xudafərin hidroelektrik kompleksinin istifadəyə verilmişdir.[8][9] Həmin gün Rəisi və digər yüksəkrütbəli İran rəsmiləri Təbrizə gedərkən helikopterin qəzaya uğraması nəticəsində həlak olublar.[10]

İran Prezidenti İbrahim Rəisi (solda) Azərbaycan Prezidenti İlham Əliyevlə (sağda) birlikdə "Qız qalası" su-elektrik kompleksinin açılışında iştirak etmək məqsədilə Azərbaycan-İran sərhədində görüşərkən. (19 may 2024)

Texniki göstəriciləri

[redaktə | mənbəni redaktə et]

Silsilə boyunca bəndin uzunluğu 834 metr, hündürlüyü isə 37 metrdir. Su anbarının həcmi 62 milyon m³-dir. Su buraxma qabiliyyəti 3440 m³/san-dir.

  1. "Xudafərin" və "Qız qalası" su-elektrik stansiyaları
  2. "İran Qız qalası su anbarından istifadəyə hazırlaşır". 2021-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-28.
  3. Reducing Transboundary Degradation in the Kura-Ara(k)s River Basin (updated transboundary diagnostic analysis)
  4. "Tural Gəncəliyev: "Xudafərin" və "Qız qalası" su qovşaqları ilə bağlı məsələ ən yüksək səviyyədə tənzimlənir". 2020-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-28.
  5. "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su-elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
  6. ""Xudafərin" və "Qız qalası" hidroqovşaqları və SES-lərinin tikintisinin davam etdirilməsinə dair mühüm Saziş". 2021-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-28.
  7. "Азербайджан взял под контроль Худаферинский мост в Карабахе, заявил Алиев". 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-28.
  8. Azərbaycan və İran prezidentlərinin iştirakı ilə "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız qalası" hidroqovşağının açılış mərasimi keçirilib
  9. "Qiz-Qalasi Dam symbol of cooperation between Tehran, Baku". 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-28.
  10. PM Shehbaz announces day of mourning on Tuesday for Iranian helicopter crash victims