Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Şəfəq və Asiman | |
Ölkə | Azərbaycan |
Region | Xəzər dənizi |
Kəşfi | 2009 |
İstismarı | 2023 |
Hasilatçılar: | BP (50%), SOCAR (50%) |
Şəfəq və Asiman — Xəzərin Azərbaycan sahilində, Bakının 125 kilometr cənub-şərqində yerləşən qaz-kondensat yatağı.[1] Şəfəq və Asiman strukturları əvvəllər müvafiq olaraq D8 və D10 adlanırdı.[2]
Şəfəq və Asiman strukturlarının öyrənilməsi üçün qarşılıqlı anlaşma haqqında memorandum 13 iyul 2009 tarixində imzalanmışdır. İlkin razılığa görə, dəniz bloku BP və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (abr. SOCAR) tərəfindən birgə hazırlanacaqdı. Qarşılıqlı anlaşma haqqında memorandum SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Kəşfiyyat və Hasilat üzrə icraçı direktor Endi Aynqilis tərəfindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və keçmiş Böyük Britaniya Baş Naziri Qordon Braunun iştirakı ilə imzalanmışdır.[3] Qarşılıqlı anlaşma memorandumundan sonra, BP-nin prezidenti Toni Heyvardın Azərbaycana səfəri zamanı Rövnəq Abdullayev və BP Azərbaycanın prezidenti Rəşid Cavanşirin 6 iyul 2010 tarixində imzalanması ilə əsas kommersiya prinsipləri haqqında razılığa gəliblər.[1][4] Şəfəq və Asiman blokunun inkişafı BP tərəfindən idarə olunan Azəri-Çıraq-Günəşli (AÇG) layihəsinin uzadılması kimi qiymətləndirilir.[5][6] Kəşfiyyat işlərinin 2016-cı ilin ikinci yarısında başlaması və 2017-ci ilin ikinci yarısında davam etməsi gözlənilir.[7]