Səngəçal İES

Səngəçal İESBakının Qaradağ rayonu ərazisində tikilmiş istilik elektrik stansiya.

Səngəçal İES
Xəritə
Ümumi məlumatlar
Sahibi Azərenerji
İstismarçı
Əsas xüsusiyyətləri
Elektrik enerjisi gücü 300 MVt[1]
Yerləşməsi
40°10′46″ şm. e. 49°28′12″ ş. u.
Ölkə  Azərbaycan
Səngəçal İES xəritədə
Səngəçal İES
Səngəçal İES

2008-ci il 23 dekabr tarixdə istifadəyə verilmişdir. Ümumi gücü 300 meqavat olan stansiyanın tikintisinə 2007-ci ilin fevralında başlanıb. Tikinti işlərini Finlandiyanın "Vartsila", İsveçrənin "ABB", Birləşmiş Ərəb Əmirliklərinin "Monolit", Azərbaycanın "Azenko", "İnterenerji" və "Qlobus" şirkətləri yerinə yetiriblər. Bakı şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün nəzərdə tutulub.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Stansiyada əsas yanacaq kimi, qazmazutdan, keçid proseslərində isə dizel yanacağından istifadə edilməsi nəzərdə tutulub. Stansiyanın əsas avadanlığı hər birinin gücü 17 meqavat olan 18 ədəd aqreqatdan ibarətdir. İstehsal olunan elektrik enerjisi 6 ədəd 63 meqavatlıq transformator və 110 kilovoltluq 6 elektrikötürmə xətti ilə enerji sisteminə ötürülür.

Elektrik stansiyasına təbii qazın verilməsi üçün dörd kilometr uzunluğunda kəmər çəkilib qazpaylayıcı stansiya tikilib. Elektrik stansiyası ərazisində yanacaq çənləri, mazutun və dizel yanacağının təmizlənməsi qurğuları, suyun kimyəvi təmizlənməsi qurğuları və yanğınsöndürmə sistemi tikilib. Stansiyaya 3 kilometr uzunluğunda dəmir yolu xətti çəkilib.

Ümumi sahəsi 1400 kvadratmetr olan 3 mərtəbəli inzibati bina və 1500 kvadratmetr sahəsi olan yardımçı bina inşa olunub. Ərazidə 10 minə yaxın müxtəlif ağac və gül kolları əkilib. Elektrik stansiyasının faydalı iş əmsalı 46,4 faiz təşkil edir. Bir kilovat-saat elektrik enerjisinin istehsalı üçün 263 qram şərti yanacaq istifadə ediləcək. Tikinti işlərində 600 nəfərə qədər işçi çalışıb. Burada 200 nəfər daimi işlə təmin olunacaq.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]