Abşeron ritmləri (film, 1970)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Abşeron ritmləri
Janr musiqili
Rejissor Eldar Quliyev
Ssenari müəllifi İmran Qasımov
Operator Rasim Ocaqov
Bəstəkar Polad Bülbüloğlu
Rəssam Kamil Nəcəfzadə
İstehsalçı "Azərbaycanfilm" kinostudiyası
İlk baxış tarixi 3 may 1970, Moskva, RSFSR
Filmin növü tammetrajlı musiqili-bədii televiziya filmi
Müddət 62 dəq.
Ölkələr SSRİ SSRİ
Dil rusca (azərbaycanca dublyaj)
İl 1970
Texniki məlumatlar 7 hissə
1773 metr
Rəng rəngli

Abşeron ritmləri tammetrajlı musiqili-bədii televiziya filmi rejissor Eldar Quliyev tərəfindən 1970-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film incəsənət ustalarının Azərbaycan zəhmətkeşləri qarşısında yaradıcılıq hesabatıdır. Burada tamaşaçılar musiqinin sədaları altında Bakının seyrinə çıxır, Azərbaycan bəstəkarlarının yeni əsərləri ilə tanış olurlar. Filmdə Rəşid Behbudov, Zeynəb Xanlarova, "Qaya" Vokal Kvarteti, Flora Kərimova, Oqtay Ağayev, Rəfiqə Axundova, Vladimir Pletnyov, Rafiq Babayev və onun idarəsilə kvartet, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Polad Bülbüloğlu, Aliyə Ramazanova və Ramiz Məmmədov iştirak edirlər.

Məzmun

Film incəsənət ustalarının Azərbaycan zəhmətkeşləri qarşısında yaradıcılıq hesabatıdır. Burada tamaşaçılar musiqinin sədaları altında Bakının seyrinə çıxır, Azərbaycan bəstəkarlarının yeni əsərləri ilə tanış olurlar. Filmdə Rəşid Behbudov, Zeynəb Xanlarova, "Qaya" Vokal Kvarteti, Flora Kərimova, Oqtay Ağayev, Rəfiqə Axundova, Vladimir Pletnyov, Rafiq Babayev və onun idarəsilə kvartet, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Polad Bülbüloğlu, Aliyə Ramazanova və Ramiz Məmmədov iştirak edirlər.[1]

Film haqqında

2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birgə "Abşeron ritmləri" filminin elektron versiyasını hazırlamışdır.[2]

Filmin heyəti

Filmin üzərində işləyənlər

Rejissor: Eldar Quliyev
Ssenari müəllifi: İmran Qasımov
Operator: Rasim Ocaqov
Rəssam: Kamil Nəcəfzadə
Bəstəkar: Polad Bülbüloğlu[3]

İstinadlar

  1. Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 68–69
  2. "Abşeron ritmləri" filminin elektron versiyası hazırlanıb
  3. "Polad kimi Polad". 2020-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-12.

Mənbə

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 217.

Həmçinin bax