Azərbaycanda təkrar parlament seçkiləri (1998)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Azərbaycanda təkrar parlament seçkiləri
9 avqust 1998
Seçici fəallığı 75%
Rəhbər Heydər Əliyev
Partiya Yeni Azərbaycan Partiyası
Tutulan yerlər 1

Azərbaycanda təkrar parlament seçkiləri (avqust 1998) — 1998-ci ilin avqust ayında Azərbaycanda boş qalmış mandat üçün keçirilmiş təkrar parlament seçkiləri.

Zəmin

1995-ci il parlament seçkiləri və təkrar parlament seçkilərinin ardından formalaşmış I çağırış Azərbaycan Respublikasının Milli Məclisinin 48 saylı Ağdam kənd seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Sofiq Hüseynov 30 dekabr 1997-ci il tarixində 47 yaşında ölmüşdür.[1] Sofiq Hüseynovdan boşalan mandat üçün 1998-ci ilin avqust ayına təkrar seçkilər təyin edilmişdir.

Namizədlər

Deputat Sofiq Hüseynovun ölümündən sonra boşalan yer üçün Azərbaycan Prezidenti Heydər Əliyevin 30 aprel 1998-ci il tarixli, 702 nömrəli Fərmanı 26 iyul 1998-ci il tarixinə yeni seçkilər təyin olunmuşdur.[2] Lakin daha sonra seçki tarixi dəyişdirilmiş və 1998-ci ilin avqust ayının 9-na 48 saylı Ağdam kənd seçki dairəsi üzrə təkrar parlament seçkiləri təyin olunmuşdur.[3] Seçki dairəsi üzrə bitərəf siyasətçi, əməkdar aqronom Yaqub Əhmədov öz namizədliyini irəli sürmüşdür.[4]

Seçki nəticələri








Mandatların siyasi partiyalara görə dağılışı   Bitərəf (100 %)

Seçki nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən 12 avqust 1998-ci il tarixində 85 nömrəli protokolla təsdiqlənmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 19 avqust 1998-ci il tarixində protokola baxmış və onu təsdiqləmişdir. Nəticələrə əsasən 48 saylı Ağdam kənd seçki dairəsi üzrə bitərəf namizəd Yaqub Əhmədov deputat seçilmişdir.[4]

Ümumi

Məntəqə sayı 59
Seçici sayı 46 312
Səslərin sayı 34 826
Seçici aktivliyi (%) 75
Deputat sayı 1

Dairə üzrə

Partiya Namizəd Topladığı səs Səs faizi (%)
Bitərəf Yaqub Əhmədov 17 300 49.7
Ümumi səs 34 826 100.00

İstinadlar

  1. "Öz əcəli ilə ölən, güllələnən, qəriblikdə vəfat edən deputatlar..." 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-29.
  2. "Azərbaycan Respublikası Milli Məclisinə seçkilər üzrə 9 saylı Birinci Xətai, 11 saylı Üçüncü Xətai, 45 saylı Şuşa-Cəbrayıl-Xocavənd və 48 saylı Ağdam kənd seçki dairələrində yeni seçkilərin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-30.
  3. "Azərbaycan Respublikası Milli Məclisinə seçkilər üzrə 9 saylı Birinci Xətai, 11 saylı Üçüncü Xətai, 45 saylı Şuşa-Cəbrayıl-Xocavənd və 48 saylı Ağdam kənd seçki dairələrində yeni seçkilərin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-30.
  4. 1 2 "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 48 saylı Ağdam Kənd seçki dairəsində 1998-ci il avqustun 9-da keçirilmiş təkrar seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi haqqında Azərbaycan Respublikası Adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı". 2021-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-29.