Firari Mustafa Paşa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Firari Mustafa Paşa
osman. خليجى داماد مصطفى پاشا
may 1656 – may 1657
(ləqəbi: Qara)
ƏvvəlkiHasəki Mehmed Paşa
SonrakıŞahsüvarzadə Mehmed Paşa
mart 1656 – may 1656
ƏvvəlkiMərzifonlu Mustafa Paşa
SonrakıTopal Kənan Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi 1671
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Uşağı Mehmed Paşa

Firari Mustafa Paşa (v. 1671, Bəsrə, Bəsrə vilayəti, Osmanlı imperiyası) — IV Murad, Sultan İbrahimIV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

Həyatı

Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra Sultan Muradın silahdarlığına gətirildi. 1643-cü ildə vəzir rütbəsiylə divana daxil oldu. 1644-cü ildə Diyarbəkir, 1649-cu ildə Bağdad, 1650-ci ildə yenidən Diyarbəkir, 1651-ci ildə isə Hələb bəylərbəyi təyin edildi. Bir il sonra vəzifədən alınsa da, 1653-cü ildə yenidən Hələbə, 1655-ci ildə yenidən Diyarbəkirə təyin olundu. 1656-cı ilin martında kaptan-ı dəryalığa gətirilsə də, həmin ilin mayında bu vəzifəsindən istehfa edərək öz istəyilə Misir bəylərbəyliyinə gətirildi. 1657-ci ilin mayında vəzifədən alındı ancaq sədrəzəm Körpülü Mehmed Paşa tərəfindən haqqında açılan təftişdən qorxaraq qaçıb gizləndi. Sədrəzəmin 1661-ci ildə vəfatının ardından üzə çıxdı və Sultan Mehmed tərəfindən bağışlanaraq Van bəylərbəyi təyin edildi. 1663-cü ildə RumeliŞam, 1664-cü ilin avqustunda yenidən Bağdad, 1665-ci ilin iyununda Anadolu, 1666-cı ildə yenidən Şam, 1667-ci ilin aprelində yenidən Bağdad, 1670-ci ildə isə Bəsrə sancaqbəyi oldu. Bu vəzifədə ikən 1671-ci ildə vəfat etdi. Mehmed Paşa adlı oğlu olduğu məlumdur.

Mənbə

  • Sicill-i Osmani IV, səh. 172