Fyodor Kopılov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Fyodor Kopılov
rus. Фёдор Иванович Копылов
bayraq
Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri
bayraq2
27 oktyabr 1956 – 1 sentyabr 1959
ƏvvəlkiAnatoli Quskov
SonrakıAleksandr Kardaşov
Şəxsi məlumatlar
Doğum tarixi 1910[1]
Vəfat tarixi dekabr 1979[1]
Vəfat yeri
Partiya
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı

Təltifləri 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni

Fyodor İvanoviç Kopılov (1910[1]dekabr 1979[1], Belqorod) — Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1956–1959). Rusdur, ÜİK(B)P-nın üzvü (aprel 1932-ci ildən). IV–V çağırış SSRİ Ali Sovetinin deputatı, polkovnik (1952).

Həyatı

1910-cu ildə Rusiya imperiyasının Orlov quberniyasının Bryansk uyezdinin Bejitsya şəhərində yanğınsöndürən ailəsində anadan olub.

1928-ci ildə 2-ci dərəcəli məktəbi, 1931-ci ildə Bejitsyada maşınqayırma institunun iki kursunu bitirib. Eyni zamanda 1928-ci ilin yanvar ayından 1931-ci ilin sentyabar ayındaək "Красный Профинтерн" maşınqayırma zavodunda tornaçı işləyib. 1931-ci ilin sentyabrında Leninqrad Dağ İnstitutunun sürətli hazırlıq institutuna daxil olur. 1932-ci ildə oranı bitirdikdən sonra Karakandada geoloji kəşfiyyat bazasında mexaniki qazma üzrə mühəndis işləyib.

В РККА: с ноября 1932-ci ilin noyabr ayındanFəhlə-Kəndli Qızıl Ordu sıralarında hərbi xidmətdədir. Bir illik kursların kursantı, Əlahiddə Qırmızı bayraqlı Uzaq Şərq Ordusunun 40-cı atıcı diviziyasının 40-cı artilleriya polkunun vzvod komandiri olur. 1934-cü ilin dekabrında tərxis edilir.

1935-ci ilin yanvarından Bejitsyada "Красный Профинтерн" maşınqayırma zavodunun texniki təlimatçısı işləyir. 1935-ci ilin martında Rostov-Don şəhərinə köçür, Azov-Qaradəniz geoloji kəşfiyyat trestində mexaniki qazma üzrə mühəndis işləyir. 1937-ci ilin noyabrından "20 лет Октября" fabrikinin texniki rəhbər,idarə heyətinin sədridir.

1939-cu ilin noyabr ayından partiya işindədir: ÜİK(B)P Rostov vilayət komitəsi kadrlar şöbəsinin yanacaq-energetika və sənaye-nəqliyyat sektorunun təlimatçısı, sektor müdiri.

Böyük Vətən Müharibəsi başlayandan Fəhlə_Kəndli Qızıl Ordu sıralarındadır. Cənub Cəbhəsi 870-ci əlahiddə qaubitsya artilleiya polkunun partiya bürosunun katibi. 1942-ci ilin martında yaralanır, 3262 № — li evakuasiya hospitalıında müalicə edilir (Kislovods, Bakı, Həştərxan) . 1943-cü ilin martından 2102 № — li evakuasiya hospitalıın rəisinin siyasi məsələlər üzrə müavinidir (Stalinqrad), 1944-cü ilin aprelindən 1945-ci ilin noyabr ayınadək 2-ci, 3-cü, 4-cü Ukrayna Cəbhəsinin 31 saylı paylaşma-evakuasiya məntəqəsinin siyasi şöbəsinin baş təlimatçısıdır.

Ordudan sonra Rostova partiya işinə qayıdır: 1945-ci ilin dekabr ayından ÜİK(B)P MK yanında Partiya Nəzarət Komitəsinin nəzarətçisi, 1947-ci ilin may ayındanÜİK(B)P Stalin rayon komitəsinin ikinci katibidir.

1948-ci ilin sentyabr ayından Dövlət Təhlükəsizliyi Nazirliyinə (DTN) işə göndərilir. Aşağıdakə vəzifələri tutur:

  • DTN Krım vilayət üzrə idarəsi kadrlar şöbəsi rəisinin müavini (19 sentyabr 1948 – mart 1949-cu il)
  • DTN Rostov vilayət üzrə idarəsi kadrlar şöbəsi rəisinin müavini (mart 1949 – avqust 1950-ci il)
  • DTN Kursk vilayət üzrə idarə rəisinin kadrlar üzrə müavini (avqust 1950 – 7 aprel 1952-ci il)
  • DTN Kursk vilayət üzrə idarə rəisinin müavini (14 oktyabr 1952 – 16 mart 1953-cü il)
  • DTN Kursk vilayət üzrə idarə rəisi (14 oktyabr 1952 – 16 mart 1953-cü il)
  • DİN Kursk vilayət üzrə idarə rəisi (16 mart 1953 – 24 mart 1954-cü il)
  • DTK Kursk vilayət üzrə idarə rəisi (24 mart 1954 – 9 oktyabr 1956-cı il)
  • Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri (27 oktyabr 1956 — 1 sentyabr 1959-cu il)
  • DTK Kursk vilayət üzrə idarə rəisinin müavini (8 dekabr 1959 – may 1965-ci il).

1965-ci ilin may ayından pensiyadadır. 1966-cı ilin fevralından qazanxana quraşdırma zavodunun texniki təhlükəsizlik şöbəsinin mühəndisi, 1966-cı ilin mart ayından vilayət yoltikinti tresti müdirinin müavini, 1973-cü ilin yanvar ayından vilayət avtomobil yolları inşası və istismarı istehsalat birliyinin texniki şöbəsinin müdiri, idarə rəisinin müavini. 1973-cü ilin mart ayından işləmir, 1977-ci ilin noyabr ayından vilayət avtomobil yolları inşası və istismarı istehsalat birliyinin mühəndisi[2].

Mükafatları

  • II dərəcəli Vətən Müharibəsi ordeni (1945);
  • Qırımızı Ulduz ordeni (1945);
  • 13 medal ;

Mənbə

  • Н.В.Петров, Кто руководил органами госбезопасности, 1941 – 1954 : Справочник.

İstinadlar

  1. 1 2 3 4 Петров Н. В. Кто руководил органами госбезопасности: 1941—1954 (rus.). Мемориал, 2010. ISBN 966-95519-0-0
  2. "Arxivlənmiş surət". 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-21.