Madlen Olbrayt

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Madlen Olbrayt
ing. Madeleine Albright
23 yanvar 1997 – 20 yanvar 2001
Şəxsi məlumatlar
Doğum adı Marie Jana Körbelová
Doğum tarixi 15 may 1937(1937-05-15)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 23 mart 2022(2022-03-23)[3][4] (84 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi[7]
Partiya
Təhsili
Fəaliyyəti diplomat, siyasətçi, yazıçı, politoloq, səfir, universitet müəllimi[d], publisist, nazir, xarici işlər naziri[d]
Uşaqları 3
Dini episkopal kilsə[d]
Elmi fəaliyyəti
Elm sahəsi politologiya[8], xarici siyasət[8], diplomatiya[8], publisistika[8]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Madlen Olbrayt (ing. Madeleine Korbel Albright, əsl adı Mariya Yana Korbelova, çex. Marie Jana Korbelová; 15 may 1937[1][2][…], Praqa, Çexoslovakiya[5]23 mart 2022[3][4], Vaşinqton[6]) — ABŞ-nin ilk qadın dövlət katibi, siyasətçisi.

Həyatı

Madlen Olbrayt 1937-ci ildə Çexoslovakiyanın "Praqa" şəhərində diplomat ailəsində anadan olmuşdur. Valideynləri 1941-ci ildə erkən uşaqlıq illərində, hələ Çexoslovakiyada olarkən yəhudilikdən katolikliyə keçmişdilər. Olbrayt ailəsi ilə birlikdə 1948-ci ildə Çexoslovakiyadan ABŞ-yə köçüb. Onun atası diplomat Cozef Korbel ailəsini Kolorado ştatının Denver şəhərində məskunlaşdırdı və 1957-ci ildə ABŞ vətəndaşı oldu. 1959-cu ildə "Uelsi" kollecini bitirmiş, politologiya sahəsində bakalavr dərəcəsi almışdır. 1968-ci ildə magistr dərəcəsini almışdır.1976-cı ildə isə Kolumbiya Universitetində fəlsəfə doktoru adına layiq görülmüşdür.

1978-ci ildən ABŞ Prezidenti C.Karterin hökuməti dövründə Milli Təhlükəsizlik Şurasının üzvü təyin edilmiş, 19841988-ci illərdə xarici siyasət məsələləri üzrə əlaqələndirici işləmişdir. 1982-ci ildən beynəlxalq münasibətlər üzrə professordur və Corctaun Universitetinin Xarici Siyasət Məktəbindəki "Qadınlar xarici siyasət xidmətində" proqramının direktorudur.

1989-cu ildən Milli Siyasət Mərkəzinin prezidentidir.

M.Olbrayt 1993-cü ilin fevralında Kabinetin üzvü statusunu almış və ABŞ-nin BMT-dəki daimi nümayəndəsi təyin edilmişdir.

1997-2000-ci illərdə prezident Bill Klintonun dövründə ABŞ-nin Dövlət katibi olmuşdur. Çex, polyak, rus və fransız dillərində sərbəst danışır.

Həmçinin bax

İstinadlar