Yeva-Liv adası

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yeva-Liv adası
rus. Остров Ева-Лив
Ümumi məlumatlar
Sahəsi 288 km²
Uzunluğu
  • 28 km
Hündür nöqtəsi 381 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
81°38′ şm. e. 63°00′ ş. u.
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Yeva-Liv adası xəritədə
Yeva-Liv adası
Yeva-Liv adası

Yeva-Liv adasıFrans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi 381 metr təşkil edir. Sahəsi 288 km²-dir. Adanın üzəri çoxillik buzla örtülmüşdür. Ağ Torpaq adaları qrupuna daxildir.

Yerləşməsi

Ada arxipelaqın şimal-şərqində yerləşir. Freden adasından Sars boğazı ilə ayrılır. Ucqar qərb nöqtəsi Klyuv, şimal-şərq nöqtəsi isə isə Mesyaseva burnudur. Ağ Torpaq qrupuna Yeva-Liv adasından başqa Adelaid adası və Freden adası daxildir. Frans-İosif Torpağı arxipelaqının digər adalarından Şimal-Şərq boğazı ilə ayrılır.

Açılış tarıxi

Adanı norveçli Frityof Nansen 10 avqust 1895-ci ildə kəşf etmişdir. O, səhvən Yeva-Liv adasını iki ada hesab etmişdir. Bu adaların birinə həyat yoldaşı Yeva, digərinin isə qızı Livin şərəfinə adlandırmışdır. 1932-ci ildə «Nikolay Knipoviç» gəmisində adalara eskpedisiya təşkil edilir. Nəticədə Liv adasının əslində yarımada olması müəyyən edilir. Ekspedisiya üzvü olan Nikolay Nikolayeviç Zubovun təklifi ilə adaya ikili ad verilir.

Yacınlığında yerləşən adalar

  • Yeva-Liv adasından cənub-qərbdə uzunluğu 2 km olan Adelaid adası adası yerləşir. Bu ada Frityof Nansenin anasının şərəfinə adlandırılmışdır.
  • Yeva-Liv adasından 3 km cənubda, uzunluğu 9, eni 5 km olan Freden adası yerləşir.

Mənbə

  • Frityof Nansen. "Frans-İosif Torpağı xəritəsi" (ingilis). Columbia Center for New Media Teaching and Learning. 2012-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-25.

İstinadlar

Xəritə