Yeva-Liv adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi 381 metr təşkil edir. Sahəsi 288 km²-dir. Adanın üzəri çoxillik buzla örtülmüşdür. Ağ Torpaq adaları qrupuna daxildir.
Yeva-Liv adası | |
---|---|
rus. Остров Ева-Лив | |
Ümumi məlumatlar | |
Sahəsi | 288 km² |
Uzunluğu |
|
Hündür nöqtəsi | 381 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
81°38′ şm. e. 63°00′ ş. u. | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
Ada arxipelaqın şimal-şərqində yerləşir. Freden adasından Sars boğazı ilə ayrılır. Ucqar qərb nöqtəsi Klyuv, şimal-şərq nöqtəsi isə isə Mesyaseva burnudur. Ağ Torpaq qrupuna Yeva-Liv adasından başqa Adelaid adası və Freden adası daxildir. Frans-İosif Torpağı arxipelaqının digər adalarından Şimal-Şərq boğazı ilə ayrılır.
Adanı norveçli Frityof Nansen 10 avqust 1895-ci ildə kəşf etmişdir. O, səhvən Yeva-Liv adasını iki ada hesab etmişdir. Bu adaların birinə həyat yoldaşı Yeva, digərinin isə qızı Livin şərəfinə adlandırmışdır. 1932-ci ildə «Nikolay Knipoviç» gəmisində adalara eskpedisiya təşkil edilir. Nəticədə Liv adasının əslində yarımada olması müəyyən edilir. Ekspedisiya üzvü olan Nikolay Nikolayeviç Zubovun təklifi ilə adaya ikili ad verilir.