Həsrət Cəfərov
Həsrət Cəfərov | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Həsrət Valeh oğlu Cəfərov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Goranboy rayonu, Azərbaycan |
Boyu | 172 sm. (5 ft 8 in) |
İdman növü | Güləş |
Karyera illəri | 2008— |
Məşqçisi | Həsən Əliyev |
Həsrət Valeh oğlu Cəfərov (5 oktyabr 2002, Goranboy) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 2023-cü il Avropa Çempionatının qalibi.[1]
Karyerası[redaktə | mənbəni redaktə et]
Həsrət Cəfərov 2017-ci ildə Bosniya və Herseqovinanın Sarayevo şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatının qalibi oldu.[2] 2018-ci ildə isə Həsrət Cəfərov KYRM-da yeniyetmələr arasında Avropa Çempionatının[3] və Xorvatiyada yeniyetmələr arasında Dünya Çempionatının bürünc medallarına sahib oldu.[4]
2019-cu ildə Həsrət Cəfərov iyulda Avropa Gənclər Olimpiya Festivalının qalibi[5] olsa da, Sofiya şəhərində (Bolqarıstan) baş tutan yeniyetmələr arasında Dünya Çempionatını 12-ci pillədə başa vurdu.[6]
2021-ci ilin mayında U23 Avropa Çempionatının bürünc medalına[7] sahib olan Həsrət Cəfərov, iyulda Dortmund şəhərində (Almaniya) baş tutan gənclər arasında Avropa Çempionatının[8], avqustda isə Ufa şəhərində (Rusiya) baş tutan gənclər arasında Dünya Çempionatının[9] qalibi oldu. Daha sonra Həsrət Cəfərov Dünya Çempionatlarında debüt elədi.[1] Oslo şəhərində (Norveç) baş turnirin bürünc medal uğrunda görüşündə məğlub olan Həsrət Cəfərov turniri beşinci pillədə başa vurdu.[10] Həmin ilin noyabrında Belqrad şəhərində (Serbiya) baş tutan U23 Dünya Çempionatında da Həsrət Cəfərov qızıl medala sahib oldu.[11]
2022-ci ildə isə Həsrət Cəfərov əvvəlcə martda Budapeşt şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.[12] Daha sonra Həsrət Cəfərov Roma şəhərində Matteo Pellicone Turnirinin[13] və Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının qalibi oldu.[14] Sentyabrda Belqrad şəhərində (Serbiya) baş tutan Dünya Çempionatını isə Həsrət Cəfərov bürünc medalla başa vurdu.[15]
2023-cü ildə Həsrət Cəfərov əvvəlcə Xorvatiyanın Zaqreb şəhərində baş tutan Zagreb Open beynəlxalq turnirində mübarizə aparsa da, turniri 26 idmançı sırasında 20-ci pillədə başa vurdu.[16] Apreldə isə Həsrət Cəfərov Avropa Çempionatında mübarizə apardı.[1] 1/8 final mərhələsində Portuqaliya nümayəndəsi Pedro Kaldasa 2:1, 1/4 final mərhələsində Norveç nümayəndəsi Havard Yorgensea 8:1, 1/2 final mərhələsində isə Türkiyə nümayəndəsi Murad Fırata 8:1 hesabları ilə qalib gələn Həsrət Cəfərov, turnirin final görüşündə Gürcüstan nümayəndəsi Coni Xetsurianiya 3:2 hesabı ilə qalib gəldi və Avropa Çempionatının qalibi oldu.[17] İyulda Macarıstanın Budapeşt şəhərində baş tutan Polya İmre beynəlxalq turnirində bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qızıl medalına sahib olan Həsrət Cəfərov sentyabrda Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatını final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu.[1] Bu nəticələrə əsasən Həsrət Cəfərov həm də 2024-cü ildə baş tutacaq Paris Olimpiadasına lisenziyaya sahib oldu.[1]
Nəticələri[redaktə | mənbəni redaktə et]
Yeniyetmələrin Avropa Çempionatı | Bos. və Herseqovina | |||
Yeniyetmələrin Avropa Çempionatı | KYRM | |||
Yeniyetmələrin Avropa Çempionatı | Xorvatiya | |||
Avropa Gənclər Olimpiya Festivalı | Azərbaycan | |||
Yeniyetmələrin Avropa Çempionatı | Bolqarıstan | |||
U23 Avropa Çempionatı | KYRM | |||
Gənclərin Avropa Çempionatı | Almaniya | |||
Gənclərin Dünya Çempionatı | Rusiya | |||
Dünya Çempionatı | Norveç | |||
U23 Dünya Çempionatı | Serbiya | |||
Avropa Çempionatı | Macarıstan | |||
Matteo Pellicone Turniri | İtaliya | |||
İslam Həmrəyliyi Oyunları | Türkiyə | |||
Dünya Çempionatı | Serbiya | |||
Zagreb Open | Xorvatiya | |||
Avropa Çempionatı | Xorvatiya | |||
Polya İmre Turniri | Macarıstan | |||
Dünya Çempionatı | Serbiya |
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 3 4 5 International Wrestling Database. "HASRAF JAFAROV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2022.
- ↑ International Wrestling Database. "2017 // European Championship // Cadets // Greco-Roman // 42 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2018 // European Championship // Cadets // Greco-Roman // 51 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2018 // World Championship // Cadets // Greco-Roman // 51 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2019 // European Youth Olympic Festival // Cadets // Greco-Roman // 60 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2019 // World Championship // Cadets // Greco-Roman // 60 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2021 // European Championship // U23 // Greco-Roman // 67 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2021 // European Championship // Juniors // Greco-Roman // 67 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2021 // World Championship // Juniors // Greco-Roman // 67 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2021 // World Championship // Seniors // Greco-Roman // 67 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2021 // World Championship // U23 // Greco-Roman // 67 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2022 // European Championship // Seniors // Greco-Roman // 67 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2022 // Matteo Pellicone Tourrnament // Seniors // Greco-Roman // 67 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2022 // Islamic Solidarity Games // Seniors // Greco-Roman // 67 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2022 // World Championship // Seniors // Greco-Roman // 67 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2023 // Zagreb Open // Seniors // Greco-Roman // 67 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2023 // European Championship // Seniors // Greco-Roman // 67 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.