Urvan rayonu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Urvan rayonu

43°30′ şm. e. 43°53′ ş. u.


Ölkə
İnzibati mərkəz Nartkala
Tarixi və coğrafiyası
Yaradılıb 1 sentyabr 1921
Sahəsi
  • 458 km²
Əhalisi
Əhalisi
  • 75.558 nəf. (2023)[2]
Rəsmi sayt
Urvan rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Urvan rayonu (kab.-çərk. Аруан куей, qaraç.-balk. Урван район[3]) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Nartkala şəhəridir.

Coğrafiyası

Urvan rayonu Kabarda-Balkariya Respublikasının mərkəzi hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: şimalda ProxladnenskiBaksan rayonları, şərdə Mayski rayonu, cənub-şərqdə Leskenski rayonu, cənubdan Çerek rayonu, , qərbdən isə Çeqem rayonu. Rayonun sahəsi 458,10 km²-dir.

Tarixi

Kabardin Muxtar Vilayətinin yaradılması haqqında Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin 1 sentyabrın 1921-ci il fərmanı ilə həmçinin Urvan daireəsidə təşkil olunur. 12 avqust 1926-cı ildə rayon aşağıdakı kənd sovetliklərindən ibarət idi: Staro-Çerekski, II Leskenski , Staro-Leskenski, Uruxski, Arqudanski, Staro-Uruxski, Jemtalinski, Psıqansuevski, Kaxunski, Nijne-Çerekski, Ozrekovski.

24 sentyabr 1926-cı ildə II Leskenski kənd sovetliyindən Erokkovski (Erokko kəndi), Psıqansuevski kənd məclisindən isə Zaraqijski (Zaraqij kəndi) ayrılır[4].

Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin 30 sentyabr 1931-ci il tarixli qərarı ilə Urvan dairəsi Urvan rayonuna çevrildi.

1937-ci ildə Urvan rayonu iki hissəyə bölünür. Nəticədə ərazisinin bir hissəsində Leskenski rayonu qurulur.

1944-cü ildə Jemtalinski və Zaraqijski kənd sovetlikləri Urvan rayonundan ayrılaraq Sovetski rayonuna birləşdirilir.

1962-ci ildə Urvan, Leskenski və Sovetski rayonlarının torpaqlarını, həmçinin Çeqem rayonunun Qermençik və Nartan kənd sovetliklərini özündə birləşdirən Urvan kənd rayonuna çevrildi.

1964-cü ilin sonunda Urvan kənd rayonu yenidən Urvan rayonuna çevrildi. Sovet rayonu əvvəlki sərhədlərinə qaytarılmış, Nartan kənd sovetliyi isə Çeqem rayonuna verilmişdir.

8 avqust 2003-cü ildə Kabarda-Balkariya Respublikası Parlamenti inzibati mərkəzi Anzorei kəndində olan Leskenski rayonunu yenidən təsis etdi.

2005-ci ildə rayonda yerli idarələr ləğv edildi. Nəticədə isə 1 şəhər və 11 kənd yaşayış məntəqəsi statusu daşıyan 12 bələdiyyə quruldu.

Əhali

Urbanizasiya

2019-cu il 1 yanvar tarixinə əsasən şəhər şəraitində (Nartqala ş.) rayon əhalisinin 41.47 % yaşayır.

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
Kabardinlər 57 795 80,51 %
ruslar 8 160 11,37 %
türklər 3 685 5,13 %
digərləri 2 093 2,92 %
milliyyətini bildirməyənlər 49 0,07 %
ümumi 71 782 100,0 %
Cins tərkibi

2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[6]:

Yaş Kişilər,
nəf.
Qadınlar,
yaş.
Ümumi
say.
ümumi əhaliyə
olan nisbət, %
0 — 14 yaş 7 250 6 892 14 142 19,70 %
15 — 59 yaş 23 450 25 535 48 985 68,24 %
60 yaşdan yuxarı 3 071 5 584 8 655 12,06 %
ümumi 33 771 38 011 71 782 100,0 %

Kişilər — 33 771 nəf. (48,0 %). Qadınlar — 38 011 nəf. (52,0 %)[7].[8].

Əhalinin orta yaşı — 34,4 yaş. Kişilərin orta yaşı — 32,6 yaş. Qadınların orta yaşı — 36,1 yaş.

İstinadlar

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2023 года (с учётом итогов Всероссийской переписи населения 2020 г.)" (rus). 2023-08-18. İstifadə tarixi: 2023-08-23..
  3. Официальный сайт Урванского муниципального района Кабардино-Балкарской Республики. Постановления главы администрации Урванского муниципального района Arxivləşdirilib 2015-06-14 at the Wayback Machine См. официальные наименования муниципального образования на языках народов КБР в официальных документах местной администрации
  4. Административно-территориальные преобразования в Кабардино-Балкарии. История и современность. — Нальчик : Эль-Фа, 2000. — 730 с.
  5. "Том4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
  6. "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
  7. "Численность населения КБР по итогам Всероссийской переписи населения 2010 года". 2016-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-14.
  8. "Численность населения КБР по итогам Всероссийской переписи населения 2010 года". 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-17.

Mənbə