Çapar — Azərbaycan Respublikasının Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çapar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir.[3] 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çapar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Çapar kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Çapar | |
---|---|
40°09′13″ şm. e. 46°25′26″ ş. u.HGYO | |
Ölkə | |
Region | Ağdərə rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.183 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Yaşayış məntəqəsini 1887-ci ildə keçmiş Zəngəzur mahalının Qaraqışlaq, Zamzur və Tatev kəndlərindən çıxmış ailələr Caparxana adlanan poct məntəqəsinin yerində salmışlar. Keçmışdə poctu aparan dövlət qulluqçularına capar deyilirdi.[4]
Çapar kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çapar kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.
5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[5]
Kənd Qarabağ silsiləsinin yamacında yerləşir.