Tatar (Zəngilan)

TatarAzərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd.[1]

Tatar
39°03′33″ şm. e. 46°43′09″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Zəngilan rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 455 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Tatar xəritədə
Tatar
Tatar

Tatar kəndi dağətəyi ərazidədir. Keçmış adı Kosakan Tatar olmuşdur. Əhali arasında Tatar Kosalar, Əhmədbəy Tatar da adlanır. Yaşayış məntəqəsini XIX əsrdə Qubadlı rayonunun Tatar kəndindən gəlmiş ailələr Kosakan adlı kəndin ərazisində məskunlaşaraq salmışdılar. Bu kəndin əvvəlki sakinləri isə vaxtilə Cənubi Azərbaycan ərazisinə köçərək orada məskunlaşmışlar. Oykonim qədim türk dillərindəki kosak (bağlanmış, birləşmış) sözlərindən və -an (yer, məkan) şəkilçisindən düzəlib, insanların oturaq həyata keçməsi ilə əlaqədar yaranmışdır.[2]

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3]

1886 - cı ilin ailə siyahılarından çıxarılmış Zaqafqaziya vilayəti əhalisinin sayına dair statistik məlumatlara əsasən, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının 2-ci Zəngilan kənd dairəsi, Tatar kəndində 75 tüstü və 345 nəfər şiə təriqətli müsəlman azərbaycan türkü yaşayırdı (mənbədə - "tatarlar")[4].

1921-ci il Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasının nəticələrinə görə Azərbaycan SSR-in Qubadlı rayonunun Zəngilan kənd cəmiyyətinin Yuxarı tatar kəndi ilə I Aşağı tatar kəndində 245 nəfər (91 təsərrüfat) yaşayır, əsas millət türklər (azərbaycanlılar) idi.[5]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Tatar (Zəngilan) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. "Zəngilanın daha 13 kəndi işğaldan azad edildi". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.
  4. Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. Тф. 1893.
  5. Азербайджанская сельско-хозяйственная перепись 1921 года. Вып. 9. Кубатлинский уезд (Издание Аз. Ц. С. У.). Баку. 1922. 52–53.