Əliabad — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Zaqatala rayonunun Əliabad kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Əliabad kənd Soveti ləğv edilərək, Əliabad şəhər tipli qəsəbəsi mərkəz olmaqla Əliabad qəsəbə Soveti yaradılmışdır.[1]
Əliabad | |
---|---|
41°28′42″ şm. e. 46°37′03″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 262 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6218 |
Tarixi abidələr: Pəri qala, qədim qəbristanlıq, Cümə məscidi[2], Mada Əlinin evi, 1000 yaşlı palıd ağacı.
Əliabad qəsəbəsi, rayon mərkəzindən 18 km aralı, Zaqatala-Balakən şose yoluna bitişik bir ərazidə yerləşir. Qəsəbə Qımır, Suvagil, Lahıc, Bəhmədli, Mosul, Yengiyan, Qandax, Əli Bayramlı kəndləri ilə həmsərhəddir. Ərazisi 6089 hektardır.[3]
14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Zaqatala dairəsi, Əliabad şöbəsi, Əliabad kənd cəmiyyəti tərkibinə daxil olan Əliabad kəndində 790 evdə sünni etiqadlı müsəlman ingiloylardan ibarət 4.351 nəfər (2.223 nəfəri kişilər, 2.128 nəfəri qadınlar) əhali yaşayırdı.[4]
13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən qəsəbədə 10.394 nəfər (5.147 nəfəri kişilər, 5.247 nəfəri qadınlar) əhali yaşayırdı.[5]
1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən qəsəbə əhalisi 10.586 nəfər, 1 yanvar 2013-cü il tarixinə isə 10.7 min nəfərdir.[3][6] Rəsmi məlumata əsasən qəsəbə əhalisinin əksəriyyəti azərbaycanlılardır.[3] Qeyri-rəsmi məlumatlara əsasən isə qəsəbə əhalisinin 95 %-ni etnik ingiloylar təşkil edir.[7] Dini mənsubiyyəti, əsasən müsəlman.
Əhalinin əsas məşguliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Qəsəbədə 1 mədəniyyət evi, 3 klub, 4 kitabxana, 2 rabitə şöbəsi, 1 elektron ATS, 1 yanğınsöndürmə məntəqəsi vardır.
Qəsəbədə 4 ümümtəhsil məktəbi və 3 uşaq bağçası fəaliyyət göstərir.
Qəsəbədə 75 çarpayılıq xəstəxana və doğum evi, 6-dan çox aptek mövcuddur.
Zaqatala rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |