Harun və Leyla — Üzeyir bəy Hacıbəyovun altıncı, sonuncu muğam operası.
Harun və Leyla | |
---|---|
Bəstəkar | |
Librettoçu | Üzeyir Hacıbəyov |
Dili | Azərbaycan dili |
Pərdə | 5 pərdə |
Yaradılma tarixi | 1915 |
1915-ci ildə bəstələnmiş, lakin tamaşaya qoyulmamışdır. Librettosunu eyniadlı ərəb dastanının motivləri əsasında Üzeyir bəy Hacıbəyov özü yazmışdır. 5 pərdəli idi. Beş pərdəli operanın klaviri tamamlanmış, fəqət premyera günü ərəfəsində deyilənə görə guya məhv edilmişdi. Görünür, operanın musiqisi müəllifi qane etməmiş və o, həmin əsəri «musiqili pyes» adlandırmışdır. Artıq bu vaxt muğam operasının imkanlarının tükəndiyi fikrinə gələn bəstəkar «Harun və Leyla» dan sonra muğam operası yazmamışdır.