«Arşın mal alan» (ing. Arshin Mal Alan) — Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyniadlı əsəri əsasında Setraq Vartyanın rejissorluğu ilə 1937-ci ildə çəkilmiş ABŞ romantik müzikl filmi. Filmdə Üzeyir Hacıbəyovun adı orijinal müəllif kimi qeyd edilməmişdir.[1]
Arşın mal alan | |
---|---|
ing. Arshin Mal Alan | |
Janr | musiqili film |
Rejissor | Setraq Vartyan |
Prodüser | Setraq Vartyan |
Ssenari müəllifi | |
Baş rolda |
|
Bəstəkar | |
İstehsalçı | Marana Films |
İlk baxış tarixi | 1937 |
Büdcə | 157.000 ₼ |
Ölkə | |
Dil | erməni dili |
Rəng | ağ-qara[d] |
IMDb | ID0129760 |
Zəngin bir fars tacirinin oğlu Əsgər[a] Avropadan evinə qayıdır və evlənməyə hazırlaşır. Əsgər sevgi ilə evlənmək istəyir və öz ölkəsinin evlilik ilə bağlı adət-ənənələrinə qarşı çıxır. O, onun atasının təşkil etdiyi evliliyə qarşı çıxır. Adətə görə, gəlini oğlanın anası seçir. Əsgərin dostu Süleyman ona tövsiyə edir ki, tacir geyimi geysin və səyahətə çıxsın. Beləliklə o, bir qız ilə tanış olacaq və ona vurulacaq. Əsgərin Süleymanın tövsiyəsinə qulaq asır və axırda bir bəy qızına aşiq olur. İlkin mərhələdə qızın valideynləri oğlana qarşı çıxsalar da, cütlük sonunda evlənir.[3]
Aktyor | Rol |
---|---|
Setraq Vartyan | Əsgər |
Lüiza Barsamyan | Gülçöhrə |
Ruben Stepanyan | Süleyman |
Bart Ankin | Asya |
Setraq Zurabyan | Sultan bəy |
Qayuş Sinko | [3][b] | Xəllam
Vram Sakayan | Vəli |
Maşa Zubaryan | Telli |