Firuzə (opera)

Bu məqalə Üzeyir Hacıbəyovun "Firuzə" operası haqqındadır. Digər mənalar üçün Firuzə səhifəsinə baxın.

FiruzəÜzeyir bəy Hacıbəyovun yarımçıq qalmış operası.

Firuzə
Bəstəkar
Yaradılma tarixi 1945

1945-ci ildə yaradılırdı. Librettosu Ü. Hacıbəyov tərəfindən xalq rəvayətləri əsasında yazılmışdır. İlkin adı "Şəhrəbanu" idi. Bəstələnmiş musiqi parçaları arasında Firuzənin ariyası xüsusilə diqqətəlayiqdir. Onun musiqisi həzinliyi, şairanəliyi ilə fərqlənir. Bu ariya melodiyasının ifadəliliyi və oxunaqlığına görə bəstəkarın yazdığı ən gözəl opera ariyalarından biridir. Operanın librettosu Hacıbəyovun "Seçilmiş əsərləri"nin I cildində (B., 1964) çap olunmuşdur. Firuzənin ariyası Moskvada (Y. Fidlerin tərcüməsi ilə — 1949; P. Pançenkonun tərcüməsi ilə — 1956) və Bakıda (Ü. Hacıbəyov. "Seçilmiş ariyalar, romanslar və mahnılar" toplusu. Tərtibçi və redaktor Ə. Abbasov. B., 1975) nəşr edilmişdir.

  • Ü. Hacıbəyovun "Seçilmiş əsərləri"nin I cildi (B., 1964)
  • Ü. Hacıbəyov. "Seçilmiş ariyalar, romanslar və mahnılar". Tərtibçi və redaktor Ə. Abbasov. B., 1975.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]