Riçardson İngiltərənin Yorkşir qraflığının Dyusberi şəhərində Coşua Henri və Şarlotta Mariya Riçardsonun yeganə oğlu olaraq anadan olub. Kembricdəki Batley Grammar School və Triniti Kollecində təhsil alan Ouen buranı təbiət elmləri üzrə birinci dərəcəli fərqlənmə diplomu bitirib. Daha sonra təhsilini London Universitetində davam etdirib.
1900-cü ildə təhsilini başa vurduqdan sonra KembricdəkiKavendiş laboratoriyasında isti cisimlərdən elektrik cərəyanının buraxılmasını tədqiq etməyə başladı və 1902-ci ilin oktyabrında Trinitidə tədqiqatçı oldu.[13] 1901-ci ildə o, qızdırılan naqildən gələn cərəyanın Arrenius tənliyinə bənzər riyazi formada telin temperaturundan eksponensial asılı olduğunu nümayiş etdirdi. Riçardson qanunu kimi tanınan bu qanun özündə: "Əgər mənfi şüalanma metaldan çıxan cisimciklərə bağlıdırsa, doyma cərəyanı s qanununa tabe olmalıdır ." fikirlərini ehtiva edir.[14]
Riçardson 1906-1913-cü illərdə Prinston Universitetindən professor elmi adını aldıqdan sonra 1914-cü ildə Böyük Britaniyaya qayıdıb London Kral Kollecində fizika üzrə Uitstoun professoru olduqdan sonra burada daha sonra tədqiqat direktoru təyin edilir. 1927-ci ildə o, Belçikada Fizika İnstitutunda keçirilən fizika üzrə beşinci Solvey konfransının iştirakçılarından biri idi. 1944-cü ildə təqaüdə çıxan Ouen 1959-cu ildə vəfat edir. o, Brukvud qəbirstanlığında dəfn olunub.
O, həmçinin fotoelektrik effekti, giromaqnit effekti, kimyəvi reaksiyalar zamanı elektronların emissiyasını, yumşaq rentgen şüalarını və hidrogen spektrini araşdıran alimdir.
Riçardson 1906-cı ildə Kavendişdə həmkarı olan Harold Vilsonun bacısı Lilian Vilson ilə evlənir və onların bu nikahdan iki oğlu və bir qızı olur.
Riçardsonun öz bacısı amerikalı fizik (və 1937-ci il Nobel mükafatı laureatı) Klinton Devissonla evlənir. 1945-ci ildə Lilian öldükdən sonra 1948-ci ildə fizik Henriette Rapp ilə yenidən evlənir.
Riçardson 1913-cü ildə London Kral Cəmiyyətinin üzvü seçildi[15] və 1920-ci ildə Hyuz medalına layiq görüldü. O, 1928-ci ildə "termion hadisəsi üzərində işinə və xüsusilə onun adını daşıyan qanunun kəşfinə görə" fizika üzrə Nobel mükafatına layiq görülüb.[16] 1939-cu ildə isə o, Cəngavər medalı ilə təltif olunub.