Avqustun 5 günü (ing. 5 Days of August, ing. 5 Days of War) — Gürcüstan-ABŞ birgə istehsalı olan 2008-ci ilin avqust ayında baş vermiş Rusiya-Gürcüstan müharibəsi haqqında çəkilmiş bədii film. Gürcüstanda film «Haqq yolunda mübarizə» adı altında nümayiş etdirilmişdi və demək olar ki, bütün KİV-də geniş şəkildə ictimaiyyətə təqdim olunmuşdu[3]. Gürcüstanın Diaspora işləri üzrə Dövlət Naziri Mirza Davitayanın bildirdiyinə görə, «qısa zaman içərisində heç bir filmə izləyicilər tərəfindən belə geniş maraq hələ olmamışdı»[4]. Onun sözlərinə görə, Google axtarış sisteminin verdiyi statistik məlumatlar onu göstərir ki, film, hələ Gürcüstan premyerasına 1 həftə qalmış artıq 134 min nəfəri maraqlandırmışdı[5]. Filmə maraq əsasən Gürcüstan və Rusiya əhalisi göstərmişdi[6]. Bundan başqa, Gürcüstanda filmə maraq elə yüksək idi ki, hətta 2009-cu ildə vizyona girmiş «Avatar» filminin reytinqini də ötmüşdü[6].
Avqustun 5 günü | |
---|---|
ing. 5 Days of August | |
Janr | Döyüş |
Əsas mövzu | hərbi müxbir[d], Rusiya–Gürcüstan müharibəsi |
Rejissor | Renni Harlin |
Prodüserlər |
Renni Harlin Corc Lasku Mirza Davitaya Koba Nakopiya |
Ssenari müəllifləri |
Mikko Alanne David Battle |
Baş rollarda |
Endi Qarsia Val Kilmer Riçard Koyl Emmanuel Şriki Rupert Friend Johnathon Schaech Dean Cain Rade Šerbedžija Antje Traue Heather Graham |
Operator | Çekko Vareze |
Bəstəkar | Trever Rebin |
İstehsalçılar |
Georgia International Films Midnight Sun Pictures Rex Media ICF Production |
Distribütor | Anchor Bay Entertainment[d], Netflix |
İlk baxış tarixi | 5 iyun, 2011 (Gürcüstan) |
Filmin digər adları |
Qanlı avqust Müharibənin 5 günü |
Filmin növü | Bədii film |
Müddət | 120 dəq |
Büdcə | 12 mln $[1] |
Gəlir | 316,944 $[2] |
Ölkələr |
ABŞ Gürcüstan |
Dillər | ingiliscə, gürcücə |
İl | 2011 |
Rəng | rəngli |
IMDb | ID1486193 |
Demək olar ki, istehsal başladıqdan və nümayişinə qədər olan müddət ərzində, film həm Gürcüstan, həm də Rusiyada tənqidlərə məruz qalmışdı. Gürcüstan tənqidçiləri (ilk növbədə müxalifət nümayəndələri və jurnalistlər) film istehsalına tənasübsüz surətdə yüksək pul vəsaitlərinin xərclənməsini və onu müşaiət edən reklam kompaniyasına (o zaman üçün ən bahalı Gürcüstan film proyektlərdən biri idi[7]) işarə edirdilər. Rusiyalı tənqidçilər və gürcüstanlı müxalifətçilər müharibə hadisələrin qərəzli canlandırdırılması iddiası ilə filmi tənqid etmişdilər. Onların fikrincə, belə bir film Gürcüstan hakimiyyətinin özünü beynəlxalq siyasi aləmdə reklam etmə kompaniyası üçün ehtiyac olduğundan ərsəyə gətirilmişdi[8].
Film İraqda baş verən hadisələr zamanı, gürcü koalisiya qüvvələrinin kontingent dəstəsinin amerikalı müxbir Tomas Andersin həyatını xilas etməsi ilə başlayır. Həmkarlarının birinin ölümündən sonra, Anders Los-Ancelesə qayıdır, lakin onun Tbilisidə yaşayan köhnə dostları Gürcüstanın şimal sərhəddində gözlənilən böyük hərbi münaqişə ilə bağlı ona məlumat verirlər və bundan sonra Tomas operator yoldaşı Sebastian Qants ilə hadisə cərəyan edən yerə gəlir və Gürcüstanın həyatına qərq olaraq, onların adət-ənənələri ilə dərindən tanış olurlar.
Bu zaman bölgədə Rusiya və Gürcüstan arasında müharibə yetişməkdədir. Əvvəlcə osetinlər, sonradan isə rus qoşunları Gürcüstan ərazisinə atəş açırlar. Gürcüstan sərhəddinə rus ordu və donanması hərəkət edir. Lakin prezident Saakaşvili ölkəni təxribatlara uymamağa çağırır. Bir bələdçi ilə görüşmək üçün Cənubi Osetiyaya istiqamət götürən Anders və Qants yerli toy mərasiminin necə raket hücumuna məruz qaldığına şahid olurlar. Təsirə məruz qalmış sakinləri yardım göstərərkən, baş qəhrəmanlar Tatiya adlı gürcü qızı və bir neçə yaralını Qoridə yerləşən hərbi qospitala daşıyırlar. Lakin Tatiya jurnalistləri onun qohumlarını tapmaq üçün Cənubi Osetiyaya qayıtmağa razı salır.
Avnevi şəhərinə gəldikdə, qəhrəmanlar oraya rus qoşunlarının daxil olmasını görürlər. Sakinləri küçələrə qovurlar, bir əsgər (Mikko Nousiyanen) polis rəisini və bələdiyyə başçısını tələb edir. Onun tələblərini heç kim qulaq asmadığını görən əsgər yaşlı bir qadının ayağını güllələyir. Sonradan tapılan bələdiyyə başçısı və polis rəisinin boğazını kəsirlər, cəsədlərini isə yandırırlar. Bundan sonra qarət və soyğun başlanır. Əsgərlər evləri qarət edirlər və kütləvi şəkildə dinc sakinləri öldürürlər. Rus vertolyotları əhali içərisində qarışıqlıq yaradaraq, atəş açırlar. Bütün bunları jurnalistlər çəkirlər.
Bu qırğın zamanı bir neçə sakin istixanalarda gizlənir. Rus əsgərlərindən biri (Mixail Qomiaşvili) onları görür, lakin görməməzliyə vurur. Sonra, gizlənmiş sakinlər haqqda digər əsgərlər xəbər tuturlar və onları güllələməyə hazırlaşırlar; jurnalistlər onların diqqətini cəlb etməyi qərara alırlar. Əsgərlər onları əsir götürərək, Rusiya qərargahına aparırlar.
Qərargahda qəhrəmanları bölürlər. Rus polkovniki Demidov (Rade Şerbeciya) şahmat oyunu zamanı Anders ilə söhbət edir. Qantsı isə kənddə qırğına rəhbərlik edən həmin döyüşçü dindirir. Məlum olur ki, o, Rusiya tərəfindən cəlb edilmiş, Daniel adında muzdlu kazak komandiridir.
Gözlənilmədən qərargaha Rezo Avalianinin komandanlığı altında gürcü qoşun dəstələri daxil olur. Gürcülərin köməyi ilə qəhrəmanlar rus ordusunun hərəkətləri qeyd olunmuş fleş kartla birlikdə kənddən qaça bilirlər. Daniil özünün snayper tüfəngi ilə jurnalistləri vurmağa çalışır, amma atəş nəticəsində yerli qız həlak olur.
Bu zaman, Saakaşvili ilə keçirilən görüşdə Gürcüstan hökuməti bu vəziyyətin ümidsiz olması qənaətinə gəlir: Gürcüstana 40 min rus işğalçı qrupu daxil olub, bütün qərb KİV-ləri Rusiya tərəfindədir, beynəlxalq ictimaiyyətsə münaqişənin birbaşa müdaxilə etməyərək, mənasız görüş və iclaslar təşkil etməyə üstünlük verəcək. Putin şəxsən orduya başçılığı öz üzərinə götürərək «Saakaşvilini yumurtalarından asacağını» bildirir. Rusiya atəşkəsi pozmaqda davam etməsinə baxmayaraq, Saakaşvili lazımsız itkilərin qarşısını almaq üçün qoşunlarına müqavimət göstərməməyə əmr edir.
Jurnalistlər və Avaliani dəstəsi Tbilisi ətrafında son müdafiə xətti yaratmaq üçün Qoridən çəkilən orduya qoşulurlar. Onlar Andersin xəbər agentliyinin ofisiylə əlaqə yarada bilirlər və peyk ötürücüsünü əldə edirlər. Ancaq bu vaxt şəhəri rus qoşunları atəşə tuturlar. Bu döyüşdə Hants yaralanır, Anders isə Daniil ilə əlaqə yarada bilir; o artıq Tatiyanı girov götürüb və mübadiləyə razıdır. Onlar Qorinin mərkəzindəki Stalin heykəlinin yanında görüşürlər. Daniil qızı buraxır və fleşi əldə edir. Lakin fleş kart boşdur, Anders onun içindəki məlumatları artıq Qərbə göndərməyi bacarıb. Birdən Daniil Andersi öpür, sonradan isə onu öldürməyə çalışır. Lakin onun özünü kənddə qırğın zamanı bir neçə mülkini gizlədən əsgər gülləliyir.
Bu zaman şəhərə saysız-hesabsız rus tankları yaxınlaşır. Tankçılar sağ qalmış gürcü əsqərlərini dairəyə alırlar, lakin polkovnik Demidon «qətlləri sona çatdığını» bildirərək, əsqərləri sağ qoyaraq, onların getməsinə imkan yaradır.
Tbilisiyə Polşa, Ukrayna, Litva, Latviya və Estoniya prezidentləri gəlir. Gürcüstan Parlamenti önündə keçirilən mitinq vaxtı Saakaşvili çıxış edərək bildirir ki, «işğalçı güvvələr bizim qapımızın önündədirlər. Bu imperiya çox güclüdür, lakin bizim daha qiymətli bir şeyimiz var, bu da bizim azadlığa olan sevgimizdir». Prezidentlər birləşirlər, ətrafda yığılan insanlar isə əl çalırlar.
Andersin reportajı «Human Rights Watch» -a çatdırılaraq məşhurlaşır. Lakin atəşkəs və ölkəni tərk etmə bəyanatlarına baxmayaraq, rus ordusu Qoridə qalmağa davam edir. Film Gürcüstanın bir neçə sakinin ölü və ya itkin yaxınları haqqında söylədikləri qısa məlumatları ilə sona çatır.
Xəbərdarlığın sonu
Aktyor | Rol |
---|---|
Rupert Frend | Amerikalı reportyor Tomas Anders |
Riçard Koyl | Amerikalı operator Sebastian Ganz |
Vel Kilmer | hollandiyalı jurnalist |
Endi Qarsiya | Gürcüstanın Prezidenti Mixeil Saakaşvili |
Emmanuel Şriki | Tatia |
Hizer Qrem | Miriam Eysner |
Conaton Şek | Rezo Avaliani |
Çəkiliş üçün hələ hazırlıq dövründə filmin adı olmadığından, film haqqda ilk xəbər başlıqlarında onu sadəcə «Renni Harlin layihəsi» və ya «Rusiya-Gürcüstan müharibəsi haqqda film» (ing. Untitled Renny Harlin/Georgia-Russia War Project) adlandırmışdılar. Sonralar ABŞ-də filmin işçi adı «Qanlı avqust» (ing. Red August), Gürcüstanda isə — «Sakartvelo» (ing. Sakartvelo) verilmişdi. Çəkiliş layihəsi mərhələsində film «Gürcüstan» (ing. Georgia) adı ilə tanınmağa başlamışdı. (ilk promo plakat məhz bu ad altında çap olunmuşdu), bu ad ilə film 2010-ci ildə Kann kino festivalında nümayiş edilmişdi[9].
2010-cu ilin sentyabr ayının sonunda filmin adı yenidən dəyişərək «Avqustda 5 gün» (ing. 5 Days of August)[9] sonradan isə, «Avqustun 5 günü» (ing. 5 Days of War) formasına çevrilmişdi. Fransada film «Müharibə durumu» (fr. État de guerre) adı ilə yayımlanmışdır[10]. Yaponiyada nümayiş etdirilməsi məqsədilə filmin adı qısaldırılaraq «5 gün» (yap. 5デイズ) adı altında seyircilərə təqdim olunmuşdu. Məhz bu ad bir sıra yapon saytlarında istehza obyektinə çevrilmişdi[11]. 29 iyun 2011-ci ildə ABŞ premyerasından öncə internetdə filmin yeni posteri və 3-cü treyleri (artıq beynəlxalq «5 Days of War» adı altında) nümayiş edilmişdi[12].
2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra, həmin ilin payız aylarında o vaxt Gürcüstan Parlamentinin üzvü Mirzə Davitaya və filmin gələcək prodüseri David İmedaşvili Santa Monika şəhərində keçirilən American Film Market kinobazarında iştirak etmək məqsədilə yola düşürlər. Onların məqsədi gürcü baxış nöqtəsini əks etdirə bilən bir rejissor tapmaq idi. Daha sonralar, Davitaya bu hadisələri yada salarkən etiraf edirdi ki, o Davidlə birgə səmimi şəkildə bu mövzu ilə maraqlanan və münaqişə barədə film çəkməyə razı olan çoxlu sayda müxtəlif insan tapılacağına inanırdılar. Lakin, vəziyyət kifayət qədər fərqli görünürdü, çünki Davitayanın da dediyinə görə onlar «bu industriyanın necə çalışdığını anlamırdılar». Elə orada onlar təsadüfən artıq kommunistik Rumıniyada böyümüş və kifayət qədər təcrübəli film prodüseri sayılan Corc Lasku ilə görüşürlər. O, real hadisələrə əsaslanan bir ssenari əsasında çəkiləcək film layihəsində iştirak etmək barədə razılığa gəlir. Ssenari ilə az tanınan müəllif Devid Bettl məşğul olmağa qərar verdi. Bu layihə onun karyerasında ilk tam formatlı kommersiya filmi idi. Tezliklə Lasku layihədə iştirak etmək üçün o zaman yaradıcı böhranında olan məşhur rejissor Renni Harlinə təklif sürür, Harlin də çəkiləcək filmin rejissoru olmağa öz razılığını bildirir[13]. Filmin çıxışından sonra, müsahibələrindən birində Harlin söyləyirdi ki, özünə uyğun layihələrin axtarışında olarkən, o tarixi film janrında çəkilişlərə başlamaq istəyir, lakin layihənin maliyyələşdirmə prossesi onu təmamilə qanə etmirdi (digər bir müsahibədə isə Mannerqeym filmi haqqda açıqlama verir). Bu layihənin həyata keçirilə bilinməyəcəyini anlayan Harlin dərin depressiyaya düşür [14], buna əsas bir səbəb də yenə maliyyə problemləri idi[15]. Və məhz bu ərəfədə Cənubi Osetiya münaqişəsi barədə öz aralarında söhbət edən prodüserlə tanış olan Harlin, bu proektə cəlb olunma haqqda təklif alanda çox sevinir və tezliklə həmçinin onu da öyrənir ki, bu münaqişə bir çox insanlara qaranlıq mövzu sayılır[16]. Daha sonralar Harlin etiraf edir ki, ona o zaman bir neçə təklif irəli sürülmüşdü, lakin o həqiqətən «inandığını» seçir[15].
Bundan sonra, Harlin internetdə bu konflikt barədə lazımi məlumatlar yığaraq özü üçün daha bir izah tapır – dünyada yaşayan insanlar əslində bu münaqişə haqqında öyrənmək marağında deyillər, elə post-sovet ölkələri barədə olduğu kimi[16]. Onun sözlərinə görə, o Finlandiyalı ssenari müəllifi və özünün yaxın dostu Mikko Alanla birgə BMT, Avropa Birliyi və Human Rights Watch-un müstəqil ekspertlərin hesabatları tədqiq etmiş və Gürcüstan qaçqınlarının, siyasətçilərin və jurnalistlərin həyat hekayələrini dinləyir[14][17]. Harlin ssenari müəllifi Devid Bettlin orjinal versiyası əsasında filmin ağ-qara variantını yaradır[15]. Araşdırmanın növbəti mərhələsi birbaşa ziddiyyət, konflikti müşahidə edən bir jurnalistlə danışmaq məqsədilə Harlinin Gürcüstana səfəri ilə başlayır. Orada da o müharibəni şəxsən görən gürcülərlə — «bədənində yaralar, gözlərində isə yaşlar olan insanlarla» söhbət etmək imkanı yarandı[15]. Yığılan məlumatlar Harlinin film çəkilişləri üçün artıq lazımi miqdarda idi[18]. Bundan başqa o sonralar dəfələrlə etiraf etdiyi kimi, bu filmin çəkilişləri razı olmağının bir səbəbi də onun bir vaxtlar Sovet İttifaqı ilə müharibə etmiş Finlyandiyada doğulması müəyyən burada bir rol oynamışdır[14][18].
Lakin buna oxşar parallelərin olmasına baxmayaraq, Harlinin əsas istəyi müharibə haqqda universal bir film çəkmək idi. Yəni, onun anlatdığı kimi, Gürcüstan ilə Rusiya arasında yaşanan bu münaqişə real olaraq elə Ruanda, Bosniya və Herseqovina, Cənubi Amerika, İraq, Liviya, Tunis və ya Misir kimi ölkələrdə də baş verə bilərdi. Beləliklə filmin əsas mövzusu bir tərəfdən ciddi problemləri siyasət ilə təmamilə maraqlanmayan yerli sakinlərin dilindən həqiqi hadisələri çatdırmaq, digər tərəfdən isə filmdə seyirci üçün ekşn və əyləncə hissi yaratmaq idi[16].
4 avqust 2009-cu ildə Britaniyanın The Guardian qəzetinə müsahibəsinə Renni Harlin filmin çəkilişlərinə start verildiyi barədə rəsmi açıqlama verdi. Bununla belə o filminin əsas süjeti müharibəyə qarşı olacağını da anlatır (yəni film nə gürcü, nə rus, nə amerikan əleyhinə çəkilməyəcək, o məhz müharibəyə qarşı sloqan altında ekranlaşdırılacaq[19]). Filmin çəkilişləri və aktyor seçimləri artıq başlamışdı, baxmayaraq ki, rəsmi ssenarini Harlin yalnız 2 həftə bundan öncə əldə etmişdi. Çəkilişlər sentyabr ayının ortalarına planlaşdırılmışdı və çəkiliş münaqişə baş verən yerlər ətrafında getməli idi. Filmin büdcəsi o müddət üzrə çox az miqdarda hesaba alınmışdı[20][21]. Filmin icraçı prodüserləri Sindi Kuypers və hələ o zamanlar Gürcüstan Parlamentində üzv olan Mirza Davitaya, prodüserlər isə Harlinin özü və David İmedaşvili seçilmişdirlər[22].
Renni Harlin Kann kinofestivalında olarkən verdiyi müsahibədən[23]
2010-cu ilin oktyabr ayında, Avropa Kino bazarında filmin 15 dəqiqəlik treyler variantını təqdim edərkən, Harlin onu «karyerası ərzində ən şəxsi film» adlandırır. Onun sözlərinə görə, yaratdığı sonuncu filmlər olduqca darıxdırıcı idi və indi o öz rejissurasında dəyişiklik etməyə gərar vermişdir. 2009-cu ildə o bu məqsədlə başqa agentlik ilə müqavilə imzaladı və yeni heyət yığaraq, onlara dərhal yeni bir şey yaratmaları üçün göstəriş verdi[24]. Filmin final mərhələsində Harlinin bloqunda ziyarətçilərin biri The Guardian istinadən qeyd etmişdir ki, müharibəni Rusiya deyil, Gürcüstan başlamışdı, rejissorun özünü isə satqınlıqda ittiham etmişdi. Buna cavab olaraq isə Harlin «ən gözəl şey odur ki, biz demokratiya dövründə yaşayırıq və hər kəs ifadə azadlığı hüququna malikdir» deyərək, öz bloqunda yazmışdı. Və bundan başqa o heç də şübhə etmir ki, Cənubi Osetiya problemi «olduqca çətindir» və o şəxsən bu mövzuya olan marağı dəstəkləyir[25], çünki onun fikrincə bu müharibə haqqında insanlarda az məlumat ona görədir ki, o Pekində keçirilən Yay Olimpiya oyunları zamanı baş verib[26]. Sonralar o filmin real hadisələr əsasında çəkildiyini də qeyd edirdi (baxmayaraq ki, filmdə bəzi uydurulma hadisələrin də yer alıb)[14].
Əgər Harlin filmin ABŞ-də rəsmi premyerasına qədər öz gürcü yönümlüyünü gizlədirdisə, Hollivud aktyorları başqa mövqedən bu hadisəyə yanaşdılar. Belə ki, aktyor Din Keyn sonralar verdiyi müsahibədə bildirirdi ki, çəkiliş briqadası Gürcüstana gəldikdə, müharibə dəhşətləri haqqında onlar gürcü sakinlərinin özlərindən öyrəndilər (Saakaşvilidən də). Onun fikrincə, dünya bu münaqişə haqqda bilməli idi. Conatan Şek hələ çəkiliş zamanı öz bloqunda dəfələrlə filmin Gürcüstanın suverenliyinin qorunması məqsədilə çəkildiyini açıqlayırdı[27]. Oxşar mövqeyi Endi Qarsia da dəstəklədi. Belə ki, Gürcüstanda təşkil olunan film premyerasında iştirak edən Harlin və Qarsiya bildirdilər ki, Gürcüstan, insanların azadlıq və müstəqilliyi üçün mübarizə apardıqları ölkələri simvolizə edir. Bu konteksdə onlar həmçinin Liviyada baş vermiş vətəndaş müharibəsini və 2011-ci il Misir inqilabını da xatırlayaraq, filmin pasifist ruhda çəkildiyini də qeyd etdilər[28]. Sonralar Britaniyanın London şəhərində keçirilən premyerada Harlin söylədi ki, heç bir müharibədə qalib gəlmək olmaz, çünki ona girdikdə artıq itkilər verirsən[26].
2009-cu ilin oktyabr ayının əvvəlində, filmdə rol almaq üçün Hollivud aktyoru Endi Qarsiyanın çəkilişlərə dəvət olunması barədə şaiələr yayılmışdı. O zamanki qeyri-rəsmi məlumatlara görə ona Gürcüstan prezidenti rolu verilmişdi, baxmayaraq ki, o Mixail Saakaşvilidən 11 yaş kiçikdi[29]. Çəkilişlərə hazırlıq məqsədilə Qarsiya Sakkaşvilinin Youtube-da çıxışlarını gözdən keçirərək xüsusi bir ləhcə ilə danışmaq üçün təlim almışdı[30]. 2009-cu ilin noyabr ayında Mixail Saakaşvili Kiyev şəhərinə təşrif buyuraraq, yerli tok-şou olan "Cavab verməyə hazıram" (telekanal "Ukrayna") gələrək, Endi Qarsiyanı müzakirə etdi. O zarafat edərək, «o əlləri ilə heç də məndən az jestikulyasiya etmir. Düşünürəm ki, o bu rolu oynamağı bacaracaq» — deyə qeyd etmişdi[31]. 15 oktyabr 2009-cu ildə Conatan Şek öz bloqunda Gürcüstandakı çəkilişlər barədə yazdı. Onun sözlərinə görə, o Gürcüstan Silahlı Qüvvələrinin kapitan rolunu oynamalı idi, lakin onun nə hər hansı bir müvafiq təlimi, nə də gürcü dili biliyi yox idi. Gürcü dilini öyrədən peşəkar müəllim belə olmadığından, o elə çəkiliş prosesi zamanı gürcülərin köməyi ilə bəzi söz ifadələrini əzbərləməyə məcbur olmuşdu[32].
Kazak Daniel rolu üçün rejissor Harlin özünün yaxın dostu, finlandiyalı aktyor Mikko Nousiayneni çəkilişlərə dəvət etdi. Rolu daha real oynamaq üçün Mikko 2 ay ərzində trenajor zalında məşq edirdi. Daha sonra, artıq Gürcüstanda çəkilərkən təlimatçının başçılığı altında o rus söz və ifadələrini tələffüz etməyə çalışırdı. Aktyor birinci dəfə idi ki, rus dilində danışırdı və bəzi sözlərin mənasını o ümumiyyətlə anlamırdı. Həmçinin kazak obrazını yaratmaq üçün onun bədənində həbsxana döymələrini xatırladan müvəqqəti tatuirovkalar etmişdirlər[33].
Aktyor Rupert Frendin iştirakı haqqda məlumat hələ 2009-cu ilin oktyabr ayında Conaton Şeykin rəsmi bloq səhifəsində verilmişdi[32]. Artıq çəkilişlər bitdikdən sonra, 2009-cu ilin dekabr ayının əvvəlində Collider kinoportalı Frend ilə müsahibəsini internetdə yayımlamışdı. Müsahibədə Frend filmin süjeti və özünün rolu haqqda qısa məlumat verirdi[34].
2009-cu ilin dekabr ayının sonunda aktrisa Emmanuel Şrikinin də film çəkilişlərində iştirak etməsi barədə məlumatlar KİV-ə yayıldı. O zamanki məlumatlara əsasən, Kilmer Rusiya və Gürcüstan münaqişələri arasında qalmış jurnalisti, Şrik isə baş qadın rolunu oynamalı idi[35]. Sonralar Harlin Şrikini bu filmə dəvət etməsini, onun əsl gürcü qızlarına bənzəməsi ilə izah etmişdi. Onun sözlərinə görə, gürcü qızları gözəl üz cizgilərinə və güclü xarakterə malikdirlər. Şriki öz personajı haqqda danışdı; onun sözlərinə görə, qəhrəman qadın bütün film boyu dəyişir – ilk öncə o zorakılığın jurnalistlər tərəfindən çəkilişinə etiraz etsə də, sonda o bu yazıların nə qədər əhəmiyyətli olduğunu anlayır və öz ölkəsi uğrunda sona qədər vuruşmağa hazır olur[36].
Həmçinin artıq o vaxta kimi layihədə Rada Şerbeciyanın və Antye Troenin də iştirakı məlum oldu[37].
Filmin çəkilişləri 5 oktyabr 2009-cu ildə Gürcüstanın Tsalka rayonunda, Kvemo-Kartli bölgəsində və gürcü-osetin konflikti yaxınlığında, Qori şəhərində yerləşən hərbi bazada (Şida-Kartli bölgəsi) start verilmişdi. Bu bölgələrdə Gürcüstan hökumətinin çəkiliş üçün verdiyi tank və digər ağır texnikaların çəlkilişi üçün istifadə olunurdu[38], bu da kompüter qrafikası istifadəsini xeyli azaltmışdı[16].
Qarsiyanın iştirak etdiyi çəkilişlər Tbilisidə, Prezident Saakaşvilinin Avlabar iqamətgahında aparılmışdı. Həmin günün axşamı isə Rustaveli prospektində 10 min insanın "Rusiya ilə müharibə fonunda xalqın birləşməsi demonstrasiyası" səhnəsini çəkmişdilər. Təşkilatçılar Tbilisi sakinlərinə həmin gün masovkada iştirak etməyi xahiş etmişdilər. Hətta bu çəkiliş üçün Rustaveli prospektində avtonəqliyyatın hərəkəti bir müddət dayandırılmışdı[39].
Əlavə çəkilişlər İmereti bölgəsində yerləşən Vardzia kəndində və Tbilisinin yaxınlığında yerləşən Mtsxeta şəhərində keçirilməli idi[40]. Elə o zaman, oktyabr ayının sonunda Gürcüstana bir həftəlik çəkiliş üçün aktyor Vel Kilmer təşrif buyurmuşdu.
Ümumilikdə çəkiliş komandasında 17 ölkədən olan nümayəndə var idi, buna görə də əhəmiyyətli sayda tərcüməçi qismində insan cəlb edilmişdi[14]. Məsələn xüsusi effektlərlə, vizual effektlərlə rus ekspertləri məşğul olurdular[41]. Belə ki, tryuk və xüsusi effektləri Rusiyanın StuntART kaskadyor komandası işləyib hazırlayıdı[42]. Çəkilişlər bitdikdən sonra çəkiliş qrupunun bir hissəsi Tbilisini tərk etmişdi, qalan hissə isə bir həftə ərzində bütün texnikanı konteynerlərə doldurmalı idi[43]. İlk olaraq film ingilis dilində çəkilmişdi. Gürcüstanda nümayiş olunmaq məqsədilə film gürcü dilinə tərcümə olunmuşdu. Filmin səsləndirilməsində gürcü aktyorları Şalva Dumbadze və Şota Kristesaşvili iştirak etmişdilər[44]. Bununla belə, Endi Qarsiyanın oynadığı personajı səsləndirmək üçün aktyoru 5 kandidat arasından seçmişdilər[45].
Filmin dəqiq büdcəsi haqqda olan məlumat son dərəcə ziddiyyətlidir: müxtəlif mənbələrdə filmin büdcəsi 12 milyondan[38] 50 milyon dollara[10] kimi göstərilib. Filmin hələ yaradılma mərhələsində, onun rəsmi sponsoru naməlum idi[38]. Lakin artıq çəkiliş mərhələsində bu layihənin Gürcüstan hakimiyyəti tərəfindən maliyyələşdirilməsi fikri ortaya atılmışdı. Belə ki, Gürcüstanın leyborist partiyasının lideri Şalva Natelaşvili "Alia" qəzetinə verdiyi şərhdə, Saakaşvilinin şəxsən çəkiliş üçün 35 milyon dollar ayırdığını bildirmişdi və bu məlumatı hətta şəxsən keçmiş Dövlət Naziri Georgi Haindrava da təsdiqləmişdi.
Gürcüstan Leyborist Partiyasının Baş katibi İosif Şatberaşvilinin isə iddia etdiyinə görə, Saakaşvili filmin yaradıcılarına şəxsən 100 milyon dollar ayırmışdı[46]. Daha sonra da gürcü müxalifətçiləri ölkə rəhbərliyini filmə sponsorluqda ittiham edirdi. 2009-cu ilin oktyabr ayında, Rusiya qəzetləri Endi Qarsiyanın 500 min dollar, Harlinin isə 450 min dollar qonorar almaları haqqında məlumat yaymışdılar[47].
2009-cu ilin noyabr ayında Mixail Saakaşvili Kiyev şəhərinə gələrək, "Ukrayna" telekanalının tok-şou olan "Cavab verməyə hazıram"da seyircilərin suallarına cavab verərək, Gürcüstan hakimiyyətinin gürcü kinematoqrafına ayrılacaq vəsaitin olmaması səbəbindən, bu filmi maliyyələşdirilməsinin absurd hal olduğunu bildirmişdi[31]. Harlin də eyni baxımından bunu dəstəkləyərək, o, və onun komandasının Gürcüstan hakimiyyətindən heç bir pul almadıqlarını bəyan etmişdi[13].
Ancaq 2009-cu ilin dekabr ayında ABŞ-nin Time jurnalı layihənin müəllifi olan David İmedaşvilinin açıqlamalarını çap etmişdi. Onun sözlərinə görə, filmin ilkin maliyyəsi Gürcüstan hökuməti tərəfindən təmin edilmişdir. Saakaşvili partiyasının üzvü olan filmin prodüseri Mirzə Davitaya əksinə, bu ideyanı dəstəkləyərək, "bu bizim dünyaya əslində nə baş verdiyini göstərmək üçün bir şansımızdır" – deyərək filmin "tarixi faktlara əsaslandığını" vurğulamışdı[48]. Bu məlumat müxalifət tərəfdaşlarının Saakaşvilini yalanda ihtiham etməsinə imkan yaratmışdı[49]. Saakaşvili öz növbəsində, 2009-cu ilin yekunlaşdırılması zamanı filmin çəkilişlərinin dövlət tərəfindən maliyyələşdirilməsi ilə əlaqədar məlumatın yalan olduğunu təkrarlayaraq, filmin "idealist insanlar tərəfindən çəkilmiş və 10 dəfə artıq gəlir qazanacaq sadə kommersiya layihəsi" olduğunu açıqlamışdı[50].
2011-ci ilin aprel ayında konferensiyada çıxış edən prodüser köməkçisi Nika Avaliani ona büdcə haqqda verilmiş suala cavab verməkdən imtina edərək, bütün sualları prodüserin özünə verilməsini məsləhət görmüşdü. Bundan az bir müddət sonra, "Kavkasia" telekompaniyasının sahibi David Akubardiya bildirir ki, onun məlumatlarına əsasən, filmin çəkilişinə 30 milyon dollar xərclənib[51].
Bütün bu büdcə məsələsinə dair suallara, Tbilisi premyerası münasibətilə mətbuat konfransında çıxış edən Harlin, 5 iyun 2011-ci ildə son nöqtəni qoyaraq, filmin büdcəsi cəmi 12 milyon dollar təşkil etdiyini bildirmişdi[7], həmin ilin iyun ayında isə "İmedi" telekanalının efirində baş prodüser Koba Nakopia filmin büdcəsinin 20 milyon dollardan az olduğunu təsdiqləmişdi, lakin yenə də dəqiq miqdarını açıqlamamışdı. Elə aktyor Endi Qarsiyada müqavilənin şərtlərini istinad edərək, bu informasiyanın məxfi olduğunu söyləmişdi[52].
2011-ci ilin iyun ayının ortalarında Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Naziri Nikolas Rurua "Exo Moskva" radiostansiyasına verdiyi müsahibədə öz fikirlərini söyləyərək, dövlətin filmi sifariş etmədiyini, çəkilişlərin isə Gürcüstan-Ukrayna özəl şirkətin maliyyələşdirdiyini demişdi[53].
Filmin çəkilişlərinin ilk foto və video yazıları 2009-cu ilin oktyabr ayında yayımlanmışdı[47]. 2010-cu ilin fevral ayında internetdə filmin («Gürcüstan» adı ilə) ilk promorolik nümayiş edilmişdi[54]. Bu şəkil və videoların əsasında filmin ilk treyleri çəkilmişdi və yalnız 2010-cu ilin iyun ayında çap edilmişdi. Treyler filmin neytral olmadığını bildirənlərin fikirlərinin təsdiqi idi[55].
2010-cu ilin oktyabr ayında Berlinin Avropa kinobazarında (EFM) hazırlanacaq filmin 15 dəqiqəlik qısa treyleri nümayiş olunmuşdu. Treyler özündə Gürcüstanın gözəl peyzajlarından başlayaraq, partlayan avtomobil və rus qoşunlarının işğalının aerofotoçəkilişlərini birləşdirirdi[24].
2010-cu ilin noyabr ayında filmin bu dəfə «Avqustda 5 gün» adlı 2-ci treyleri də seyircilərə təqdim olunmuşdu[56]. Treyler beynəlxalq film saytlarında böyük marağa səbəb olmuşdu; belə ki, bəzi jurnalistlər etiraf etmişdilər ki, əvvəllər bu film haqqında heç bir məlumata sahib deyildilər[57][58], amma onlar həmçinin filmin seyirciyə müəyyən bir maraq yaratdığını da qeyd edirdilər[59][60][61][62].
Filmin çəkiliş mərhələsində, onun 2010-cu ilin may ayında ekranlara çıxmalı olduğu bildirilirdi[43], digər versiyaya görə isə — 8 avqust 2010-cu ildə film izləyicilərə təqdim edilməli idi. Lakin 2010-cu ilin may ayında Kann kinofestivalında filmin sadəcə olaraq ilkin versiyası seyircilərə göstərilmişdi (film «Georgia» adı altında nümayiş olunmuşdu)[9] (festivalın proqramından kənar[63]). 2010-cu ilin sentyabr ayında filmin rəsmi çıxışının 2011-ci ildə baş tutacağı elan edilmişdi. Versiyaların birinə əsasən, filmin dünya premyerası 2011-ci ilin mart ayında Almaniyanın "Berlinale" kinofestivalında keçirilə bilərdi[9]. Filmin növbəti nümayişi yalnız 3 Noyabr 2010-cu ildə ABŞ-nin American Film Market kinobazarında keçirildi. Prodüserlərindən biri Corc Laskunun dediyinə görə, film "çox yaxşı təəssürat yaratdı" və onun nümayişi dünyanın 50 ölkəsində planlaşdırılmışdı. Böyük Britaniya, Fransa və Almaniya dərhal filmin yayım haqqlarını əldə edə bilmişdilər[64] (film nümayiş edildikdən sonra, Harlin tərəfindən bu məlumat təkzib edilmişdi[16]).
14 aprel 2011-ci ildə film Valensiya şəhərində düzənlənən macəra janrında Mostra de Valencia beynəlxalq film festivalında nümayiş olunmuşdu[65][66]. Film müsabiqədənkənar olaraq festivalın bağlanışında göstərilmişdi, nümayiş zamanı orada diaspor üzrə Gürcüstanın dövlət naziri Papuna (Mirzə) Davitaya iştirak etmişdi[67]. Nazirin özündən başqa, gürcü nümayəndə heyəti tərkibində həmçinin müğənni Sofo Nijaradze, bəstəkar Nika Memanişvili və yaradıcı komanda nümayəndələri,[68] həmçinin film prodüseri Koba Nakopia da iştirak etmişdilər[69]. Filmin nümayişinə görə Harlinə kinofestivaldan xüsusi mükafat vermək planlaşdırılmışdı[70]. Festivalın bağlanış mərasimi əsnasında Renni Harlin, filmi Polşa prezidenti Lex Kaçinskiyə həsr etdiyini bildirir[69].
Tbilisidə filmin premyerası 5 iyun 2011-ci ildə «Rustaveli» kinoteatrında təşkil olunmuşdu. Bu hadisə ölkənin həm siyasi, həm də mədəni həyatında böyük bir rezonansa səbəb olmuşdu. Filmin premyerası və ümumilikdə film haqqında olan məlumatlar Gürcüstan KİV-nin əsas başlığı idi. Ölkəyə gələn qonaqlar üçün xüsusi mədəni proqram tərtib edilmişdi, bəzi qonaqlar isə hətta Gürcüstan Prezidenti ilə qörüşə layiq olmuşdular.
Filmin premyerasından bir neçə gün öncə Hollivuddan olan qonaqların və 8 amerikalı konqresmenin səfəri planlaşdırılırdı[71]. Xüsusilə filmin təqdimat mərasiminə Hollivud ulduzları Endi Qarsiya, Renni Harlin, Rupert Frend, Vel Kilmer və filmin çəkilişlərində iştirak etməyən Şeron Stoun də gəlmişdi[72]. Şeron Stoun Tbilisi şəhərinə digər Hollivud ulduzlarından daha tez, premyeradan öncə, 4 iyun tarixində (Şeron Moskva reysi ilə Tbilisidəki "Redisson" hotelinin nömrələrinin birində qaldı) gəlmişdi[73]. Premyeradan öncə Mixail Saakaşvili Şeron Stoun ilə görüşdü, ona öz uşaqlarının və Batumi delfinlərinin fotoşəkillərini göstərdi[72]. Həmçinin qonaqlar üçün Saakaşvili Tbilisinin gecə görünüşünü öz Prezident sarayından kiçik təqdimat şəklində göstərdi[74]. Daha sonra Şeron Tbilisinin mərkəzinə gəzməyə çıxaraq[75] burada Bütün Gürcüstanın katolikosu, Patriarx II İlia ilə görüşdü[76][77]. "Kavkasiya" telekompaniyasının sahibi David Akubardiyanın məlumatına görə, bu iki günlük ziyarət üçün Şeron Stoun 5 milyon dollar qazanmışdı. Lakin "Maestro" telekompaniyasının reportyorları Koba Nakopia ilə əlaqə saxlayaraq bu məlumat barədə soruşurlar, cavabında isə Nakopia bütün məlumatları öyrənəcəyini söz verərək, telefon dəstəyini asır[51].
"Rejisor Renni Harlinin Tbilisidə filmin premyerasından öncə müsahibəsindən."[78]
Rejissor Renni Harlin Tbilisiyə səhər tezdən, iyunun 5-də filmin bütün çəkiliş qrupu ilə təşrif buyurdu. Yerə endikdə o gürcü torpağını öpərək, Gürcüstanın artıq onun 2-ci vətəni olduğunu bildirdi[72][79]. Filmin seansından öncə «Redisson» mehmanxanasında kiçik bir mətbuat konfransı təşkil edildi. Konfransda Harlin filmdə iştirak etmiş aktyorları təqdim edərək, «sevimli Gürcüstana» geri qayıtdığı üçün çox xoşbəxt olduğunu bildirdi[80] və aktyor Endi Qarsiyanın Gürcüstan Prezidentinə bənzədiyini və Prezidentin qalstuku xardal ilə yeməyi çox sevdiyini deyərək zarafat etdi[81]. 5 iyun, filmin premyerası günü, Rustaveli prospektində mühafizəni təmin etmək məqsədilə geniş tədbirlər aparılmışdı. Premyera artıq başlanan zaman, kinoteatrın yerləşdiyi ətraf yollar tamamilə bağlanmışdı[82]. Kinoteatrın foyesində 2008-ci ilin avqust hadisələrinə dair fotostendlər də qoyulmuşdu[83].
Ümumilikdə filmin təqdimatına 840 nəfər qonaq dəvət olunmuşdu[80] (əvvəl isə təqdimatda 1000 nəfər seyircinin olacağı açıqlanmışdı[84]). Hollivud ulduzlarından başqa, filmin premyerasına Gürcüstanın bütün siyasi spektri və 8 amerikan konqressmenindən 4-ü gəlmişdi[72][85]). Kinoteatrda biletlərin giymətləri 5—12 min dollara qədər yüksəlmişdidi. Məsələn, Şeron Stounun yanında əyləşməyə görə, Gürcüstan Parlamentinin deputatı Koba Nakopia (faktiki olaraq «Madneuli» qızıl yatağının sahibi və filmin prodüseri) 20 min lari (12 min dollar) ödəmişdi[86]. Film gürcü dilinə dublyaj olunmuş versiyada nümayiş edilirdi, lakin «Rustaveli» zallarının birində film orjinalda – ingilis dilində göstərilmişdi[7][87].
Gürcü KİV-nin sözlərinə görə, seyircilər filmin sonunda gözyaşları içərisində kinoteatrı tərk edirdilər. Hətta göz yaşı axıdanlar arasında Şeron Stoun da var idi, Renni Harlin isə «gürcülər və Gürcüstan haqqında belə film çəkdiyinə görə fəzr etdiyini» də bildirmişdi[88].
Qonaqların şəkillərini filmin premyerasında Prezident mətbuat-xidmətinin rəsmi fotoqrafı, İrakli Gedenidze çəkirdi[89].
"Rustaveli" kinoteatrından başqa filmin birgə prodüseri Niki Avalianinin dediyinə görə, film həmçinin Tblisinin "Amirani" və "Sakartvelo", həmçinin Gürcüstanın digər şəhərlərində (Rustavi, Kutaisi, Saçxere, Zuqdidi və Poti) də nümayiş olunmuşdu[44]. Film dublyaj şəklində gürcü dilində nümayiş olunurdu. 6 iyun tarixində "Rustaveli" və "Amirani" kinoteatrların piar-meneceri Eliso Kolosanidze filmə böyük marağın olduğunu açıqlamışdı. O həmçinin qeyd etmişdir ki, bu belə davam edərsə, filmin Tbilisi kinoteatrlarında prokat müddəti daha da artırıla bilər[87].
13 iyun 2011-ci ildə Tbilisinin "Amirani" kinoteatrında təntənəli qəbul keçirilərək diplomatlar, Gürcütanda akkreditə edilmiş rəsmi şəxslər və gürcü parlament üzvləri üçün xüsusi olaraq filmin nümayişi təşkil edilmişdir. Tədbirin təşkilatçıları Gürcüstanın mədəniyyət nazirliyi və M|group kompaniyası idi[90]. 8 avqust 2011-ci ildə axşam saatlarında müharibənin ildönümü ilə bağlı olaraq film Qorinin mərkəzi meydanında nümayiş etdirilmişdi. Nümayişdən öncə "Şam aksiyası" keçirilmişdi. Buna paralel olaraq həmçinin müharibəyə həsr olunmuş fotosərgi də keçirilmişdi. Mərasimdə Prezidentin Şida-Kartli bölgəsi üzrə müvəkkili Zurab Arsoşvili, Arxiyepiskop Saba (Qaqiberia), filmin gürcü yaradıcıları və yerli sakinlər iştirak etmişdirlər[91].
Çıxış tarixi/premyerası | Ölkə | Məlumat | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
7 iyun 2011-ci il | {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =
}} |
Filmin Britaniya premyerası Londonun Britaniya Akademiya Film mükafatı birliyində baş tutmuşdu. Premyerada demək olar ki, bütün çəkiliş qrupu, xüsusilə də Endi Qarsiya, Renni Harlin, Conaton Şek, Rade Şerbecia və Din Keyn iştirak etmişdi. Yaradıcılardan başqa, təqdimat mərasimini məşhur aktyor Kennet Krenhem öz qızı Keytlin ilə ziyarət etmişdilər[92]. Filmin nümayişindən sonra, rejissor və aktyorlar Britaniya mətbuatına müsahibə verərək, filmin çəkilişləri haqqında danışdılar[93]. Həmçinin filmin təqdimatından sonra Avqust müharibəsinin qurbanlarının hekayələrindən ibarət kitabın da təqdimatı təşkil olunmuşdu[94]. Lakin filmin seyrçilərə təqdimatı qapalı keçdiyindən, Britaniyada geniş prokata verilməmişdi, bu da Harlini məyus etmişdi[16]. |
21 iyul 2011-ci il | Avstraliya | Avstraliyada film məhdud sayda prokata buraxılmışdı. Film zorakılıq və qeyri senzur söyüş səhnələrinə görə MA15+ reytinqi qazanmışdı[95][96]. | |||||||||||||||
16 avqust 2011-ci il | ABŞ | 16 avqust 2011-ci ildə Nyu-Yorkun «Lendmark» kinoteatrında Harlinin, Endi Qarsiyanın, Frend və Kilmerin iştirakı ilə filmin qapalı nümayişi oldu. Filmin premyerasına kinotənqidçilər, jurnalistlər və gürcü diasporunun üzvləri dəvət olunmuşdu[97]. Göstərişdən əvvəl prodüserlər onun biletlərinin «artıq tam olaraq satıldığını» açıqlamışdılar[98].
ABŞ-də filmin açıq prokatı 19 avqust 2011-ci ildə iki kinoteatrda buraxılmışdı (onlardan biri Nyu York, digəri isə Vaşinqtonda yerləşirdi)[99]. Belə ki, filmin Nyu-Yorkda yeganə nümayiş edən kinoteatr Manhettenin cənubunda yerləşən «Ancelika» kinomərkəzi oldu. Artıq ikinci seansda məlumat agentliklərinin məlumatlarına görə, kinozalda filmi yalnız 10 nəfər seyr edirdi, onlardan birisi isə heç filmin finalını belə gözləmədən oranı tərk etmişdi[100][101]. Filmin nümayişindən sonra, 3 tamaşaçıdan film barədə sorğu soruldu və onlardan yalnızca biri filmə müsbət rəy verdi[101]. Lakin həm rus, həm də gürcü KİV-ləri Rotten Tomatoes portalı tərəfindən çap edilən qiymətləndirilməyə istinadən bildirmişdilər ki, «amerikan kinotənqidçiləri filmə müsbət qiymət vermişdilər»[102][103]. Bütün bunlara baxmayaraq, artıq bir neçə gündən sonra amerika KİV-ləri öz kinoreytinqlərində filmə aşağı qiymət verməyə başladılar[100]. İlk bazar günləri film $6254, ABŞ-də bütün prokat müddətində isə (bir ay müddətində) — $17 479 yığmışdı[104]. Elə həmin ilin sentyabr ayının 2-də film Çikaqonun «Landmark Century Centre Cinema» kinoteatrında da demonstrasiya olunmuşdu[105]. 8 yanvar 2012-ci ildə Los-Anceles şəhərində keçirilən 13-cü Scandinavian Film Festival çərçivəsində filmin xüsusi nümayişi təşkil olunmuşdu[106]. Nümayiş Harlinə «Bridging the Borders Award» mükafatını təqdim edən amerikanın Cinema Without Borders portalı ilə birgə göstərilirdi[107]. | |||||||||||||||
26 avqust 2011-ci il | Kanada | Filmin Kanada premyerası 26 avqust 2011-ci ildə Toronto şəhərinin AMC Yonge-Dundas kinoteatrında baş tutmuşdu(en)[108]. Kanada prokatında film zorakılıq səhnələrinə görə 14A reytinqi qazanmışdı[109]. | |||||||||||||||
27 sentyabr 2011-ci il | Rusiya | Rusiyada film Moskvanın «Pirogi na Sretenke» (rus. Пироги на Сретенке) kafe-klubunda «Avqust 2008: müharibənin 5 günü» adı altında nümayiş olunmuşdu. Filmin nümayişini «Frontlayn v Rossii» (en) jurnalist klubunun koordinatoru Yuri Burtsev təşkil etmişdi. Filmin nümayişindən sonra müzakirə üçün «İmperiya cavab verir...» adlı mövzu da seçilmişdi. Bu mövzu çərçivəsində hər bir şəxs öz mövqeyini ifadə edə bilərdi[110][111]. | |||||||||||||||
1 oktyabr 2011-ci il | Yaponiya | Filmin Yaponiyadakı premyerası 1 oktyabr 2011-ci ildə, Tokionun «Sibuya» kinoteatrında baş tutmuşdu. Yaponiyada filmin prokatını digər filmlərdən 3 dəfə aşağı xüsusi qiymətlə Yapon distribütor ilə əməkdaşlıq «Albatross» şirkəti təşkil etmişdi[11]. | |||||||||||||||
20 oktyabr 2011-ci il | Belçika | Gürcüstan parlamentinin spikeri (en) David Bakradzenin Belçikada Avroparlament nümayəndələri ilə düzənlənən görüş çərçivəsində, müdafiə və təhlükəsizlik üzrə sədr müavini Kşiştov Lizekin təşəbbüsü ilə Avroparlament deputatları üçün xüsusi nümayişi və onunla parallel olaraq nəfis gürcü şərabların dequstasiyası da təşkil olunmuşdu. Nümayişin sonunda Litvadan olan Avroparlament deputatı Vitautas Landsbergis filmin təqdirəlayiq olduğunu və buna görə də onu daha çox insana nümayiş olunmasının vacibliyini bildirdi[112][113]. | |||||||||||||||
23 noyabr 2011-ci il | Estoniya | Estoniyada da tam və dolğun prokat olmasa da, 23 noyabr 2011-ci ildə Tallində keçirilən 15-ci «Qaranlıq Gecələr» (en) adlı kinofestivalda nümayiş olunmuşdu[114]. Film orjinalda (ingilis dilində) və ingilis dilli subtitrlarla seyircilərə göstərilmişdi[115]. Proqramın sonunda film artıq dekabr ayının əvvəllərində Estoniyanın digər şəhərlərində də nümayiş etdirilmişdi (Tartudan başqa)[116][117]. | |||||||||||||||
20 yanvar 2012-ci il | Finlandiya | Harlinin doğma vətənində filmin premyerası 20 yanvar 2012-ci ildə baş tutmuşdu[118]. |
13 iyun 2011-ci ildə[119] (yəni filmin Gürcüstanda və ABŞ-də premyerasından bir həftə sonra) film DVD formatda 2-ci region üçün[120], Blu-ray-də isə B regionu üçün satışa buraxılmışdı[121]. 29 noyabr 2011-ci ildə Şimali Amerikada nümayişindən sonra, film bölgələr üzrə daşıyıcılarda satışa çıxarılmışdı[122][123][124]. Əlavə olaraq reliz Renni Harlinin audioqeydlərini və filmdən silinmiş səhnələr daxil edilir[36].
Filmin həm yaxşı cəhətləri, həm də onun ətrafında gedən söz-söhbət ilə bağlı gürcü tənqidçilər arasında rəddən başlayaraq təmamilə dəstək hissinə qədər tam bir mövqe spektri müşahidə olunurdu.
Mürab Qaqua öz qeydlərində[125]
Belə ki, Georgi Lomsadze döyüş janrı üçün çəkilmiş bir filmin süjetinin həddindən artıq ştamplaşdırıldığını qeyd etmişdi. Onu sənətşünas Qoqi Kvaxaria da dəstəkləyərək, filmdə Saakaşvili obrazının karikatur üslubda olduğunu bildirmişdi. "Liberali" jurnalının tənqidçisi David Buxrikidze filmin "beynəlxalq arenada ölkə imicinin yaxşılaşdırılması və başqasının faciəsinə görə özünün milli maraqlarını təmin etdirilməsinə yönəlmiş cəhd" olduğunu bildirir[38]. Tənqidçi Nino Kakabadzenin açıqlamasına görə, hətta gürcü ekspertləri belə filmdə göstərilmiş faciənin doğruluğuna şübhə ilə yanaşırlar və filmi "propaqandist" adlandırırlar. Onun fikrincə, rejissor keçmiş hadisələri bütövlükdə nəzərə alaraq anlamalı idi ki, bu film nə qədər gürcülərə xoş gəlsə belə, o qədər də ruslar tərəfindən tənqid ediləcək, beynəlxalq seyircilər üçün sə sadəcə olaraq maraqsız görünəcək[126]. Jurnalist Roman Anquladze filmi nə tənqid, nə də tərifləyərək, süjetini daha neytral şəkildə danışır. Buna baxmayaraq, o daha skeptik nöqteyi-nəzərdən film ətrafında yayılan səs-küyə resenziya bildirdi. Və əksinə, Merab Qaqua, özünün prezident yönümlü «Gürcüstan Online» xəbər portalında filmin çıxışını görməməzliyə vurduğuna görə şiddətlə Rusiyanı tənqid edərək real hadisələri təhrif etməyə çalışdığına görə onu hətta ittiham belə edir[125]. Oxşar mövqeyi Gürcüstanın mədəniyyət naziri Nikoloz Rurua da «Exo Moskva» radiostansiyasına verdiyi müsahibədə, filmin «şedevr olmamasına baxmayaraq, çox normal ekranlaşdığını» bildirir və filmin tanınmış rejissor tərəfindən ekranlaşdığını qeyd edərək bunun milyonlarca insanların konflikt barədə həqiqətləri öyrənməyə kömək edəcəyini açıqlamışdı[53].
Akim Salbiyev telefon müsahibəsində[127]
Filmin Londondakı premyerası barədə Şimali Osetiya «Alaniya» DTRŞ-si məlumat verdi ki, film 2008-ci ilin Avqust hadisələrinin gürcü versiyasını dəqiq çatdırır. Osetiyalı jurnalist Akim Salbiyev isə telefonla verdiyi müsahibədə filmi «yalan və uydurma» adlandırdı[128]. Ümumilikdə filmi Vitali Nuriyevdə tənqidi mövqelərlə qiymətləndirdi. O Harlinin bəyanatı ilə filmin ümumi süjetinin bir-birinə uyğun gəlmədiyini vurğuladı (məsələn filmin süjeti nəyəsə görə Cənubi Osetiyada deyil, Gürcüstanda cərəyan edir)[10].
Film barədə «Afişa» jurnalı çox neqativ resenziya çap etdirir. Stanilav Zelvenski ironiya hissi ilə filmin süjetini danışaraq, arada hər hansı bir epizod barədə öz mövqeyini bildirir. Belə ki, o Saakaşvilini «hörmətçil karikatura», Vel Kilmeri isə «kök xala» adlandırır. Tənqidçi filmi «soyuq müharibə dövründən bu yana Rusiyaya qarşı çəkilmiş və hətta Rembo 3 filmini də keçmiş ən eybəcər film» adlandırmışdı. Bununla Zelvenski filmi propaqandist hesab edərək, onun Rusiya tərəfindən ekranlaşdırılan «Olimpus inferno» filminə bir cavab olduğunu açıqlamışdı[129]. Oxşar resenziyanı Denis Korsakov da «Komsomlskaya pravda» qəzetinin rəsmi saytında yerləşdirir. O başqalarından fərqli olaraq o dəqiqə bildirir ki, Harlin istəmədən bu filmin çəkilişləri ilə məşğul olub, sonradan isə Harlini tənqid edərək, onun əvvəlki filmlərini misal gətirərək, Avqustun gözəl agitasiya adlandırır [130].
Bundan başaqa güclü ironik üslubda «Literaturnaya qazeta» öz internet saytında resenziya bildirir. Aleksey Şoroxov filmi «Üzüklərin hökmdarı» ilə müqayisə edir. O filmin süjet xəttlərinə istehzalı parallellər gətirərək — «Rusiyanı — pis Mordor», «Gürcüstanı isə — möhtəşəm hobbitlər» adlandırır. O həmçinin, filmi CNN telekanalında Müəmmar Qəddafi barədə yayımlanan reportajlarla müqayisə edir[131].
İcmallar | |
---|---|
Tənqidçilərin qiyməti | |
Mənbə | Reytinq |
Rotten Tomatoes (tənqidçilər) | [132] |
Rotten Tomatoes (izləyicilər) | [132] |
IMDb | |
Metacritic | [133] |
Film tam olaraq beynəlxalq prokatda olmadığından, peşəkar resenziyalar yalnız filmin DVD formatda satışa çıxarıldıqdan sonra görülməyə başladı. Belə ki, britaniyalı tənqidçi Deyv Rouper filmin DVD formatına baxışından sonra mübarizə səhnələrinin tərtibatını, aktyorların təbii şəkildə personajları oynamasını yüksək qeyd etmişdi. Buna baxmayaraq, o həmçinin bəzi süjet xəttlərinin sadələşdirildiyini bunun da filmin yaradıcılarının açıq siyasi simpatiyalardan doğurulduğunu da bildirmişdi. Rouper filmin əsas üstünlüklərini, onun xarici seyirciyə az məlum olan konflikt barədə yüksək tərtibatda çəkildiyini vurğulayaraq, filmə 5 maksimal balldan 4-nü vermişdi[119]. İbi Soumen də özünün gürcü yönümlü olduğunu açıq şəkildə göstərdi və «jurnalistin müharibənin dəhşətləri və muzdluların dinc əhaliyə qarşı vəhşiliklərini gördükdə necə usa bilər?» ifadəsi ilə özünə bəraət qazandı. Onun özlərinə görə, film Rusiya KİV-ləri tərəfindən qınaq, lakin keçmiş Sovet xalqları tərəfindən isə coşğuyla qarşılanmışdı. Filmin vizual görünüşünə qaldıqda isə, İbi onu «heyranedici», ssenarisini isə «mükəmməl yazı» adlandırmışdı. Bundan başqa, onun fikrincə film 5 balldan 5-ni qazanır[134].
Daha sonraki resenziya partiyası filmin iyun ayında Avstraliyada premyerasından sonra başladı. Endryu Li filmi «maraqlı drama» adlandırır, digər tərəfdən isə filmdə çox sayda janr ştamplarının və lazımsız patetikanın olması, onun fikrincə seyircini lazımi Tənqidçi qeyd edir ki, film real hadisələr əsasında ekranlaşdırılıb və məhz bu səbəb də insanları filmə daha maraqla seyir etməyə sövq edən amilə çevrilir[135]. Buna oxşar bir mövqeyi Maykl Boudi də filmdə «reallığın hiss ediləcək dərəcədə olduğunu» bildirir. Onun sözlərinə görə, bəzi xırda çatışamamazlıqlar ön plana almadıqda, ümumən film çox ciddi mövzuları özündə əks etdirir[15]. Coşua Faust The Atlantic verdiyi resenziyada əksinə, bildirir ki, 1921-ci ilə qədər nə Abxaziya, nə də Cənubi Osetiya Gürcüstanın tərkibində olmayıb və onlar rəsmi olaraq öz dillərindən istifadə ediblər. Bundan başqa o filmdə neytrallığın, həqiqətin olmamasını da açıqlayır[136].
Təbii ki amerikan prokatından sonra yeni ingilisdilli resenziya dalğası meydana çıxdı və çoxluq sayda tənqidçilər öz resenziyalarında filmə skeptik baxışla yanaşdılar[100][101]. Nyu Yorkda düzənlənən qapalı premyerada iştirak etmiş resenzent Coşua Kitinq filmin gürcü yönümlü və Rusiya əleyhinə olduğunu və buna görə də konflikt hadisələri barədə beynəlxalq içtimaiyyəti inandıra bilməyəcəyini bildirir. Gözəl gürcü peyzajlarından məftun olmasına baxmayaraq, tənqidçi ümumilikdə süjet məntiqsizliyinin və qeyri-peşəkar aktyor oyunlarının filmi bərbad hala saldığını açıqlayır[137][138][139]. Oxşar mövqeyi uzun illər Moskvanın CBS telekanalında reportyor olaraq çalışmış Connatan Sanders də bildirdi[101]. Karneqi mərkəzinin Qafqaz üzrə analitiki Tomas de Vaal The National Interest qəzetinə veriyi məqalədə filmin «insanların onun haqqda eşitdiyi qədər pis olduğunu» açıqlamışdı. Rik Uorner Bloomberg-ə verdiyi resenziyada qeyd edirdi ki, ssenari müəlliflərin qeyri-adekvat peronajları yaratması anlaşılmamazlığa qətirib çıxarır. Uornerin fikrincə real konflikt filmdə əks olunandan daha gəliz və çətin idi. Tənidçi ümumilikdə filmə 4 ulduzdan yalnız birini verir, bu da filmin "pis" olduğu anlamını ifadə etdirir[140]. Con DeFor Washington Post saytında yazdığı resenziyada filmin çatışmamazlığını qeyd edərək, pafosun olmadığı bir yerdə onun tipik «hollivudlaşdırma» prosesini pisləyərək mümkün 4 ulduzdan yalnız birini təqdim edir[141]. Don Morton isə Yaponiyanın ingilisdilli Metropolis jurnalında daha da uzağa gedərək, filmi «bağışlanmaz dərəcədə ucuz klişe» adlandırır[142].
2011-ci ilin aprel ayında, filmin Valensiyada düzənlənən premyerasından bir neçə gün öncə, İnternetdə filmin pirat versiyaları çıxaraq, yuzerlərə DVD-formatda pulsuz download təklifi edirlər[143]. Filmin optik daşıyıcılarda satışa çıxdıqdan dərhal sonra onlayn qeyri-leqal film kopiyaları da satışa çıxır. İyunun 15-də Gürcüstanın kommunikasiyalar üzrə Baş komitəsi bəyan edir ki, onlar gürcü müəllif hüquqları üzrə komitədən 10 gürcü saytında qeyri-leqal film kopiyalarını aşkar ediblər. İyunun 16-da qeyri-qanuni film kopiyalarının hamısı internetdən silinir. Veb saytların özləri isə pirat kontentli materialları yaymağa davam edirdi. İyunun 16-da film həmçinin qeyri-qanuni şəkildə Youtube portalınada yerləşdirilir və orada sorğu edildikdə yalnız birbaşa link ilə keçid oluna bilərdi[144]. Bu presendent halı onlayn şəkildə internetdə videoların qanunsuz yerləşdirilməsi məsələsini ortalığa ataraq böyük bir diqqətə səbəb olmuşdu. Belə ki, Tbilisinin «Rustaveli» və «Amirani» kinoteatrları gürcü internet portallarından tələb etdilər ki, onlar tərəfdən dəymiş maddi ziyanı ödəsinlər[145].