Azərbaycanda Prezident seçkiləri — 1991-ci il sentyabrın 8-də Azərbaycan ərazisində baş tutdu. Həmin seçkilər Azərbaycanda baş tutan birinci Prezident seçkiləri oldu. Prezident seçkiləri "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Bəyannaməsinin qəbul edilməsindən 10 gün sonra baş tutdu. seçkilərdə bir namizəd mübarizə apardı: Kommunist Partiyasının namizədi Ayaz Mütəllibov. O, səslərin 98,50 % topladı və Azərbaycan Prezidenti seçildi.
1992 → | ||||
Azərbaycanda Prezident seçkiləri, 1991 | ||||
---|---|---|---|---|
8 sentyabr 1991 | ||||
Seçici fəallığı | 85.70 % | |||
Namizəd | Ayaz Mütəllibov | |||
Partiya | Kommunist Partiyası | |||
Səslər | 3 275 838 (98.50 %) |
|||
| ||||
Nəticə | Namizədliyi Kommunist Partiyası tərəfindən irəli sürülən Ayaz Niyazi oğlu Mütəllibov Azərbaycan Prezidenti seçildi. |
1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Bəyannaməsi qəbul edildi.
Daha sonra Azərbaycan SSR Ali Soveti tərəfindən 1991-ci il sentyabrın 8-də Azərbaycanda prezident seçkilərinin baş tutması barədə qərar qəbul edildi.
KP |
1938-ci ildə anadan olub. Milliyyətcə azərbaycanlıdır. 1962-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. İxtisasca maşınqayırandır. 1977–1979-cu illərdə Nərimanov Rayon Partiya Komitəsinin II Katibi, 1979–1982-ci illərdə Azərbaycan SSR yerli sənaye naziri, 1982–1989-cu illərdə Dövlət Plan Komitəsinin sədri, 1989–1990-cı illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri, 1990–1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının MK Birinci Katibi, 1990–1991-ci illərdə Azərbaycan SSR Prezidenti vəzifələrində çalışıb. 1990-cı ildən Kommunist Partiyası (KP) MK Birinci Katibidir. KP üzvdür. Ailəlidir. 2 övladı var. |
Seçici fəallığının 85,70 % olduğu seçkidə, Ayaz Mütəllibov səslərin 98,50 % topladı və Azərbaycan Prezidenti seçildi. Azərbaycan Konstitusiyası hələ qəbul olunmadığı üçün o, qeyri müəyyən müddətə Prezident seçildi.
Ayaz Mütəllibov | KP Kommunist Partiyası |
|||
Bütün namizədlərin əlehinə | ||||
Etibarsız bülletenlər | ||||