Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum — Azərbaycan Respublikasının Konstitusiyasına 2016-cı ildə təklif edilən dəyişikliklərlə bağlı 26 sentyabr 2016-cı ildə[1] keçirilən referendum və onun nəticələri.
18 iyul 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsi barədə sərəncam imzaladı[2]. Layihəyə görə Azərbaycan Respublikasının Konstitusiyasının 42 maddəsinə 29 dəyişiklik təklif edilirdi.
Həmin tarixlə Prezident sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərildi[3].
Ümumilikdə konstitusiyanın 29 maddəsində dəyişiklik edildi[4]. Referendumda qəbul edilən əsas dəyişikliklər: