Şah Abbas məscidi (Tbilisi)

Şah Abbas məscidi (gürc. შაჰ-აბასის მეჩეთი; daha əvvəl Şah İsmayıl məscidi (gürc. შაჰ-ისმაილის მეჩეთი); digər mənbələrdə Göy məscid (gürc. ცისფერ მეჩეთი), Şiə məscidi[1] (rus. Шиитская мечеть), Tatar məscidi (rus. Татарская мечеть) — 1522–1952-ci illərdə Tbilisi şəhərinin tarixi mərkəzində fəaliyyət göstərmiş məscid.[2][3]

Şah Abbas məscidi
თბილისის შიიტური მეჩეთი
Xəritə
41°41′14″ şm. e. 44°48′36″ ş. u.
Ölkə
Yerləşir Tbilisi
Tikilmə tarixi 1522
Üslubu islam memarlığı, Səfəvi memarlığı[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1522-ci ildə Şah İsmayılın qoşunlarının hücumu zamanı dağıdılmış kiçik kilsənin yerində bilavasitə körpünün yanında şiə məscidi tikilmişdir. Sonralar Şah Abbasın hücumu zamanı (1606-cı il) məscid genişləndirilmiş, minarələr ucaldılmışdır. Məscid şah Abbasın adını daşıyırdı.

Böyük Vətən müharibəsindən sonra yeni körpünün tikilişi ilə əlaqədar məscid uçurulmuşdur.[4][5]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Minarəgünbəz mavi kaşanla bəzədilmiş bəzəkli kərpiclə hörüldüyündən Göy məscid də adlanırdı.

Şah Abbas məscidinin günbəz və minarəsinin mavi kaşanları Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. Eləcə də, onun minbəri qorunub saxlanılmışdır ki, hazırda Botanika küçəsində yerləşən Sünni məscidinin minarəsində durur. Şah Abbas məscidindən qalan bu minbər Tbilisinin yeganə məscidi üçün yeganə dəyərdir.

  1. Тифлис и его окрестности (rus). Тифлис: Типография канцелярии главнонач. гражд. частью на Кавказе. 1890. 41.
  2. ქალებაშვილი, მარიამ. "მეტეხის ხიდთან გამქრალი ცისფერი მეჩეთი" [Metexi körpüsünün yanında solğun Göy məscid]. Tbilisi Times (gürcü). 2020. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-21.
  3. რუხაძე, უშანგი. "თბილისის რომელ მეჩეთს უწოდებდნენ „ცისფერ მეჩეთს"" [Tbilisidə hansı məscid "Göy məscid" adlanırdı?]. old.tbiliselebi.ge (gürcü). 2013-10-28. 2024-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-21.
  4. Məmmədoğlu, Mirzə. "Qədim Tiflisin qədim məscidləri". "Ziya" İnformasiya Mərkəzi. 2016-06-07. 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-24.
  5. Məmmədoğlu, Mirzə. Qədim Tiflis (Tiflisin iç və dış toponimləri) (PDF). Bakı: AYB Gürcüstan Bölməsi. 2009. Archived from the original on 2024-06-23. İstifadə tarixi: 2024-06-23.
  • ნათია დემურიშვილი. მუსლიმური ხუროთმოძღვრული ძეგლები საქართველოში. თბილისი: პრეპრინტი. 2010.
  • ალექსანდრე ელისაშვილი. როგორ შეიცვალა თბილისი. თბილისი: ბაკურ სულაკაურის გამომცემლობა. 2013.