Baksan şəhər dairəsi

Baksan şəhər dairəsi (kab.-çərk. Бахъсэн къалэ округ, qaraç.-balk. Бахсан шахар округ) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibinə daxil olan şəhər dairəsi və inzibati ərazi vahidlərindən biri. İnzibati mərkəzi Baksan şəhəridir.

Baksan şəhər dairəsi
Gerb
Gerb

43°40′59″ şm. e. 43°31′59″ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Baksan[1]
Tarixi və coğrafiyası
Yaradılıb 2003
Sahəsi
  • 180,12 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 61.043 nəf. (2024)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu 86634
Poçt indeksi 361535
Rəsmi sayt
Baksan şəhər dairəsi xəritədə

Baksan şəhər dairəsi respublikanın şimal hissəsində, Baksan çayının hər iki sahilində yerləşir.

Qərb, şimal və şərqdən şəhər dairəsi Baksan rayonunun torpaqları ilə əhatə olunmuşdur. Cənub-qərbdə Çeqem rayonu ilə həmsərhəddir.

Şəhər dairəsinin sahəsi 180,12 km²-dir. Şəhər dairəsinə 2 yaşayış məntəqəsi daxildir.

Şəhər dairəsi respublikanın dağətəyi zonasında, Pastbiş silsiləsinin şimal ətəklərindən birində yerləşir. Duqulubqey kəndinin cənub kənarında qayalar uzanır. Daha cənub-qərbdə Maxoqaps massivi yüksəlməyə başlayır. Rayonda orta hündürlük dəniz səviyyəsindən təxminən 515 metrdir. Hidroqrafik şəbəkəyə əsasən Baksan çayı daxildir. Şəhər dairəsinin cənub kənarından Kişpek (Tıjuko) çayı axır. Şəhər dairəsinin şərq kənarında Baksan-Malkinski kanalı başlayır.

Şəhər dairəsində iqlim rütubətli mülayimdir. İsti yaya və sərin qışa sahibdir. Havanın orta temperaturu iyulda + 20 ° ... + 27 °, yanvarda -2 ° ... -5 °C arasında dəyişir. Ən yüksək temperatur iyulun sonlarında, ən aşağı isə yanvarın sonu və ya fevralın əvvəlində müşahidə olunur. Orta illik yağıntının miqdarı təxminən 650 mm-dir. Nisbi rütubət qeyri-sabitdir. İl boyu üstünlük təşkil edən külək istiqamətləri şimal-qərb və şimal-şərqdir.

Baksan şəhər dairəsi 2003-cü ildə respublika tabeçiliyində olan Baksan şəhəri əsasında təsis edilir. Elə həmin il Duqulubqey kəndi Baksan şəhərinin tərkibinə daxil edildi.

2008-ci ildə Duqulubqeyə kənd statusu qaytarıldı və Baksan şəhərindən ayrıldı. Lakin qəsəbə şəhər dairəsinin bir hissəsi olaraq qaldı.

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə dairənin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[3]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
kabardinlər 53 363 93,48 %
ruslar 2 852 5,00 %
digərləri 802 1,40 %
milliyyətini bildirməyənlər 71 0,12 %
ümumi 57 088 100,0 %
Cins tərkibi

2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[4]:

Yaş Kişilər,
nəf.
Qadınlar,
yaş.
Ümumi
say.
ümumi əhaliyə
olan nisbət, %
0 — 14 yaş 6 825 6 362 13 187 23,10 %
15 — 59 yaş 18 044 19 479 37 523 65,73 %
60 yaşdan yuxarı 2 515 3 863 6 378 11,17 %
ümumi 27 384 29 704 57 088 100,0 %

Kişilər — 27 384 nəf. (48,0 %). Qadınlar — 29 704 nəf. (52,0 %)[5].

Əhalinin orta yaşı — 32,7 yaş. Kişilərin orta yaşı — 31,3 yaş. Qadınların orta yaşı — 34,0 yaş.

  1. OKTMO (rus.).
  2. "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
  3. "Том4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
  4. "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
  5. "Численность населения КБР по итогам Всероссийской переписи населения 2010 года". 2016-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-12.