Alnabat (əvvəlki adı: Əliismayıllı) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Alnabat kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı ilə Gədəbəy rayonunun Əliismayıllı kənd inzibati ərazi dairəsi tərkibindəki Əliismayıllı kəndi Alnabat kəndi adlandırılmış və Əliismayıllı kənd inzibati ərazi dairəsi Alnabat kənd inzibati ərazi dairəsi hesab edilmişdir.[2]
Alnabat | |
---|---|
40°33′15″ şm. e. 45°40′00″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.478 m |
Saat qurşağı | |
Kəndin əvvəllər də adı Alnabat olmuşdur. 1930-cu ilin qışında həmin kənddə öldürülmüş Əli İsmayılovun (bolşevik Qasım İsmayılovun qardaşı) adı ilə adlandırılmış, memorialtoponim idi.[3] 25 oktyabr 2011-ci ildə kəndin əvvəlki adı bərpa olunmuşdur.
Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir.
Kənd əhalisinin bir hissəsi 1948-1950-ci illərdə Göyçə mahalından deportasiya olunanlardandır.[4] 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1445 nəfər əhali yaşayır.[5]
Kənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Gədəbəy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |