Diana Dımçenko (8 sentyabr 1989[1]) — Ukraynanı və Azərbaycanı təmsil edən idmançı.
Diana Dımçenko | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||||||
Tam adı | Diana Anatolyevna Dımçenko | ||||||||||
Vətəndaşlığı |
Ukrayna → Azərbaycan |
||||||||||
Doğum tarixi | |||||||||||
Doğum yeri | Xerson, Ukrayna SSR | ||||||||||
Boyu | 182 sm. | ||||||||||
İdman növü | Akademik avarçəkmə | ||||||||||
Medallar
|
Diana Dımçenko 2018-ci ildə Qlazqo şəhərində (Şotlandiya) baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.[2]
2022-ci ilin mayından Azərbaycanı təmsil edən Diana Dımçenko həmin il San-Sebastyan şəhərində (İspaniya) baş tutan sahil avarçəkməsi üzrə Avropa Çempionatının qalibi oldu, Uelsdə baş tutan sahil avarçəkməsi üzrə Dünya Çempionatını isə gümüş medalla başa vurdu.
2023-cü ildə Diana Dımçenko Fransada baş tutan Avropa Çempionatında növbəti dəfə qızıl medalın sahibi oldu, İtaliyada isə Dünya Çempionatını növbəti dəfə gümüş medalla başa vurdu.
Diana Dımçenko 2024-cü ilin aprelində Macarıstanın Seqed şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən lisenziyaya sahib oldu.[3][4]