Osman Abdulvahaboviç Nurməhəmmədov (21 may 1998, Mahaçqala) — Azərbaycanı təmsil edən sərbəst güləşçi.[1]
Osman Nurməhəmmədov | |||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||
Tam adı | Osman Nurməhəmmədov | ||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
Rusiya → Azərbaycan |
||||||||||||||||||||||||||||
Doğum tarixi | 21 may 1998 (26 yaş) | ||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||
Boyu | 180 sm. (5 ft 6 in) | ||||||||||||||||||||||||||||
İdman növü | Güləş | ||||||||||||||||||||||||||||
Karyera illəri | 2008— | ||||||||||||||||||||||||||||
Məşqçisi | Zəlimxan Hüseynov | ||||||||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Osman Nurməhəmmədov 2020-ci ildə İstanbul şəhərində Yaşar Doğu Turnirinin bürünc medalına sahib oldu.[2]
2021-ci ildə Osman Nurməhəmmədov əvvəlcə yanvarda Nitsa şəhərində baş tutan Fransa Qran-Prisinin gümüş medalına sahib oldu[3], sonra isə fevralda Kiyev şəhərində baş tutan beynəlxalq turniri 8-ci pillədə başa vurdu.[4] Bundan sonra Osman Nurməhəmmədov nüfuzlu turnirlərdə medallara sahib oldu. Apreldə Polşada Avropa Çempionatının bürünc[5], mayda KYRM-da U23 Avropa Çempionatının isə gümüş[6] medallarına sahib olan Osman Nurməhəmmədov, Norveçin Oslo şəhərində baş tutan Dünya Çempionatını bürünc[7], Serbiyanın Belqrad şəhərində baş tutan U23 Dünya Çempionatını isə qızıl medalla başa vurdu.[8]
2022-ci ildə isə Osman Nurməhəmmədov fevralda Bolqarıstanda D. Kolov — N. Petrov beynəlxalq turnirini[9] və martda Macarıstanda Avropa Çempionatını[10] bürünc medalla başa vurdu.[1] Daha sonra iyunda Roma şəhərində Matteo Pellicone Turnirinin qızıl[11], avqustda Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının isə gümüş[12] medallarına sahib olan Osman Nurməhəmmədov, sentyabrda Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatını bürünc medalla başa vurdu.[13]
Osman Nurməhəmmədov 2023-cü ildə əvvəlcə fevralda Zaqreb şəhərində (Xorvatiya) baş tutan Zagreb Open beynəlxalq turnirinin bürünc medalına sahib oldu.[14] Apreldə isə Osman Nurməhəmmədov Zaqreb şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[1] Turnirin final görüşündə məğlub olan Osman Nurməhəmmədov Avropa Çempionatını gümüş medalla başa vurdu.[15] Həmin ilin iyulunda Polşada Poland Open beynəlxalq turnirinin qalibi olan Osman Nurməhəmmədov sentyabrda Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatında final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu.[1]
2024-cü ilin aprelində Osman Nurməhəmmədov Avropa Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu.[16][17]
Yaşar Doğu Turniri | Türkiyə | |||
Fransa Qran-Prisi | Fransa | |||
Kiyev Turniri | Ukrayna | |||
Avropa Çempionatı | Polşa | |||
U23 Avropa Çempionatı | KYRM | |||
Dünya Çempionatı | Norveç | |||
U23 Dünya Çempionatı | Serbiya | |||
D. Kolov — N. Petrov Turniri | Bolqarıstan | |||
Avropa Çempionatı | Macarıstan | |||
Matteo Pellicone Turniri | İtaliya | |||
İslam Həmrəyliyi Oyunları | Türkiyə | |||
Dünya Çempionatı | Serbiya | |||
Zagreb Open | Xorvatiya | |||
Avropa Çempionatı | Xorvatiya | |||
Poland Open | Polşa | |||
Dünya Çempionatı | Serbiya | |||
Zagreb Open | Xorvatiya | |||
Avropa Çempionatı | Rumıniya |