Keyşa Fatimə Zəhra (12 avqust 2003[1], پکانبارو[d][1]) — Azərbaycanı təmsil edən badmintonçu.
Keyşa Fatimə Zəhra | |
---|---|
ind. Keisha Fatimah Az-Zahra | |
Şəxsi məlumatlar | |
Tam adı | Keyşa Fatimə Zəhra |
Vətəndaşlığı |
İndoneziya → Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri |
|
Boyu | 175 sm. |
İdman növü | Badminton |
Keyşa Fatimə Zəhra 2023-cü ilin yanvarında İslandiyada beynəlxalq turnirin final görüşündə məğlub olaraq gümüş medalın sahibi oldu.[2]
Həmin ilin iyununda Polşada baş tutan III Avropa Oyunlarının qrup mərhələsində üç qələbə qazanaraq növbəti mərhələdə vəsiqə qazandı[3], amma 1/8 final mərhələsində mübarizəni dayandırdı.[4]
Avqustda Kamerunun Yaunde şəhərində baş tutan «Cameroon International 2023» beynəlxalq turnirinin qalibi oldu[5], sentyabrda isə Perunun Lima şəhərində International Challenge beynəlxalq turniri bürünc medalla başa vurdu.[6]
2024-cü ilin yanvarında İsveçdə «VICTOR Swedish Open» beynəlxalq turnirində dördüncü pillənin sahibi oldu.[7]
Keyşa Fatimə Zəhra 2024-cü ilin aprelində Dünya Badminton Federasiyasının (BWF) reytinq cədvəlinin nəticələrinə əsasən 31-ci pillədə qərarlaşaraq lisenziyalara sahib oldu.[8][9] Bununla da Fatimə Zəhra olimpiadada mübarizə aparacaq birinci azərbaycanlı qadın badmintonçu olaraq tarixə düşüb.[8]