Leyla Əliyeva (1 sentyabr 1997, Bakı) — Azərbaycanı təmsil edən cüdoçu.
Leyla Əliyeva | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Leyla Əliyeva |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | 1 sentyabr 1997 (27 yaş) |
Doğum yeri | |
İdman növü | Cüdo |
Komandası | Neftçi İdman Klubu |
Vikianbarda əlaqəli mediafayllar |
Leyla Əliyeva 2012-ci ilin fevralında U-17 Azərbaycan Çempionatının qalibi oldu. Həmin ilin mart-may ayları ərzində Ukrayna, Xorvatiya, Almaniya və Polşada baş tutan yeniyetmələr arasında beynəlxalq turnirləri 2 gümüş və 2 bürünc medalla başa vurdu.
2013-cü ildə o, bu səfər yeniyetmələrin beynəlxalq turnirlərinin Xorvatiya və Polşa mərhələlərinin qalibi oldu, Almaniya mərhələsində isə bürünc medala sahib oldu. İyunda Tallin şəhərində (Estoniya) U-18 Avropa Çempionatının qalibi oldu, avqustda isə Mayamidə (ABŞ) yeniyetmələr arasında Dünya Çempionatını gümüş medalla başa vurdu.
Leyla Əliyeva 2014-cü ilin mart-may ayları ərzində yeniyetmələrin beynəlxalq turnirlərinin Türkiyə və Portuqaliya mərhələlərinin qalibi oldu, Almaniya mərhələsini isə bürünc medalla başa vurdu. İyulda Afina şəhərində (Yunanıstan) U-18 Avropa Çempionatının gümüş medalına sahib oldu.
Avqustda isə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı.[1] Qızların turnirində mübarizə aparan Leyla Əliyeva turnirin 1/4 final mərhələsində Qazaxıstan nümayəndəsi Adiya Sayin ilə üz-üzə gəldi.[1] Həmin görüşdə Leyla Əliyeva rəqibinə ipponla qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı.[1] Bu mərhələdə onun rəqibi Rusiya nümayəndəsi Anastasiya Turçeva oldu.[1] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Leyla Əliyeva rəqibinə qalib gəldi və Nancin Olimpiadasının final görüşünə vəsiqə qazandı.[1] Həlledici görüşdə onun rəqibi Türkiyə Melisa Çaxmaqlı oldu.[1] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Leyla Əliyeva rəqibinə məğlub oldu.[1] Bununla da Leyla Əliyeva Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[1][2][3] Leyla Əliyeva həm də Azərbaycanın Yeniyetmələrin Olimpiya Oyunları tarixində cüdo idman növü üzrə turnirdə medala sahib olan birinci idmançı oldu.
Nancin Olimpiadasından sonra zədələr səbəbilə eniş yaşayan Leyla Əliyeva 2015-ci ili Bratislavada U-23 Avropa Çempionatını beşinci pillədə tamamlamaqda başa vurdu. 2016-cı ildə beynəlxalq turnirlərdə mübarizə aparmadı. 2017-ci ildə Azərbaycan çempionu oldu və Maribor şəhərində (Sloveniya) gənclər arasında Avropa Çempionatını beşinci pillədə tamamladı. 2018-ci ildə növbəti dəfə Azərbaycan Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.
2019-cu ilin sentyabrında Özbəkistan IJF Qran-Pri turnirinin bürünc medalına sahib olmaqla uzun fasilədən sonra nüfuzlu beynəlxalq turniri medalla başa vurdu. 2020-2021-ci illərdə də zədə səbəbilə ilə turnirlərdən uzaq olan Leyla Əliyeva 2022-ci ildən formasını tədricən bərpa etməyə başladı.
2023-cü ildə Leyla Əliyeva Əbu-Dabi şəhərində (BƏƏ) IJF Grand Slam turnirini və Çendu şəhərində (Çin) Universiada Oyunlarını bürünc medallarla başa vurdu. Sentyabrda Azərbaycanda IJF Grand Slam turnirinin final görüşündə məğlub olaraq gümüş medala sahib oldu. Noyabrda isə Avropa Çempionatını yeddinci pillədə tamamladı.
Bütün bu göstəricilərin nəticədəsində Leyla Əliyeva IJF olimpiya reytinq cədvəlində mövqeyini daha da yaxşılaşdırdı və olimpiya lisenziyasına sahib oldu.[4]
Leyla Əliyeva olimpiadanın 1/16 final mərhələsində 22 yaşlı Özbəkistan nümayəndəsi Xalimacon Kurbonova ilə üz-üzə gəldi.[5] Bərabər səviyyəli idman mübarizəsi şəraitində baş tutan görüşün sonuna 50 saniyə qala rəqib vaza-ari xalı əldə etdi.[6] Nəticədə Leyla Əliyeva rəqibinə məğlub oldu və olimpiada da mübarizəsini birinci görüşdəcə başa vurdu.[7]