Qaşım Maqomedov[1] (22 sentyabr 1999) — Azərbaycanı təmsil edən taekvondoçu.
Qaşım Maqomedov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Qaşım Maqomedov |
Vətəndaşlığı |
Rusiya → Azərbaycan |
Doğum tarixi | 22 sentyabr 1999 (24 yaş) |
İdman növü | Taekvondo |
Qaşım Maqomedov 2015-ci ildən Azərbaycanı təmsil edir. Həmin il yeniyetmələr arasında Avropa Çempionatını bürünc medalla başa vurdu. Bir il sonra isə yeniyetmələr arasında Dünya Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu.
2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib oldu. 2022-ci ildə bu səfər Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarını bürünc medalla başa vurdu.
2023-cü ilin iyununda Polşada Avropa Oyunlarının bürünc medalına sahib oldu, avqustda isə Estoniyada Avropa Çempionatının qalibi oldu.
Qaşım Maqomedov 2023-cü ildə Çində baş tutan Grand Slam turnirində nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu.[2][3]
2024-cü ilin aprelində Belqrad şəhərində (Serbiya) Avropa Çempionatını bürünc medalla başa vurdu.