Edi Reski Dviçayo (13 may 1998, İndoneziya) — Azərbaycanı təmsil edən badmintonçu.[1]
Edi Reski Dviçayo | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Edi Reski Dviçayo |
Vətəndaşlığı |
İndoneziya → Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | |
Boyu | 174 sm |
İdman növü | Badminton |
Edi Reski Dviçayo Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi.[2] Edi Reski Dviçayo Ümumdünya Badminton Federasiyasının (BWF) reytinq cədvəlində 31-ci pillədə qərarlaşdı və olimpiya lisenziyasının sahibi oldu. Bununla da o, Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci badmintonçu olaraq tarixə düşdü.
Edi Reski Dviçayo olimpiadada Danimarka nümayəndəsi Anders Antonsen və Vyetnam nümayəndəsi Nquyen Tien Min ilə birgə L qrupunda mübarizə apardı.[3] İyulun 27-də baş tutan qrup mərhələsinin birinci turunda Edi Reski Dviçayo Vyetnam Nquyen Tien Min ilə üz-üzə gəldi.[4] Həmin görüşdə o, rəqibinə 2:0 (21:14, 21:18) hesabı ilə qalib gəldi.[5] İyulun 28-də baş tutan qrup mərhələsinin növbəti turunda isə Edi Reski Dviçayo Danimarka nümayəndəsi Anders Antonsen ilə üz-üzə gəldi.[4] Bu görüşdə o, rəqibinə 0:2 (16:21, 15:21) hesabı ilə məğlub oldu və olimpiadada mübarizəsini dayandırdı.[6][7]
Edi Reski Dviçayo 2024-cü ilin aprelində Dünya Badminton Federasiyasının (BWF) reytinq cədvəlinin nəticələrinə əsasən 28-ci pillədə qərarlaşaraq lisenziyalara sahib oldu.[8][9]