Eyvaz nekropolu

Eyvaz nekropoluOrdubad şəhərinin cənub-şərq hissəsində arxeoloji abidə.

Eyvaz nekropolu
Ölkə  Azərbaycan
Şəhər Ordubad
Yerləşir Ordubad şəhərinin cənub-şərq hissəsi
Aidiyyatı 16-18-ci əsrlər
Üslubu arxeoloji abidə
KateqoriyaYaşayış yeri, Nekropol
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Eyvaz nekropolu (Azərbaycan)
Eyvaz nekropolu

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Abidə XX əsrin 80-ci illərinin əvvəllərinə qədər mövcud idi. Orada mərmərdən hazırlanmış çoxlu başdaşı tipli qəbirüstü xatirə abidələri var idi. Bu abidələrin üzərində ərəbfars dillərində kitabələr olmuşdur. Qəbiristanlıq sufi şeyxi Pir Eyvazın vəfatından sonra yaranmışdır. Sonralar bu sufi şeyxinə hörmət əlaməti olaraq onun qəbri ətrafında dəfn mərasimləri keçirilmiş və böyük bir qəbiristanlıq yaranmışdır. Qəbiristanlıqdakı məzar kitabələrinin tarixləri orada 16-18-ci əsrlərdən başlayaraq dəfn mərasimləri keçirildiyini söyləməyə əsas verir. XX əsrin 80-ci illərində dağıdılıb, yerində avtovağzal inşa edilmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan abidələri ensiklopediyası.Naxçıvan.2008.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]