Həsənqaya (Tərtər)

HəsənqayaAzərbaycan Respublikasının Ağdərə rayonunun Həsənqaya kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Həsənqaya kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdir.[2]

Həsənqaya
40°19′31″ şm. e. 46°50′52″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Həsənqaya xəritədə
Həsənqaya
Həsənqaya

Kəndin keçmış adı Buruc olmuşdur. Yaşayış məntəqələri Həsənqaya adlı yerdə salındığına görə belə adlandırılmışdır.[3]

Həsənqaya kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Həsənqaya kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.

Kənd Qarabağ müharibəsinin əvvəlində Ermənistan ordusu tərəfindən işğal olunub, lakin 1992-ci ilin Ağdərə əməliyyatı zamanı erməni işğalçılarından azad edilib.

2008-ci ilin mart ayında Erməni silahlı qüvvələri 1994-cü ildə imzalanmış Ermənistan-Azərbaycan atəşkəsini pozması nəticəsində bu kənd istiqamətində də şiddətli döyüşlər olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ermənistan ordusunun işğal etdikləri bəzi hərbi mövqeləri azad etmişlər. Müdafiə nazirliyinin məlumatına görə yaranmış hərbi münaqişə nəticəsində dörd azərbaycanlı əsgər şəhid olub və 12 erməni əsgər öldürülüb. Məlumata görə döyüş zamanı Azərbaycan Silahlı Qüvvələri artilleriyadan istifadə edib.

5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[4] Kəndin İcra nümayəndəsi Ağdərə rayonu, Umudlu kənd sakini İlqar Qasımovdur. İşlədiyi dövrdə kəndin abadlaşdırılması üçün heç bir səyi əsirgəməmişdir. Əraziyə bütün təşkilatları cəlb edərək, orada yaşayış üçün bütün imkanların yaradılması ən prioritet vəzifə prinsipidir.

Kənddə işğal olunmuş ərazilərdən qovulmuş azərbaycanlılar məskunlaşıb. Burada əsasən Kəlbəcər və Laçın rayonundan olan qaçqınlar məskunlaşıb. Təxminən 20 ailə evini burada qismən düzəldə bilib və kənddə yaşayış davam edir.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd dağətəyi ərazidə yerləşir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Beynəlxalq Qızıl Xaç Komitəsi kəndi içməli su ilə təchiz edib.[5]

2009-cu ildə tam şəkildə təmir edilən kənd məktəbində 5 şagird rahat şəkildə təhsil ala bilir. Kənddə uşaq bağçası mövcud deyil.

Kənddə tibb məntəqəsi mövcud deyil.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikası Ağdərə rayonunun bəzi kəndlərinin Tərtər rayonunun inzibati ərazi bölgüsünə daxil edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı". 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  3. Həsənqaya (Ağdərə) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
  5. "Beynəlxalq Qızıl Xaç Komitəsi Tərtər rayonunun Həsənqaya kəndini təhlükəsiz içməli su ilə təchiz edib – Deyerler.org". 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]