Hekatonxeyrlər

Hekatonoxeyrlər (yun. ἑκατόγχειρες "yüzqollular", ἑκατόν — "yüz" və χεῖρ — "əl, qol"; lat. Centimani) yunan mifologiyasında UranınGeyanın nəhəng hərəsinin yüz əli və 50 başı olan oğlanları: Briarey (yun. Βριάρεως), Gies (yun. Γύγης) və Kottos (yun. Κοττος). Hekatonxeyrlər haqqında əsasən Hesiodun Teoqoniyasında, Psevdo-Apollodor kitabələrində və Higin mifoqrafiyalarında bəhs edilir[1]. Hesiod teoqoniyasına görə Geya Uranla nikaha girərək dağları, nimfaları, Pontu, altı kişi və altı qadın cinsli titanları, təpəgözləri, yüzqollu hekatonxeyrləri, nəhəngləri, eriniləri dünyaya gətirmişdir. Ondan törənmiş titanlar dəhşətli ilahi qüvvəyə malik idilər. Belə ki, titan Okean çox nəhəng olub yeri tamam bürümüşdür. Uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın — yerin bətnində — zülmət Tartarda gizlətmişdir. Titanomaxiya zamanı yüzqolluların azadlığa çıxmasına imkan yaranmış olur. Müharibə on il davam etsə də bu və digər tərəf üstünlüyü əldən vermir. Bu zaman Geya Kronun bir vaxtlar Tartara salmış olduğu yüzqollulartəpəgözlər azad etməsini məsləhət görür. Azad edildikdən sonra olimplərə köməyə gələn təpəgözlər Zevsə şimşək və ildrımı, Aidə "kineyi" — gözəgörünməz edən, it dərisindən olan, papağı verirlər. Zevs ildırım və şimşəyi sağa-sola çaxdıraraq hər tərəfi oda, alova qərq edir, okeanı qaynadır. Üç yüzqollular isə malik olduqları üçyüz əl-qol vasitəsilə düşmən istiqamətinə nəhəng qayaları atırlar. Titanlar nəhəng sal qayalar altında qalaraq əzilmiş olurlar, beləliklə də müharibənin taleyi həll edilmiş olur. Qaliblər məğlubları zəncirləyərək Tartara atırlar. Zevs yüzqolluları tartara salınmışların bir daha geri qayıda bilməmələri üçün ğözətçi təyin edir.

Hekatonxeirlər
Titanların Hekatonxeirlərin atdıqları qayaların altinda əzilməsi.
Titanların Hekatonxeirlərin atdıqları qayaların altinda əzilməsi.
Mifologiya Yunan
Adının izahı Yüzqollular
Yunanca adı ἑκατόγχειρες
Atası Uran
Anası Geya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. Apollodor Bibliotheke 1.1.7 und Hyginus Mythographus astronomica (praefatio)
  • Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1
  • Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5
  • Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8
  • Менелаос Стефанидис, Яннис Стефанидис, ГРЕЧЕСКАЯ МИФОЛОГИЯ, БОГИ ОЛИМПА, Издательство "СИГМА", 2009, Lekanidi St.30, GR-173 43 Athens, Greece ISBN 978-960-425-078-3