Müqəddəs Yelisey monastırı (Ağdərə)

Müqəddəs Yelisey kompleksi (erm. Եղիշէ Առաքեալի վանք) və ya Yegiş Arakel MəbədiMurovdağın ətəyində, Ağdərə rayonunun SuqovuşanTəpəkənd kəndləri arasında yerləşən tarix-memarlıq kompleksi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.[1]

Müqəddəs Yelisey monastırı
erm. Եղիշէ Առաքեալի վանք
Kompleksin ümumi görünüşü
Xəritə
40°20′08″ şm. e. 46°41′37″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Ağdərə rayonu
Yerləşir Suqovuşan kəndi, Tərtər çayının sahili
Aidiyyatı Alban Həvari Kilsəsi
Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyası
Sifarişçi III Mömün Vaçaqan
Tikilmə tarixi V əsr
Üslubu Qafqaz Albaniyasının memarlığı
İstinad nöm.4035
ƏhəmiyyətiYerli əhəmiyyətli
Müqəddəs Yelisey monastırı (Azərbaycan)
Müqəddəs Yelisey monastırı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kompleksə daxil olan ilk tikililərin inşası Qafqaz Albaniyasının Arşakilər sülaləsindən olan hökmdarı III Mömin Vaçaqanın adı ilə bağlıdır.[2] Moisey Kalankatlının "Alban ölkəsinin tarixi" əsərində bu monastır haqqında deyilir:

" ... Müqəddəs Yeliseyin görkəminin meydana gəlməsi cəsəd qalıqlarının aparılmasını və lazım olan yerdə dəfn olunmasını zəruri etdi, müqəddəs ierey Stefan onun başını Urekan kəndində torpağa tapşırdı. Oradan quru cəsəd qalıqlarını müqəddəs Ners-Mihra qardaşlığına köçürdülər və bu yer indi Cirviştek adlanır.[3] "

Həmin məlumatdan aydın olur ki, məbəd Ners-Mihr qardaşlığında mnsub olmuş, sonradan Qafqaz Albaniyasında xristianlığı təbliğ edərkən həlak olmuş müqəddəs həvari Yeliseyin qalıqlarının bir hissəsinin Tərtər rayonunun Talış kəndindəki Ürəkvəng monastırından buraya köçürülməsindən sonra monastır Müqəddəs Yelisey monastırı adlanrırılmışdır.[2]

Monastır kompleksinin əsas kilsə binası 1264-cü ildə köhnə kilsənin daşlarının istifadə edilməsi ilə yenidən inşa olunmuşdur. Kilsənin divarındakı inşaat kitabəsində deyilir: "Mən, arxidyakon Serob, bu müqəddəs yerdə köhnə təməl üzərində müqəddəs həvarinin şərəfinə kilsə inşa etdim. İl 704 (1264)"[4]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Monastır kompleksi mürəkkəb relyefə malik dağlıq ərazidə yerləşir. Monastırın yerləşdiyi təpənin ətrafı sıldırım qayalar və sıx meşəliklə əhatə olunmuşdur ki, bu da abidəyə yaxınlaşmanı mürəkkəbləşdirir.[2] Təpənin kompleks yerləşən cənub tərəfi vertikal qayalıq şəklində formalaşıb, digər üç tərəfdən isə təpə möhkəm qala divarları ilə əhatə olunub.[2]

Kompleksə kafedral kilsə, yeddi sovməə, qədim məzarlıq və digər dağılmış tikililər daxildir.[2] Abidədə ilkin tədqiqat işləri aparmış M. Barxudaryanın sözlərinə görə, tağlı zal formasına malik olan kilsə "…çox qədim dövrə aiddir, onun memarlığı sadə, hündürlüyü qeyri-adi yüksəkliyə malik, üslubu isə zövqsüzdür."[5]

Müqəddəs Yelisey kilsəsi

[redaktə | mənbəni redaktə et]

Əsrlər boyunca monastırın başkilsəsi müxtəlif inşaat və yenidənqurma işlərinə məruz qalmışdır. 1264-cü ildə yenidən inşa edilmiş kilsə planda tərəfləri 4x8 metrə bərabər olan düzbucaqlı formasına malikdir.[6] kilsənin altar yerləşən şərq tərəfi yer səviyyəsindən 60 sm yuxarı qaldırılmış və daxildən yarımdairəvi formaya malikdir.[6] Hazırda onun kobud daşdan toxunulmuş divarlarının hörgüsündə arxaik memarlıq detallarına malik daha qədim kvadrat formalı daşları da görmək mümkündür. 10x5.8 metr ölmülərə malik olan əsas kilsə binasının iki giriş qapısı vardır: qapılar cənub və qərb tərəfdə yerləşirlər.[2]

Monastırın başkilsəsi olan Müqəddəs Yelisey kilsəsi planlaşdırma həlli, zalla eyni enə malik olan altar apsidası, dəstək tağlarının olmaması və iki giriş qapısı ilə erkən orta əsrlərə aid Qafqaz Albaniyası bazilikalarını, xüsusilə GavurqalaMingəçevir kilsələrini xatırladır.[6] G. Məmmədovanın fikrincə, memarlıq xüsusiyyətləri nəzərə alındıqda, Müqəddəs Yelisey kilsəsinin erkən orta əsrlərə aid daha qədim kilsənin təməlləri üzərində inşa edildiyi və onun memarlıq xüsusiyyətlərini təkrarladığına şübhə qalmır.[6]

Gavit kilsənin memarlığına uyğun inşa edilmişdir. Planda kvadrat formaya malik zaldan ibarət olan tikilinin tağtavanı iki pilon vasitəsiylə saxlanılır. Gavitin timpanında yerləşdirilmiş kitabədən məlum olur ki, tikili 1284-cü ildə inşa edilmişdir.[2] Kilsənin içində və ətrafında onlarla qədim məzar vardır.[2]

Kilsənin hər iki tərəfində ondan eyni məsafə aralığında sovməələr yerləşir: cənub tərəfdə onların sayı üç, şimal tərəfdə isə dörd ədəddir. Sovmələrin hamısının inşasında yerli yonulmuş daşlardan istifadə edilmişdir.[2] Sovmələrdə bir neçə dəfə bərpa işlərinin həyata keçirilməsi açıq müşahidə edilir. Əslində onlar sərdabə və ya türbə kimi istifadə edilmişlər.[2] Sərdabələrdən birində Qafqaz Albaniyasının hökmdarı III Mömin Vaçaqanın, ikincisində Craberd knyazı Atamın, digərində isə yepiskop Məliksətin məzarları vardır.[2]

Sovməələrdən ən böyüyü kilsənin cənub tərəfində yerləşir. Düzbucaqlı formaya malik olan tikilinin daxili həcmi pilyastrlar vasitəsiylə iki hissəyə ayrılmışdır.[6] Planda kvadrat formasına malik olan (3.65x3.70 m) birinci hissə yarımdairəvi tağtavanla örtülmüşdür. İkinci hissə yer səviyyəsindən 40 sm yuxarı qaldırılmış və bərabər ölçüyə malik tağtavan örtülü və yarımdairəvi formalı iki apsidaya malikdir. Apsidaların hər biri şərq divarında yerləşən bir ədəd kiçik pəncərə ilə işıqlandırılır. Cənub və şimal divarlarında isə iki nişə malikdirlər.[6]

Şimal tərəfdə, kilsədən ən uzaqda yerləşən sovməə də anoloji memarlıq həllinə malikdir. Ölçülərinə görə birinci sovməədən kiçik olan (2x72x4.60 m) bu tikilinin apsidalarında nişlər də yoxdur. Ümumilikdə sovmələrin hamısının inşasında kobud yonulmuş daşlardan inşa edilmişdir. Onlar iki hissəli binəyə malikdir.[6]

Kompleksin iki apsidalı sovməələri nə Qafqaz Albaniyasının memarlığında, nə də qonşu ölkələrin memarlığında anologiyaya malik deyil.[7] G. Məmmədova hesab edir ki, bunu sövməələrin iki məzar üzərində inşa edilməsini və dəfn edilənlərin hər biri üçün bir altarın nəzərdə tutulmasını ehtimal edir.[7]

Monastır kompleksinin ətrafında da çoxlu sayda tarixi abidələr, o cümlədən müxtəlif dövrlərə aid xaçdaşlar, XIII və sonrakı əsrlərə aid məzarlar vardır.[2]

  1. "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyul 2020.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Мкртчян, 1989. səh. 56
  3. Каганкатваци, Мовсес. История страны Алуанк (в 3-х книгах) / Перевод с древнеармянского Ш. В. Смбатяна. Ереван: Институт древних рукописей им. Маштоца — Матенадаран. 1984. səh. 26.
  4. Бархударянц, 1895. səh. 20
  5. Бархударянц, 1895. səh. 23
  6. 1 2 3 4 5 6 7 Мамедова, 2004. səh. 106
  7. 1 2 Мамедова, 2004. səh. 107
  • Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
  • Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989
  • Бархударянц, Макар, Арцах, Баку, 1895