Mədrəsə (qəsəbə)

Bu məqalə Mədrəsə qəsəbəsi haqqındadır. Digər mənalar üçün Mədrəsə (dəqiqləşdirmə) səhifəsinə baxın.

MədrəsəAzərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə.

Mədrəsə
40°36′47″ şm. e. 48°33′47″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 738 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.200 nəf. (2011)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Mədrəsə xəritədə
Mədrəsə
Mədrəsə

Şamaxı r-nu Mədrəsə qəsəbəsi i.ə.d.-də qəsəbə. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Ləngəbiz silsiləsinin ətəyindədir. 19 əsrdə Şamaxı qəzasının Qoşun sahəsində Mədrəsə kəndi (483 ailə, 2774 nəfər) qeydə alınmışdır. Qədim yaşayış məntəqələrindən olan kəndin adı ehtimal ki, bu ərazidəki dini məktəbin adındandır. Mədrəsə ərəb dilində "tədris müəssisəsi, məktəb" mənasındadır. Keçmişdə Mədrəsə kəndinin ətrafı, oradakı Cümə məscidinin malikənəsi vəqf torpağı olmuşdur. Hazırda kənddə Qərbi Azərbaycandan köçürülənlər yaşayırlar.[1][2]

Tam orta məktəb, klub, kitabxana və tibb məntəqəsi var.

Qəsəbədə Mədrəsə qəsəbə məscidi dini icması fəaliyyət göstərir[3].

Qəsəbə əhalisini etnik AzərbaycanlılarAxısqa türkləri təşkil edir[4] 13 – 22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Mədrəsə qəsəbəsində 2.115 nəfər (1.037 nəfəri kişilər, 1.078 nəfəri qadınlar) əhali yaşayırdı[5].

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Mədrəsə qəsəbəsinin 2.2 min nəfər əhalisi vardır[6]

  1. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti", II cild, Bakı, "Şərq-Qərb", 2007, s. 101
  2. N. Bəndəliyev "Dağlıq Şirvanın toponimləri", Bakı, "Elm", s.134
  3. MÜSƏLMAN DİNİ İCMALAR — 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)
  4. Şamaxı Rayon İcra Hakimiyyəti: Rayon haqqında: Əhalisi [ölü keçid]
  5. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Şamaxı rayonu [ölü keçid]
  6. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 2.5. 2012-ci ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı Arxivləşdirilib 2012-06-26 at the Wayback Machine (min nəfər)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]