Mazımçay kilsəsi və ya Mazımgəray kilsəsi - Balakən rayonunun Mazımçay kəndi yaxınlığında yerləşən, zal-tağ formalı alban kilsəsidir.[1] 4.7x4.7 metr ölçüyə malik olan kilsə əhəngdaşından inşa edilmişdir. Kilsə şərq fasadından baxdıqda beşbucaqlı formaya, daxildən isə nalformalı apsidya malikdir. G. Məmmədova qeyd edir ki, “...kilsənin bu cür memarlıq həlli Kiş kilsəsinin planını xatırladır, yeganə fərq, Kiş kilsəsinin apsidasının yarımdairəvi formaya malik olmasıdır.”[2]
Mazımçay kilsəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Balakən |
Yerləşir | Mazımçay |
Aidiyyatı | Alban Həvari Kilsəsi |
İstinad nöm. | 4154 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Yeli əhəmiyyətli |
|
Mazımgəray kilsəsini fərqləndirən əsas xüsusiyyət şərq divarı istisna olmaqla, hər divarında bir giriş qapısının (ümumilikdə üç qapı) yerləşməsidir. Planlaşdırma həlli, apsidanın nalformalı olması, inşaatda istifadə edilmiş yaxşı yonulmuş əhəng daşı tikilinin erkən orta əsrlərə aid olmasından xəbər verir.[2]
Gürcüstan tədqiqatçısı İ. Adamia “Sainqilo” adlı əsərində bu kilsə haqqında məlumat verərkən abidəni “Dzeli Çxoveli” adlandırır[3] ki, bu da gürcü dilindən hərfi tərcümədə “kilsə sütun”[2] anlamını ifadə edir.
Məbəd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |