Qabaqtəpə kilsəsi - Daşkəsən rayonu Qabaqtəpə kəndinin mərkəzində, yolun kənarında yerləşən məbəd.
Qabaqtəpə kilsəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Daşkəsən |
Yerləşir | Qabaqtəpə |
Tikilmə tarixi | XV əsr |
|
Məbəd albanlara məxsus olmuşdur və tikilmə tarixi 15 əsrə aid edilir. Məbəd üçnefli düzbucaqlı bazilikadan ibarətdir. Bazilikanın xarici ölçüləri 21.75 X 13.30 metrdir. Təəssüf ki, erməni barmağı bu məbəddən də yan keçməyib. Məbədə məxsus nadir əşyalar başqa ünvanlara daşınıb. Daxildən möhtəşəm görünən bu məbədin xarici quruluşu olduqca yığcam formadadır. Məbədin hazırda bərpaya ehtiyacı var.
Məbəd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |