Xilaskar kilsəsi — Kəlbəcər rayonunun Yayıcı kəndində yerləşən tarix-memarlıq abidəsi. Ehtimal ki, Xilaskar kilsəsi XI əsrin sonlarında inşa edilmiş, XIII əsrdə isə yenidənqurma işləri aparılmışdır.[1]
Xilaskar kilsəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Kəlbəcər |
Yerləşir | Yayıcı |
Aidiyyatı | Xaçın knyazlığı |
Tikilmə tarixi | XI-XIII əsrlər |
Üslubu | Qafqaz Albaniyasının memarlığı |
|
|
Xilaskar kilsəsi monastır kompleksindən dövrümüzə çatmış yeganə tikilidir. Kilsə xaçvari plana malikdir. Kilsənin divarları daxildən əhəng məhlulu ilə üzlənmişdir. Döşəmə kimi isə yonularaq düzləşdirilmiş qayadan istifadə edilmişdir.
Kilsənin giriş portalının timpanında onun sifarişçisinin adı qeyd edilmiş kitabə vardır: "…Həsənin oğlu Vaxtanqın hakimiyyəti dövründə biz, Arbasayrın oğlanları İohann, Sərkis, Qriqor və Serob öz hesabımıza Xilaskar kilsəsini inşa etdirdik."[2]
Kitabədə inşa tarixi qeyd edilməsə də, 1214-cü ildə vəfat etmiş Xaçın knyazı Vaxtanqın qeyd edilməsi abidənin inşa tarixini müəyyən etməyə imkan verir. Ehtimal ki, Xilaskar kilsəsi XI əsrin sonlarında inşa edilmiş, XIII əsrdə isə yenidənqurma işləri aparılmışdır.[1]
Xilaskar kilsəsi monastır kompleksindən dövrümüzə çatmış yeganə tikilidir. O, Tərtər çayının sağ sahilində, yerləşir. Kilsənin qərb tərəfi sıldırım qalayarla əhatə olunmuşdur. Şimaldan meyvə ağacları ilə zəngin olan sıx meşə ilə əhatə edilmişdir. Bu cür coğrafi yerləşməsi, həmçinin olduqca uğurlu tapılmış nisbətləri sayəsində məbəd incə və monumental görünüşə malikdir.[3]
Kilsə, planda tərəfləri 5.2x4.2 metr olan xaçvari plana malikdir.[1] Şərq apsidası istisna olmaqla xaçın qanadları daxildən yaxşı vurğulanmış düzbucaqlı konfiqurasiyaya malikdir.[1] Onlar kəsişmə künclərində olan pilyastrlar üzərində ucaldılmış dörd tağ vasitəsiylə birləşdirilmişdir.[1] Pilyastrlar həm də dörd pəncərə yeri olan günbəz barabanını saxlayır.[1]
Xaçın şərq, cənub və şimal qanadlarının yan divarlarında pəncərə yerləri vardır. Şimal və cənub qanadlarının divarlarında 4 niş vardır ki, onlardan da 2-si oval, 2-si isə kvadrat formalıdır.[1]
Kilsənin divarları daxildən əhəng məhlulu ilə üzlənmişdir. Döşəmə kimi isə yonularaq düzləşdirilmiş qayadan istifadə edilmişdir. Xilaskar kilsəsinin daha qədim dövrə aid olan kilsə üzərində inşa edildiyini qeyd edən Ş. Mkrtçyan bunun əsas göstəriçisi kimi iki hissəli binə qatını göstərir.[1]