Müqəddəs Stefan kilsəsi — Xocavənd rayonunun Tuğ kəndində yerləşən XII əsrə aid tarix-memarlıq abidəsi. Kilsə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.[1]
Müqəddəs Stefan kilsəsi | |
---|---|
39°35′04″ şm. e. 46°57′50″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Xocavənd |
Yerləşir | Tuğ kəndi |
Aidiyyatı | Dizaq məlikliyi |
Əsas tarixlər | 1747 - Dizaq məliyi Məlik Yeqan və oğlu Yesai tərəfindən bərpa etdirilib. |
Tikilmə tarixi | XIII əsr |
Vəziyyəti | qəzalı |
İstinad nöm. | 4320 |
Kateqoriya | Kilsə |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Kilsə Tuğ kəndinin cənub-qərb tərəfindəki qəbirsanlıq ərazisində yerləşir. M. Barxudaryants öz əsərində kilsəninin timpanındakı kitabənin tərcüməsini verir: “1196-cı ilin yayında (miladi təqvimlə 1747-ci il) Məlik Yeqan və onun oğlu Məlik Yesai Stepanos kilsəsinin damını bərpa etdirdilər. Ruhumuzun xatirəsinə həsr olunsun.”[2]
Kitabədən məlum olur ki, kilsə daha əvvəl də mövcud olub və Məlik Yeqan oğlu ilə birlikdə onun təmirini həyata keçiriblər.[3] Dövrümüzə çatmış tikilinin inşasında həmin ərazidə olmuş daha qədim kilsənin inşaat materiallarından, həmçinin çoxlu sayda xaçdaş və məzar daşlarından istifadə edilmişdir. Qarabağın Dağlıq ərazisinin dini memarlığında bu hala tez-tez rast gəlinir: XIV-XV əsrlərdə dağıdılmış qədim məbədlərin yerində XVI-XVIII əsrlərdə inşa edilən tikililərdə qədim binaların qalıqları və inşaat materialları da istifadə edilir.[3]
İncəsənət tarixçisi Karen Mkrtçyan ehtimal edir ki, Müqəddəs Stefan kilsəsi qədim bütpərəst məbədinin yerində inşa edilmişdir.[3]
Kilsə, planda düzbucaqlı zal formasına malik olmaqla, tağtavan (12x7.8 m), şərq tərəfində isə altar və köməkçi otaqlara malik tikilidir.[3] Kilsənin divarları çapılmış və kobud yonulmuş daşlardan tikilmişdir. Fasad üzlənmələrində kobud yonulmuş daşlardan, tağ, həmçinin pəncərə və qapə çərçivələrinin hörgüsündə isə yaxşı yonulmuş daşlardan istifadə edilmişdir.[3]
Binanın əsas ağırlığını daşıyan pilonların hörgüsündə butobeton əsasdan istifadə edilmiş, üzlənmədə isə yaxşı yonulmuş daşlar tətbiq edilmişdir. Apsidanın hörgüsü qədim tikilinin təməlini gizlətməmişdir. Günbəzli qədim tikilinin qalıqlar yalnız tikilinin daxilində deyil, həm də eksteryerində cənub divarın qarşısında aydın görünür.[4] Kilsənin hazırk ibadət zalı həcm-məkan kompozisiyası ilə Ktişvəng monastırının narteksini xatırladır.[4] Hər iki tikilidə yan nef mərkəzi nefdən divarvari kolonnada ilə ayrılmışdır.[4]
Kilsənin mərkəzində yerləşən qeyri-adi formalı pilon onun həcmini iki hissəyə bölür: kiçik hissədə qədim məzarlar vardır.[4] Ərazinin relyef xüsusiyyətlərinə görə, kilsənin döşəməsi bəzi hissələrdə yer səviyyəsindən 1.5 metr aşağıdadır.[4]
Kilsənin divarlarında ümumilikdə 51 xaçdaş vardır. Onlar arsında həm ənənəvi bərabər qollu alban xaçları, həm də aşağı qolu uzanmış XIII-XV əsr xaçdaşları vardır. Xaç daşların bir çoxu kitabələrlə bəzədilmişdir.
Kilsə ətrafndakı onlarla qədim məzar daşları üzərində atlı, ovçu, musiqiçi motivləri ilə bəzədilmiş çoxlu bədii səhnələr vardır.[4]