Müqəddəs İohann kilsəsi (Tuğ)

Müqəddəs İohann kilsəsiXocavənd rayonunun Tuğ kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.[1]

Müqəddəs İohann kilsəsi
Xəritə
39°35′07″ şm. e. 46°57′57″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Xocavənd
Yerləşir Tuğ kəndi
Aidiyyatı Dizaq məlikliyi
Əsas tarixlər XII əsr- bərpa edilib
XVIII əsr - bərpa edilib
Tikilmə tarixi III-V əsrlər
İstinad nöm.250-1
KateqoriyaKilsə
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Müqəddəs İohann kilsəsi (Azərbaycan)
Müqəddəs İohann
kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kilsə ermənilər tərəfindən bərpa edilməzdən əvvəl.

Kilsə Tuğ kəndinin mərkəzində yerləşir. Ümumi xüsusiyyətləri və nisbətləri ilə Xocalı rayonunun Çanaqçı kəndindəki kilsəni xatırladır. K. Mkrtçyan kilsənin plan və həcm-məkan kompozisiyası xüsusiyyətlərinə görə erkən bazilikalardan biri olduğunu qeyd edir.[2]

Kilsənin dövrümüzə çatmamış xaç altlığında yerləşdirilmiş kitabədə deyilirdi: “1185-ci ilin (1736-cı il) yayı. Müqəddəs İohann kilsəsinin damı vardapet Qukasın oğlu Məlik Yeqan tərəfindən bərpa etdirilmişdir. Kim oxusa, heç olmasa bir dəfə desin: Allah rəhm elə.”[3]

Abidənin kitabəsini oxuyaraq nəşr etmiş Makar Bərxudaryan qeyd edir ki, bina özü daha qədim tarixə malik olmaqla ən geci XIII əsrdə inşa edilmişdir.[4] Tuğdakı Müqəddəs Stefan kilsəsi kimi bu məbədin də daha qədim dövrə aid məbədin yerində inşa edildiyi müəyyən olunmuşdur.[5] Kilsə apsidasının sağ tərəfində, köməkçi otağın girişinin qarşısında döşəmə səviyyəsindən bir qədər yüksəkdə nəhəng sütun altlıqlarının qalıqları görünür.[5]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Müqəddəs İohann kilsəsi böyük maililiyə malik ərazidə inşa edilmişdir. Kilsənin qərb divarı bütövlükdə qayaya sıxılmış olsa da, şərq divarı tamamilə açıqdır və hətta təməli də görünür.[2] Buna görə də qərb divarında bir, şərq divarında isə üç pəncərə yeri açılmışdır.

Kilsənin yeganə qapısı cənub divarında, daş qala divarları ilə əhatə olunmuş kiçik həyətdən açılır. 12.9x21.7 metr ölçülərə malik zalın tavanı yerli daşlardan hazırlanmış dörd pilona söykənir. Cənub divarının hörgüsündə yaxşı yonulmuş kvadrat formalı daşlar, digər divarlarda isə yarımyonulmuş daşlar istifadə edilmişdir.[5] Tağtavanın yüksəkliyi səbəbiylə damın tərəfləri sərt maililiyə malikdirlər.[5]

Həyətin cənub-şərq tərəfi dairəvi qala bürcü ilə müdafiə olunur. Buradan bütün kənd ərazisinə, həmçinin ətraf bağlar və dağlara gözəl mənzərə açılır.[2] Həyətin cənub tərəfində iki mərtəbəli bina vardır. Binanın ikinci mərtəbəsinin qapısı həyətə açılır, birinci mərtəbəsi isə yalnız həyətdən görünür.[5]

  1. "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyul 2020.
  2. 1 2 3 Mkrtçyan, 1989. səh. 79
  3. Bərxudaryan, 1895. səh. 74
  4. Bərxudaryan, 1895. səh. 75
  5. 1 2 3 4 5 Mkrtçyan, 1989. səh. 80
  • Mkrtçyan, Ş. M., Историко-Архитектурные Памятники Нагорного Карабаха, İrəvan, 1989
  • Bərxudaryan, Makar, Арцах, Bakı, 1895