Müqəddəs Tanrı anası kilsəsi (Tağaser)

Müqəddəs Tanrı anası kilsəsiXocavənd rayonunun Tağaser kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.[1]

Müqəddəs Tanrı anası kilsəsi (Tağaser)
Xəritə
39°31′24″ şm. e. 47°00′40″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Xocavənd
Yerləşir Tağaser kəndi
İstinad nöm.234
KateqoriyaKilsə
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Müqəddəs Tanrı anası kilsəsi (Azərbaycan)
Müqəddəs Tanrı anası kilsəsi

Kilsə iki inşaat kitabəsinə malikdir. Onlar hər ikisi iç tərəfdən portal timpanına yerləşdirilmişdir.[2] Kitabələrdən məlum olur ki, kilsə 1635-ci ildə kənd sakinlərinin iştirak ilə inşa edilmişdir. Bu kilsə vaxtilə mövcud olmuş və dövrümüzə çatmamış daha qədim və daha kiçik ölçülü kilsə ilə üzbəüz yerləşirdi.[3]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Təpə ətəyində yerləşən kilsə, tut və qoz bağları ilə əhatə olunmuşdur. Müqəddəs Tanrı anası kilsəsi dörd pilona malik bazilikadır. Kilsə narteksindən dövrümüzə yalnız yarıdağınıq kilsə binası qalmışdır [2]

Böyük ölçülərə malik kilsə tağtavana və iki tərəfli dam örtüyünə malikdir. Şərq apsidasının hər iki tərəfində köməkçi otaqlar yerləşir. Divar hörgüsündə kobud yonulmuş bazalt daşlar və əhəng məhlulundan istifadə edilmişdir. Adi daşlarla yanaşı hörgüdə qədim məzar daşları və xaçdaşlar da istifadə edilib.[3]

  1. "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyul 2020.
  2. 1 2 Mkrtçyan, 1989. səh. 113
  3. 1 2 Mkrtçyan, 1989. səh. 114
  • Mkrtçyan, Ş. M., Историко-Архитектурные Памятники Нагорного Карабаха, İrəvan, 1989
  • Bərxudaryan, Makar, Арцах, Bakı, 1895