Cəhmiyyə

İslam

İslam Tarixi

İmanın şərtləri

TövhidMələklər
KitablarPeyğəmbərlər
MəadAxirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadətNamaz
OrucHəcc
Zəkat

Etiqad məzhəbləri
ƏşərilərMatüridilərQədərilər (Mötəzililər)CəbrilərMürcilərCəhmiyyəMüşəbbihilərSələfilər
Fiqh məzhəbləri
Sünnilər:
HənəfilərMalikilərŞafiilərHənbəlilər
Yox olmuş məzhəblər:
ZahirilərAuzailərLeysilərSəvrilərCəririlər

Şiələr:
İmamilər (Cəfərilər (ƏxbarilərÜsulilərŞeyxilər)ƏləvilərƏnsarilərQızılbaşlar) • Zeydilər
İsmaililər (QərmətilərXaşxaşilərFəthilərXəttabilər)VaqifiyyəRafizilər (Batinilər)QeysanilərXürrəmilərBaziğiyyəQurabiyyə
Xaricilər:
MühakkiməƏcrədilər (MeymunilərSəələbilər) • ƏzraqilərBəyhəsilərİbadilərNəcdatilərSüfrilər

Həmçinin bax

SufilərYəsəvilikNəqşibəndilikSührəvərdilikXəlvətilikSəfəvilikBayramilikBəktaşilikCəlvətilikCərrahilikÇiştiyyəEhqaqiyəGülşənilikHürufilikKübravilikMəlamətilikMövləvilikNemətullahiyyəNöqtəvilikQələndərilikQadiriyyəRahmaniyyəRifailikRövşənilərSənusilərŞaziliyyəZahidiyyəNüseyrilərDruzlarİslam fəlsəfəsi

Cəhmiyyə (ərəb. الجهمية‎) — banisi Cəhm ibn Səfvan olan islamda ilkin ideoloji məktəblərdən biri. Cəhm də öz növbəsində bu fikirləri müəllimi Caad ibn Dirhəmdən qəbul etmişdir.

Nümayəndələri

[redaktə | mənbəni redaktə et]

Cəhm ibn Səfvan (vəfatı 745) Səmərqənddə anadan olmuş, əvvəlcə Termezdə, sonra isə Kufədə yaşamış və orada cəbari Caad ibn Dirhəmlə tanış olmuşdur. O, Caadın davamçısı və ideyalarının təbliğatçısı olur. Vətənə qayıdan kimi fikirlərini bölüşməyən üləma ilə teoloji mübahisələr aparmağa başlayır. Sonralar Xorasanın Əməvi valisinə qarşı qiyamda iştirak etmiş və Mərvdə[1] tutularaq edam edilmişdir. Cəhmi görüşlərinin ən məşhur təbliğatçıları arasında Bişr əl-Marisi (vəfatı 833) var. XI əsrin əvvəllərində cəhmilər Nəhavənddə fəaliyyət göstərsələr də, onların bəziləri əşərilərin təlimlərini qəbul etməyə məcbur olmuşlar[2].

Cəhmilərin inancları

[redaktə | mənbəni redaktə et]

Orta əsr müsəlman alimləri cəhmiləri ya mürcilər, ya da cəbrilər kimi təsnif edirdilər. Bir çox cəhmi baxışları sünnilər tərəfindən bidətçi kimi tanınır, hətta bəzən bir insanı İslamdan çıxarır. Beləliklə cəhmilər, müsəlmanların dini doktrinasının mühüm bir hissəsi olan Allahın bütün ad və sifətlərini inkar edirlər. "İman" məfhumunun təfsiri məsələsində cəhmilər mürcilərə bənzəyərək, imanın ancaq Allah haqqında elm, küfrün isə onun barəsində cahillik olduğunu iddia edirlər. Onlar həmçinin cənnət və cəhənnəmin gec-tez yox olacağını bəyan ediblər ki, bu da həm Qurana, həm də Məhəmməd peyğəmbərin (s.a.v) sünnəsinə ziddir.

Qədər məsələsində cəhmilər insanın iradə azadlığına malik olmadığına və öz əməllərinə məcbur edildiyinə sadiqdirlər. Allahın zatının sualına isə cəhmitlər panteist olub deyirlər ki, Allah hər yerdədir və məxluqların hər biri ilə bir yerdədir. Bundan əlavə, saleh müsəlmanların Allahı cənnətdə görmə ehtimalını da inkar edirlər.

Cəhmiliyin tənqidi

[redaktə | mənbəni redaktə et]

Cəhmiliyin meydana çıxmasından bu yana bu hərəkat ortodoksal islamın bir çox görkəmli nümayəndələrinin tənqid obyektinə çevrilmişdir. IX əsrdə cəhmilərin təlimlərinə dair çoxsaylı "təkziblər" meydana çıxır ki, onların müəllifləri Əhməd ibn Hənbəl, İbn Quteybə, İbn Qəyyim Cövziyyə, Osman əd-Darimi ("Cəhmitlərin təkzibi") və başqaları. Cəhmilərin tənqidçiləri Əbu Bəkr əl-Beyhəqi, Əbu Hamid əl-Qəzali, İbn Həcər əl-Əsqəlani, İbn Teymiyyə, İbn Kəsir və bir çox başqaları idi.

  1. "Ибн Сафван // Новый философский словарь". 2013-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-30.
  2. Прозоров, 1991