Madayların şəxs adları

Madayların şəxs adlarıMadaylar arasında yayılmış şəxs adları.

MannaMidiya dövlətləri yaranmazdan əvvəl onların ərazilərində xırda çarlıqlar mövcud idi. Eramızdan əvvəl IX əsrdən başlayaraq Assur çarlarının bu ölkələrə qarşı qarətçi hərbi səfərləri barədəki salnamələrində çoxlu şəxs adları qeyd olunmuşdur. Midiyalıların İrandilli olması konsepsiyasına uyğun olaraq bir sıra Qərbi Avropa və rus tarixçiləri bu adların əksəriyyətini İran dilləri vasitəsilə izah etməyə çalışmışlar, lakin sonradan aparılan araşdırmalar Midiya adlarının əsasən türkmənşəli olduğunu göstərmişdir. Maraqlıdır ki, Manna və Midiya adlarının bir hissəsi Şumer dili əsasında izah olunur. Bu heç də həmin xalqların sonrakı şumerlər olduğu demək olmasa da bəzi şumer allahlarının adlarının mannalı və midiyalı şəxs adlarında iştirak etməsi də faktdır.[1]

  • A m a k a r (er. əv. 820-ci il) — Ehtimal ki, şumer dilində ama – ana və kar – qiymətli, yaxud gar –yerləşdirmək, yerinə qoymaq sözlərindən ibarətdir. Ad Ana (ilahə ana) qiymətlidir, yaxud Ana (ilahə ana) yerinə qoydu mənasında teofor addır.
  • E n q u r (er. əv. 821-ci il) — E. A. Qrantovskiyə görə, bu şəxs adı fars dilində əngur – üzüm sözündəndir[2]. Müəllif bilmir ki, Ur-Enqur hakim adı (er. əv. 2112–2095) hələ şumerlərdə vardı, o vaxt orada farslar yox idi. Şumer dilində En – Göy allahı və qur – izin verdi sözlərindən ibarət olmaqla teofor adlardandır.[1]
  • A r t a s i r a r (er. əv. 820-ci il) — İ. M. Dyakonov bu adda qədim farsca məcazi mənada arta – möminlik, zahidlik, insaf, mürvət) sözünü görmüş, lakin adın sirar komponentini izah edə bilməmişdir. Adın arta komponenti hürritcə ardi pay, qismət, hədiyyə deməkdir.[1]
  • A r t a s a r i (er. əv. 820-ci il) — Midiyada Şurdir ölkəsinin hakiminin adı. E. A. Qrantovskiyə görə, İranmənşəli arta və farsca sər – baş sözlərindən ibarətdir[3]. Ehtimal ki, hürritcə ardi – pay, hədiyyə sözündən və şumerlərdə Sar allahının adından ibarət teofor adlardandır. Ad Sar allahının hədiyyəsi, payı (ata-anaya) mənasındadır.
  • P i r i ş a t (er. əv. 820-ci il) — E. A. Qrantovski onun farsca pari – əvvəllər və şad – sevinc sözlərindən ibarət olduğunu yazmışdır[4]. Ehtimal ki, naməlum Piri və akkadca şat – sevinc (aydındır ki, er. əv. III minillikdə semit mənşəli akkad dilində şat – sevinc sözü fars mənşəli ola bilməzdi) sözlərindən ibarət teofor addır. Akkadlarla Baburişat Babu (allahı) sevinir şəxs adı ilə müqayisə olunur. Ad qədim türkcə də izah oluna bilər və qədim türkcə şat-cürətli, cəsarətli, ürəkli, qoçaq[5] sözü ilə də əlaqədar ola bilər. Onda quruluşca Türk xaqanlığında Kürşad, xəzərlərdə MoxoşadBulişad (VII əsr) xan adları ilə müqayisə olunur.
  • T i t a m a ş k a (er. əv. 820-ci il) — E. A. Qrantovski ehtimalla İranmənşəli ad sayır[4]. Şumer dili əsasında izah olunsa, onda ehtimal ki, naməlum di, şumercə da – allahın qərarı ilə, meş – igid, adam və ku – pay, bəxşiş, qismət sözlərindən ibarət olmaqla təxminən Allahın qərarı ilə (ata-anaya) igid payı (verildi) mənasındadır. Türkcə titim – qüvvətli, qoçaq, igid[6], yaxud tetim – davamlı, dözümlü, möhkəm dayanan, müqavimət göstərən[7] və mənası bilinməyən aşka sözlərindəndir. Orta Asiyada Kuşan dövləti (I–IV əsrlər) Vasişka, KanişkaXubişka çar adları, Albaniyada yaşayan massagetlərin (maskutların) hakimi Sanatrukun sərkərdəsi Anariska, XVI əsrdə Sibirdə Tom tatarlarının başçısı Aşkeney[8] adları ilə müqayisə olunur. Adın ikinci komponenti olan aşka sözü ehtimal ki, türkcə asıq, aşiq – faydalı, xeyirli sözündən və Altay dilləri üçün səciyyəvi ay sönluğundan ibarətdir. Qədim türklərdə bu sözdən yaranmış şəxs adları vardır. 552-ci ildə Türk xaqanlığının banisi Bumın xaqan öldükdən sonra yerinə oğlu Kara İsık Xan keçmişdi. Qədim Uyğur xanlarından birinin adı Aşik-Teymur idi[9]. Çingiz xanın atası Esuqay bahadırın adındakı Esuq komponenti də bu adların sırasına aid edilə bilər.[1]
  • Z a r i ş (er. əv. 820-ci il) — İranmənşəli ad sayılır və farsca zər – sarı, qızıl sözü ilə əlaqələndirilir[10]. Ehtimal ki, şumercə Sar allahının adı ilə bağlı teofor addır. Türk-monqolca Sar – Ay və eş – kimi, ona bərabər sözlərindən ola bilər. Er. əv. V əsrdə Orta Asiyada saklarda çariça Zarina (sar – Ay və ənə – ana sözlərindən) şəxs adı ilə müqayisə olunur.
  • Z a n z a r (er. əv. 820-ci il) — İranmənşəli ad sayılır və farsca zana – tayfa və qədim hindcə zar – hərəkət etdirmək, başçılıq etmək sözləri ilə əlaqələndirilir[11]. Türkcə sanqi (monqolca sanca) – sayılan, hamı tərəfindən tanınan, məşhur və ər – kişi, igid, döyüşçü sözlərindəndir. XVIII əsrə aid Xivə xanlığının arxivindəki sənədlərdə 6 nəfər şəxsin adı Sanqi kimi qeyd olunmuşdur[12]. Orta Asiyada Səlcuq sultanlarından Səncər Məlik şah (1086–1157), XIII əsrin əvvəllərində Buxarada xalq hərəkatının başçısı Səncər Məlik və XVIII əsrdə Altayda Kuzen mahalında mülkədar Sanzer[13] və s. şəxs adları müqayisə olunur. Şumercə sanq – başçı, kahin (qədim türkcə sanqi – sayılan, hamı tərəfindən tanınan sözünün eynidir) və Sar (allahın adı) sözlərindən də ola bilər.[1]
  • Ş u m a (er. əv. 820-ci il) — Akkadca şu – məxsusdur sözündən və şumerlərdə Uma ilahəsinin adındandır. Ad ―Uma (allahına) məxsusdur mənasındadır.[1]
  • T a b a y (er. əv. 820-ci il) — Ehtimal ki, semit mənşəlidir və taba – rəhmli, mərhəmətli sözündəndir. Akkad mənşəli İli – taba Mənim allahım rəhmlidir adı ilə müqayisə olunur.[1]
  • A m a m a ş (er. əv. 820-ci il) — Ehtimal ki, şumercə ama – ana (ilahə ana) və meş – igid, qəhrəman sözlərindən ibarət olmaqla teofor addır. Ad Amanın (allahın) igidi mənasındadır.[1]
  • T a r s i x u (er. əv. 820-ci il) — Hürrit dilində tar – qüdrətli və şumercə zi – rəhmli, mərhəmətli və ku – pay, qismət, hədiyyə sözlərindən ibarətdir. Teofor addır. Bu ad mərhəmətli qüdrətlinin (yəni allahın) payıdır (ata-anaya) mənasındadır.[1]
  • Z a b a n (er. əv. 820-ci il) — Şumercə za – ürək və ban – yaradan (allah) sözlərindən ibarət teofor addır. Ad ürəyi yaradan allahdır mənasındadır.[1]
  • U r s i (er. əv. 820-ci il) — Bu ad kasların Urzi-qurumaş çar adının Urzi komponenti ilə eynidir. Şumercə ur – kişi, adam, (qədim türklərdə ur – onul) və zi – gözəl, xoş, rəhmli, mərhəmətli sözlərindən ibarətdir. Şumerlərdə Ur-Huma – Huma allahının adamı, Ur-sak – Kişi-baş (qul) və b. şəxs adları ilə müqayisə olunur. Ya da şumercə ur – sayan, hörmətini saxlayan və zi – həqiqi, mömin, ədalətli sözlərdən ibarət olmaqla (Allaha) həqiqi pərəstiş edən mənasındadır. Bu adı hürritcə ur – (u) hzi – ədalətli, sözü ilə də əlaqələndirmək olar.[1]
  • H a n a s i r u k a (er. əv. 820-ci il) — E. A. Qrantovskiyə görə, hind dilindəki sana – qədim, köhnə və farsca zirək sözlərindən ibarətdir[14]. Q. Qeybullayev isə qeyd edir ki, ad şumercə An allahının adından (başdakı h semit mənşəli artırmadır), azir – gözləyən, mühafizə edən və uku – övlad, oğul sözlərindən ibarət təmiz türk mənşəlidir. Hanasiruka An (allahının) mühafizə etdiyi (qoruduğu) varis, (oğul) mənasındadır.[1]
  • P a m a t e y a (er. əv. 744-cü il) — Er. əv. 674-cü ilə aid asur mənbələrində Midiyada Remateya şəxs adı çəkilir. İranmənşəli ad sayılmış və qədim farsca rava-tavu sözlərindən sevincli, kimi mənalandırılır[15][16]. Türkcə ırım – qabaqcadan xəbər verən[17] və ata (atay) sözlərindəndir. Qamata (qədim farsca Qaumata) şəxs adı ilə müqayisə olunur.[1]
  • A d a d a n u (er. əv. 820-ci il) — E. A. Qrantovskiyə görə, qədim hindcə danu – rəşadətli, şanlı, Avesta dilində ada – əvəz, qarşılıqlı sözlərindəndir[18]. Şumercə ada ata, da – (Allahın) qərarı ilə və ni – verdi, mükafatlandırdı sözlərindəndir. Ad – Allahın səyi ilə ata verdi kimi aydınlaşdırıla bilər.[19]
  • K i a r a (er. əv. 820-ci il) — Teofor (allah adları ilə bağlı ad) ad olmaqla şumer dilində Ki – Yer Allahı və ara qul[20] sözlərindəndir. Bütünlükdə ad Yer allahının qulu deməkdir. Qeyd edilməlidir ki, bu şəxs adındakı Ki – Yer Allahı sözü er. əv. 713-cü ilə aid mənbədə qeyd olunan midiyalı Kibaba şəxs adında da vardır. Həmin ad şumercə Ki – Yer Allahı, ba – vermək, bağışlamaq sözlərindən, həmin dildə adların sonlarında iştirak edən ba – fonetik komponentindən[21] ibarət olub, yer Allahının verdiyi (bağışladığı) mənasındadır.[19]
  • M u n s u a r t a (er. əv. 820-ci il) — Bir sıra tədqiqatçılar bu adı arta komponentinə görə onu iranmənşəli saymış və beləliklə, MannadaMidiyada hələ er. əv. IX əsrdə qədim farsların yaşadığını yazmışlar, lakin onlar bu adın Munsu hissəsini izah edə bilməmişlər. Əslində isə ad şumercə mu – mənim, mənim adım, zu – müdrik (allah) və Artasari adında olduğu kimi hürritcə ardi – pay, hədiyyə sözlərindən ibarətdir. Bu teofor ad təxminən müdrik (Allahın) payıyam mənasını verir. Manna və Midiyaya hurrit mənşəli sözlərin iştirak etməsi təəccüblü sayıla bilməz, ona görə ki, hürritlər Manna ərazisində də yaşayırdılar.[19]
  • B a q d a t t i (er. əv. 716-cı il) — İranmənşəli ad sayılır. Məhz bu ada görə İ. M. Dyakonov[22] , E. A. Qrantovski[23] er. əv. VII əsrdə Urmiya gölü ətrafında artıq farsların yaşadığı nəticəsinə gəlmişlər. Y. B. Yusifov Baqdatti adının türk-monqol mənşəli boqdo – müqəddəs sözündən və -ti (-li) şəkilçisindən ibarət olduğunu yazmışdır[24]. Q. Qeybullayev isə qeyd edir ki, ehtimal ki, şumercə bak – parıldamağa başlamaq və Utu – Günəş allahı sözlərindəndir. Ad ―Günəş (allahı) parıldadı mənasındadır.[19]
  • K a r a k k u (er. əv. 714-cü il) — İranmənşəli ad sayılır və qədim fars dilində kara – xalq, camaat sözü ilə əlaqələndirilir. Sonra da ermənilərdə Karapet şəxs adı ilə müqayisə edilir[25], halbuki qədim fars dilindəki kara sözü türk mənşəlidir və ermənilərə də farslardan keçmədir. Ehtimal ki, lulubilərdəkaslarda Kuri allah adından və şumercə uqu – övlad sözlərindəndir.[19]
  • A d a (er. əv. 716-cı il) — Türkcə ədə sözündəndir. Qara dənizin şimal çöllərində yaşayan skiflərdə Ada şəxs adı ilə eynidir.[19]
  • P a y u k k u (er. əv. 714-cü il) — Assur dilində k səsi qoşalaşdırılmışdır. Ehtimal ki, şumercə ba – bağışlandı və uku – övlad, oğul, varis sözlərindəndir.[19]
  • H u m b e (er. əv. 714-cü il) — Şumer mifologiyasında Humdada personajının adı ilə səsləşir.[19]
  • D u s a n n i (er. əv. 714-cü il) — İran mənşəli ad sayılır[26]. Şumercə du – rəhmli (allah), sa – ürək və ni – verdi, bağışladı sözlərindəndir. Ad rəhmli (allah) ürək verdi (ürək verməklə mükafatlandırdı) mənasındadır.[19]
  • U z i (er. əv. 714-cü il) — E. A. Qrantovskiyə görə, Avesta dilindəki uz – hörmət etmək, saymaq Грантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970, səh 237 sözündəndir. Şumercə uzu – gələcəkdən xəbər verən (azərbaycanca yozmaq felinin kökündə bu söz qalır), qədim türkcə uz – bacarıqlı, təcrübəli, mahir[27] sözündəndir. Quruluşca VI əsrin ortalarında alanların başçısı Soraziy (yazılışı yunancadır, əslində Sar-Uziy) şəxs adı ilə müqayisə oluna bilər.[19]
U z u m a n d a (er. əv. 714-cü il) — Şumercə uzu gələcəyi xəbər verən, müdrik, man – mən və da (Allahın) qərarı ilə sözlərindən ibarətdir. Ad Mən müdrik allahın qərarı ilə mənasındadır.[19]
  • Z a t a (er. əv. 714-cü il) — Ehtimal ki, şumercə sa, za – ürək və da (allahın) köməyilə sözlərindən ibarətdir. Ad (allahın) köməyi ilə verilmiş ürək mənasındadır.[19]
  • D u r i s i (er. əv. 714-cü il) Semit mənşəli akkad dilində duri – (mənim) dayağım və Sin (Allah) sözlərindəndir.[19]
  • A n z i (er. əv. 714-cü il) — Şumer dilində An (Ana) Göy allahı və zi, zu –bilmək sözlərindəndir. Şumerlərdə ensi, kassilərdə (kasslarda) yanzi, yanzu –hakim sözü ilə eyni mənşəlidir. Erkən orta əsrlərdə uyğurlarda Enç-Buka şəxs adının[28] birinci komponenti olan enç (i) sözü ilə müqayisə olunur.[19]
  • M a ş d a y a u k k u (er. əv. 714-cü il) — İran mənşəli ad sayılır və farslarda Ahuramazda (Hörmüz) allahının adı ilə əlaqələndirilir[29]. Şumercə maşda – məbəd təsərrüfatının adamı və uku – oğul, varis sözlərindən ibarətdir. Ad məbəd təsərrüfatında işləyəcək oğul mənasındadır.[19]
  • K a k i (er. əv. 714-cü il) — Er. əv. 520-ci ilə aid bir mənbədə də Midiyada Kaki şəxs adı qeyd olunur. Er. əv. 859-cu ilə aid asur mənbəində göstərilən Kaki adlı mannalı hakimin adı ilə eynidir. Şumer dilində Ki-ag (a) – sevimli[30] sözündəndir. Türkcə qaqa –böyük qardaş sözü ilə müqayisə olunur.

Z a r d u k k u (Er. əv. 717-ci il) — Asur dilində k səsi qoşalaşdırılmış və sonuna u adlıq hal şəkilçisi əlavə olunmuşdur. Əsl formasının Zarduk olması güman edilir. Şumercə Sar, Şar allah adından və duk – rəhmli, mərhəmətli[20] sözlərindəndir. Ad mərhəmətli Sar (allahı) mənasındadır.[19]

  • K a r z i n u (er. əv. 713-cü il) — Adın sonundakı u asur dilində əlavə olunduğuna görə əsl adı Karzin kimi bərpa olunur. Şumercə qar – qiymətlidir və Sin allahının adından ibarət teofor addır. Sin (allahı) qiymətlidir deməkdir.[1]
  • Z a n a s a n a (er. əv. 674-cü il) — İ. M. Dyakonova görə, fars dilindəki hşana –tayfası olan, əsil-nəsilli deməkdir. Şumercə sa, za – "ürək", An (allah adı) və san (q) – ən birinci, ilkin, başçı, kahin sözlərindən ibarət teofor addır.[1]
  • E p a r t u (er. əv. 674-cü il) — Şumercə ina – (o) seçdi, ərə qul və Utu (Günəş allahı) sözlərindən ibarət teofor addır. Təxminən Utu (Günəş allahı) qul seçdi mənasındadır.[1]
  • K a ş t a r i t a (er. əv. 673-cü il) — Assur irticasına qarşı üsyan qaldırmış Midiya hakiminin adı. Midiyada Kas tayfasının başçısı. İranmənşəli ad sayılır və qədim farsca hşadrua – hakim, hökmdar kimi mənalandırılır[31], lakin prof. Q. Qeybullayev bu ağlabatan fikir deyil, çünki ayrılıqda hökmdar sözü şəxs adına çevrilə bilməz. Adın qədim farsca yazılışı düz, asurca yazılışı isə səhvdir. O, qeyd edir ki, Kaştarita Kas (kaş) etnonimindən, türk-monqol dillərindəki tərə, tari, törü – qanun, qayda[32] və tay – kimi sözlərindəndir. Ad kasların qanun-qaydasına riayət edən mənasındadır. Quruluşca VIII əsrin ortalarında uyğurlarda Kut-Tore xanın adı ilə uzlaşır.[1]
  • Q a u m a t a (er. əv. 519-cu il) — Fars hakimiyyətinə qarşı üsyan qaldırılmış və çarlığı ələ almış midiyalı maqın adı. Bisutun qaya yazısının qədim farsca variatında Qaumata, babilcə variatında Qumata kimi qeyd olunmuşdur. Adın qədim farsca yazılışında həmin dilin qrammatik qanunlarına uyğun "u" səsi əlavə olunmalıdır. Məsələn, həmin qaya yazısında Midiya toponimləri olan Payşibat və Sakabat qalalarının adları Payşiyaubad və Sakayaubat kimi yazılmış və deməli, hər iki toponimdə "u" səsi artırılmışdır. Deməli, Qaumata kimi yazılmış ad əslində Qamata olmaqla türkcə qam – şaman, həkim, qabaqcadan xəbər verən, yozucu və ata – nəsildə və ailədə başçı sözlərindəndir. Ad şamanların başçısı , şaman ata mənasındadır. Adın bu etimologiyasını ilk dəfə prof. F. Cəlilov təklif etmişdir.[33] V əsrin erməni tarixçisi Moisey Xorenli I əsr hadisələrindən danışarkən Ermənistanda Paskam (yazılışı ermənicədir) şəxs adını çəkir[34]. Bu ad türkcədir, ona görə ki, həmin müəllif Paskamın nəslindən Türk (ermənicə yazılışda Tork) adlı şəxsi qeyd edir və onu kobud cizgili, hündür boylu, yöndəmsiz, yastı burunlu, batıq gözlü, dəhşətli baxışlı, nəhəng bədənli, və qüvvətli kimi xarakterizə edir. Bu da monqoloid irqə mənsub adamın xarici görünüşünün təsviridir. Ona görə Paskam türkcə Baş qam mənasını verir. Hunlarda Eşkam (Dost qam), Krımda Bospor çarlığında er.əv. III əsrdə üsyan qaldırmış skif Samvak (yazılışı qədim yununcadır, türkcə kam, qam – şaman və bak – bəy, tayfa başçısı sözlərindən; azərbaycanlılarda Qambay şəxs adı bu sıraya aid edilə bilməz, çünki mənşəcə himayəçi, hami, müdafiəçi mənalarında monqollarda Qombo şəxs adının fonetik formasıdır), Kitabi Dədə Qorqudda Qamxan, orta əsrlərdə Türkmənistanda sufi şeyx Seyid- Ata[35] şəxs adları ilə muqayisə olunur.

Herodotun əsərində Midiya yer və şəxs adlarının hamısı təhrifə uğramış formalardadır. Herodot yazır ki, onun məlumatçıları (informantları) farslar olmuşlar.[36]. Deməli, farsca olmayan adlar fars dilinə uyğunlaşdırılmış şəkildə tələffüz olunmalı, Herodot isə farsın tələffüzündə eşitdiyi adları yunan dilinə uyğun tərzdə yazmalı idi.

  • D e y o k (er. əv. VIII əsr) Asur mənbəyində Dayaukku. Asur dilində "k" səsi qoşalaşdırılmışdır. Əsl forması Dayauk olmuşdur. İ. M. Dyakonov bu adın qədim farsca dahuyi – ölkə, tayfa ittifaqi (fars dilində dəh – kənd sözünün qədim forması) və -k şəkilçisindən ibarət olduğunu yazmışdır[37], lakin düşünməmişdir ki, ölkə, tayfa ittifaqı sözü heç vaxt şəxs adına çevrilə bilməz. Ad şumercə da – (Allahın) qərarı ilə və uku – övlad, varis (qədim türkcədə də uk – varis, oğul, nəsil[38] sözlərindən ibarətdir. Ad Allahın qərarı ilə doğulmuş övlad mənasındadır.[1]
  • K i a k s a r Midiya çarı (er. əv. 625–584) — Kiaksar Manna və Midiya ərazisinə arasıkəsilməz basqınlar və qarətçi – hərbi səfərlər keçirmiş təcavüzkar Assur çarlığına son qoymuş şəxsdir. Kiaksar şəxs adının əsl formasını bərpa etmək çətinlik yaratmışdır. Herodot fars məlumatçısından eşitdiyi adı qədim yunan dilinə uyğun surətdə yazmışdır. Er.əv. 519-cu ilə aid Bisutun qaya yazısında bu ad Huvaxştra Asur mənbələrində bir neçə midiyalının adında satar komponenti nəzərə çarpır: Satarpay, Satarpanu, Sataret və b. Ona görə də Kuvaksatar şəxs adındakı satar komponentinin türkcə şat – vəliəhd, şahzadə və ər – kişi, igid, döyüşçü sözlərindən ibarət olduğunu güman edilir . XVIII əsrdə Xivə xanlığının aid arxiv sənədlərində qaraqalpaqlarda 9 nəfər Sadır şəxs adı çəkilir[12]. İ. M. Dyakonov və E. A. Qrantovski adlarda satar sözünü qədim fars mənşəli hşatra – hakimiyyət sözünün asurca yazılışı sayır[22] və bunun əsasında Maday etnosunun Ari mənşəli (fars mənşəli) olduğunu yazırlar, lakin yuxarıda deyilənlər bu fikrin yanlış olduğunu göstərmişdir.[1] Orta Asiyada sak çarlarından biri Saksatar (bu adı er.əvvəl II əsr müəllifi Polien çəkir) şəxs adı məlumdur. Adın birinci komponenti Şərqi hun xaqanı Metenin oğlu Kiek (yazılışı çincədir, Kuyak, Kuvak kimi də oxuna bilər) və Çingiz xanın nəvəsi Quyuk xanın (1205–1248) adlarında da vardır. Kiaksar (Huvaxştra) şəxs adının dəqiq mənasını müəyyən edilməmişdir. Əgər bu ad məhz Herodotun yazdığını kimi səslənmişsə, onu şumer dilində kiak – sevimli[30] sözündən və Sar (Şar) – Aşur allahının adından ibarət olduğunu və (allahı) sevimlidir mənasını verdiyini ehtimal etmək olar. Belə halda Kiaksar Midiyada teofor adlardandır.[1]
  • A s t i a q* [39]. Midiyanın axırıncı çarı Astiaq madayların tarixində qara səhifə açmış şəxslərdəndir. Onun öz sərkərdəsi Harpaqa (əslində Arpaq) qarşı ədalətsiz münasibəti (oğlunu öldürüb ətini atasına yedizdirməsi) Harpaqın Astiaqa qarşı vuruşan fars ordusunun tərəfinə keçməsinə və bununla da Herodotun rəşadətli kişilər adlandırdığı[40] midiyalılardan hakimiyyətin farslara keçməsinə səbəb olmuşdur. Herodotun Astiaq kimi yazdığı ad er. əv. 519-cu ilə aid Bisütun qaya yazısının farsca versiyasında İştivequ, babilcə versiyasında İştimequ (bu dildə v səsi yox idi) formalarındadır[41]. İ. H. Əliyev bu adı Elam mənşəli saymış və elamca İştu allahının adının əks etdirdiyini yazmışdır[42]. Həqiqətən də Midiyada ondan əvvəl İşteluku və İştesuku şəxs adları məlumdur, lakin o, adın ikinci hissəsini izah edə bilməmişdir. Qeyd edilməlidir ki, qaya yazısının farsca versiyasında da adın sonunda u səsinin yazılması göstərir ki, bu səs, adətən, asur dilində adların sonuna əlavə olunan u adlıq hal şəkilçisi deyil. Ehtimal ki, ad Elam mənşəli İştu allahının adından və şumercə be şəkilçisindən və gu – mənimdir sözlərindən ibarət olmaqla İştu (allahı) mənimdir mənasındadır. Bəlkə də Elam mənşəli İştu (yaxud hurritcə İştu parlaq) allahının adından, şumercə be – hökmdar, bəy, cənab və ku – mənimdir sözlərindən ibarətdir. Ad hökmdar İştu allahım mənasındadır.[1]
  • H a r p a q* [43] Çar Astiaqın qohumu, Maday ordusunun komandanı. Adın əvvəlinə h səsi əlavə olunmuşdur. Şumercə ara, ərə – qul (məbəd təsərrüfatında işləri qul), ba – bağışlamaq və ku – qismət, pay sözlərindən ibarət teofor ad olub (Allah) qul payı bağışladı mənasındadır. Er. əv. 713-cü ilə aid asur mənbəyində çəkilən midiyalı Arbaku adının eynidir.[1]
  • M a z a r e s* [44] Harpaqdan qabaq Midiya ordusunun komandanı[44] olmuş Midiyalı şəxsin adı. Şumercə mez – ər, kişi, və ere – qul sözlərindən ibarət olmaqla (Allahın qulu, kişisi) mənasındadır. Sondakı s yunan dilində əlavə olunmuş şəkilçidir.[1]
  • M a n d a n a Çar Kiaksarın qızının adı[45]. Şumercə Man – mən, da – (Allahın) qərarı ilə və Ana (Göy allahı) sözlərindən ibarət teofor addır. Mən Göy allahının qərarı ilə mənasındadır.[1]
  • D a t i s* [46] İranmənşəli ad sayılmışdır. Er. əv. 820-ci ilə aid asur mənbəyində Dada şəxs adı ilə eynidir. Türkcə dədə sözündən olan Daday şəxs adının sonuna qədim yunanca is şəkilçisinin əlavə olunması ilə təhrif olunmuş addır. Şərqi türk xaqanlığının xanı Dota (VII əsrin əvvəlləri) xanın adı ilə müqayisə olunur.
  • A r t e m b e r* [47]. Midiyalı bir zadəganın adıdır. Əksər tədqiqatçılar art komponentinə görə, İranmənşəli ad sayırlar. Ehtimal ki, hürritcə ardi – pay, qismət, pay, şumercə am – bu, budur və par – parladı, işıqlandı sözlərindən ibarət olmaqla teofor addır. Təxminən Bu (yəni doğulmuş körpə allah tərəfindən verilmiş) paylayan paydır mənasındadır.[1]
  • P a k t u o s* [39] Şumercə bak – yaradan və Utu (Günəş allahı) sözlərindən ibarət teofor addır. Ad Utu (Günəş allahı) yaradandır mənasındadır. Adın sonundakı os Herodotun əlavə etdiyi qədim yunan mənşəli adlıq hal şəkilçisidir.[1]

Er.əv. V əsrdə yaşamış tarixçi Ktesi Midiyada aşağıdakı çar adlarını qeyd etmişdir:

  • A r t i k Türkcə ər – kişi, igid, döyüşçü və tın (q) – möhkəm, qüvvətli[49] sözlərindəndir. Bu adın ikinci komponenti 558-ci ildə Bizansa göndərilmiş Avar xaqanlığının səfiri Kandixin adındakı dix komponenti ilə eynidir (ad türkcə kan – "xan" və tınq sözlərindən ibarətdir) — XVIII əsrə aid Xivə xanlarının arxivindəki sənədlərdə Artik bəy, Artiq Muhəmməd, Artuq biy və b. şəxs adları vardır.[1]
  • M a n d a u k Şumercə man – "mən", da – (Allahın) qərarı ilə və uqu – övlad (qədim türkcə uk – varis, oğul) sözlərindən ibarət teofor addır. Təxminən Mən Allahın qərarı ilə övladam mənasındadır.[1]
  • A r t u k Şumercə ara, ərə – "qul" və Utu (k) – Günəş Allahı sözlərindən ibarət teofor ad olub Utu (k) Allahının qulu mənasındadır. Akkadlarda şumer mənşəli Marduk (şumercə amar – bala və Utu (k) – Günəş Allahı sözlərindən Utu Allahının balası deməkdir) Allahının adı ilə müqayisə oluna bilər.
  • A s t i b a r Midiyada bir hakimin adı. İ. M. Dyakonov bu adı Arştibara kimi götürərək (deməli, ada r və a səslərini əlavə edərək) onun farsca nizə (mızraq) daşıyan mənasında olduğunu yazmışdır[50]. Ehtimal ki, Elam mənşəli İşti allahının adından və şumercə bar – parıldadı sözündən ibarət teofor addır. İştu (allahı) parladı (parıldadı) mənasındadır.[1]
  • A s p a d Midiyada bir hakimin adı. Farsca əsb – at sözünə görə bu adı İranmənşəli sayırlar. Əslində ad şumercə aş – "bir", vahid və ipa (d) – o (yəni, Allah) seçdi sözlərindən ibarət olub Allah bircə (onu) seçdi (yəni dünyaya gətirdi) mənasında teofor addır.[1]

Maraqlıdır ki, MannaMidiyada şəxs adlarının çoxusu şumer mənşəlidir. Q. Qeybullayev qeyd edir ki, bunun səbəbini izah etmək çətindir. Müxtəlif mülahizələr irəli sürmək olar. Birincisi, çoxminillik qarşılıqlı əlaqələr nəticəsində şumerin teofor şəxs adları mannalara və madaylara da keçmişdir; Qeyd edilməlidir ki, bu adlar akkadlarda, elamlardaurartulularda da bu və ya digər dərəcədə vardır. İkincisi, mannaların və madayların ulu əcdadları olan kutilərlulubelər mənşəcə şumerlərlə eyni etnik kökə mənsubdur. Üçüncüsü, şumerlərin bir hissəsi mannaların və madayların əcdadlarına qarışmışdır. Ümumi nəticə budur ki, şumerlər, kutilər, lulubelər, nisbətən sonra gəlmiş kaslarkaspilər türk mənşəli etnoslar idilər.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994
  2. Грантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970, səh 203
  3. Грантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970, səh 185
  4. 1 2 Грантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970, səh 195
  5. Древнетюркский словарь, М., 1969, səh 521
  6. Севортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, III, 218
  7. Древнетюркский словарь, М., 1969, səh 556
  8. Абаев В. И. Скифо-сарматские наречия. "Основы иранского языкознания. Древнеиранские языки". М., 1979, səh 363
  9. Меликсетбеков Л. М. Обзор источников по истории Азербайджана. Вып. II, Баку, 1939, səh 130
  10. Грантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970, səh 214
  11. Грантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970, səh 213
  12. 1 2 Документы архива хивинских ханов по истории и этнографии каракалпаков. М., 1967
  13. Потапов Л. П. Очерк истории алтайцев. Новосибирск, 1948, səh 314
  14. Грантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970., səh 205
  15. Дьяконов И. М. История Мидии. М. — Л., 1956, səh 262
  16. Грантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970, səh 234
  17. Радлов В. В. Опыт словаря тюркских наречий, т. I–IV , III, I, səh 19–20
  18. Грантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970
  19. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkül tarixindən, Bakı, 1994
  20. 1 2 Дьяконов И. М. Языки древней Передней Азии. М., 1967, səh 50
  21. Дьяконов И. М. Языки древней Передней Азии. М., 1967 , səh 42
  22. 1 2 Дьяконов И. М. История Мидии. М. — Л., 1956
  23. Грантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970, səh 68
  24. Юсифое Ю. Б. Историческая антропонимия Азербайджана. Ономастика Узбекистана. Ташкент, 1989, səh 146
  25. Грантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970 , səh 267
  26. Дьяконов И. М. История Мидии. М. — Л., 1956, səh 277
  27. Севортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982 , I, 306–307
  28. Тихонов Д. И. Хозяйство и общественный строй уйгурского государства X–XIV вв. М. —Л., 1966, səh 144
  29. Дьяконов И. М. История Мидии. М. — Л., 1956, səh 214
  30. 1 2 Дьяконов И. М. Языки древней Передней Азии. М., 1967, səh 81
  31. Грантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970, səh 209
  32. Древнетюркский словарь, М., 1969, səh 349
  33. Cəlilov F. A. Azərbaycan dilinin morfologiyası, Bakı 1988, səh 262
  34. История Армении Моисея Хоренского. Пер. Н. Эмина. М., 1893
  35. История Туркменской ССР, том 1, Ашхабад, 1955, səh 373
  36. Herodot, I, 95
  37. Дьяконов И. М. История Мидии. М. — Л., 1956, səh 178
  38. Севортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, I, səh 582
  39. 1 2 Herodot, I, 153
  40. Herodot, I, 96
  41. Дьяконов И. М. История Мидии. М. — Л., 1956, 18
  42. Алиев И. Г. Мидия—древнейшее государство на территории Азер-байджана. "Очерки но древней истории Азербайджана". Баку, 1956, səh 78
  43. Herodot, I, 162
  44. 1 2 Herodot, I, 137
  45. Herodot, I, 107
  46. Herodot, VI, 94
  47. Herodot, I, 114
  48. Алиев И. Г. История Мидии. Баку, 1960, səh 95
  49. Древнетюркский словарь, М., 1969
  50. Дьяконов И. М. История Мидии. М. — Л., 1956, səh 27