Miroslav Klozenin milli komandada vurduğu qolların siyahısı
Miroslav Kloze 2001-2014-cü illər ərzində keçirdiyi 137 oyunda vurduğu 71 qol ilə Almaniya millisinin tərkibində ən çox qol vurmuş futbolçudur. O, həmçinin 2002 və 2014-cü illər aralığında FİFA Dünya Kubokunda keçirdiyi 24 matçda 16 qol vurmaqla FİFA Dünya Kubokunun bombardiri adına sahib olmuşdur. Milli komandada iştirak etdiyi 13 il ərzində onun qol vurduğu heç bir matçda Almaniya millisi məğlub olmamışdır.
Kloze millidə qol hesabını debüt matçında FİFA Dünya Kuboku 2002 seçmə mərhələsində Albaniyaya qarşı keçirilmiş və 2-1 hesabı ilə qalib gəldikləri oyunda açdı. 2002-ci ilin fevralın 13-də Kayzerslautern şəhərində yerləşən Fritz-Valter stadionunda İsrail üzərində 7-1 hesablı qələbədə o, rəsmi matçlarda ilk şəxsi Avstriya millisinin 6-2 hesablı məğlub edildiyi matçda ikinci het-trikə imza atdı. 2002-ci ildə iştirak etdiyi ilk FİFA Dünya Kuboku turnirinin yekununda 5 qol ilə Rivaldo ilə birgə turnirin ikinci ən çox qol vurmuş oyunçusu adını qazandı. Onun turnirdə qol hesabı isə Sapporo Doum stadionunda Səudiyyə Ərəbistanına qarşı keçirilmiş oyunda het-trik ilə başladı ki, həmin matçda Almaniya millisi 8-0 hesablı qələbə qazandı.
Kloze2006 FİFA Dünya Kubokunun açılış oyununda 2 dəfə fərqlənərək yekunda millisinin Kosta-Rika üzərindı 4-2 hesablı qələbəsini təmin etdi həmçinin qrupun son oyununda Ekvador millisinin qapısından 2 top keçirməyə müvəffəq oldu. O, iştirak etdiyi sayca ikinci Dünya Kuboku turnirini 5 qol ilə başa vurdu və nəticədə turnirin FİFA Dünya Kuboku Qızıl Buts mükafatını qazandı. 2008-ci il 10 sentyabrda 2010 FİFA Dünya Kuboku seçmə mərhələsində səfərdə Finlandiya ilə 3-3 hesabı ilə bitən oyunda bir daha het-trikə imza atdı. Cənubi Afrikada keçirilmiş mundialda isə 4 qol vurdu ki, bunlardan ikisi yarımfinal mərhələsində Argentina ilə keçirilən və 4-0 hesabı ilə yekunlanan oyunda vuruldu. Bu matç həmçinin onun millidə 100-cü oyunu oldu. 2014-cü ilin 6 iyun tarixində isə Kloze millidə keçirdiyi 132-ci oyunda 69-cu qolunu vurdu. Mayns şəhərində keçirilmiş yoldaşlıq oyununda Almaniya millisi Ermənistan üzərində 6-1 hesablı qələbə qazandı. Bu nəticədən sonra o, Gerd Müllerin 62 oyunda vurduğu 68 qol rekordunu təzələmiş oldu. Bundan əlavə Kloze2014 FİFA Dünya Kuboku turnirində daha 2 dəfə fərqlənərək yekunda 137 oyuna 71 dəfə fərqlənməklə milli karyerasını başa vurdu. Onun sonuncu qolu ev sahibi Braziliya millisinə qarşı keçirilmiş Braziliya – Almaniya matçında vuruldu ki, beləcə o, turnirin rekord bombardiri olan Ronaldonu qabaqlayaraq Dünya Kubokunda vurduğu qolların sayını 16-ya çatdırdı.
Əlavə olaraq Dünya Kuboku final turnirlərində vurduğu 16 qoldan savayı Kloze seçmə mərhələlərdə 13 qol vurmuşdur. Həmçinin UEFA Avropa Çempionatının final mərhələsində 3 qol seçmə mərhələlərdə isə 16 qol vurmuşdur. Vurduğu qolların 23-ü yoldaşlıq oyunlarında vurulmuşdur. Ən çox qol vurduğu millilərin siyahısına 6 qol ilə Avstriya 5 qol ilə Azərbaycan və İsveç yığmaları daxildir.