Muğanlı (Şərur)

MuğanlıAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd.

Muğanlı
39°32′ şm. e. 44°56′ ş. u.
Ölkə  Azərbaycan
Muxtar respublika Naxçıvan MR
Rayon Şərur rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 1.193 nəfər
Xəritəni göstər/gizlə
Muğanlı xəritədə
Muğanlı
Muğanlı

Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər.

Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.[1]

Əhalisi 1193 nəfərdir.(2009 - cu il)[2] Baba Tağıyev — Azərbaycan Respublikası Milli Məclisinin deputatı.

  1. Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. II cild, səh. 119.
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629