Nərimanlı (Goranboy)

Nərimanlı (əvvəlki adı: Leninkənd) — Azərbaycan Respublikasının Goranboy rayonunun Nərimanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Goranboy rayonunun Cinli Boluslu kənd inzibati-ərazi vahidinin tərkibindəki Leninkənd kəndi Nərimanlı kəndi adlandırılmışdır.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Nərimanlı kəndi Çinli Boluslu kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Nərimanlı kənd inzibati-ərazi vahidi yaradılmışdır.[2]

Nərimanlı
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı

Kənd XX əsrin əvvəllərində Cənubi Azərbaycandan gəlib rəncbərlik edənlərin və 1918-ci ildə Ermənistandan qovulmuş azərbaycan ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1921—ci ildə N.Nərimanovun (1870-1925) şərəfinə Nərimanov, 1932-ci ildən sonra isə Leninkənd adlandırılmışdı. 1997-ci ildən kəndin adı Nərimanlı kimi rəsmiləşdirilmişdir.[3]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 994 nəfər əhali yaşayır.[4]

  1. "Azərbaycan Respublikasının Biləsuvar, Zərdab, İsmayıllı, Yardımlı, Goranboy, Tovuz və Cəlilabad rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı". 5 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 July 2022.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-23.
  3. Nərimanlı (Goranboy) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]