Qazançı — Azərbaycan Respublikasının Goranboy rayonunun Qazançı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 10 oktyabr 2006-cı il tarixli, 151-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Qazançı kəndi Goranlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qazançı kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Qazançı | |
---|---|
40°40′35″ şm. e. 46°43′17″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Kəndin keçmiş adı Miskinli Qazançı olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Miskinli kəndindən (indiki Şəmkir rayonu) köçüb gəlmiş ailələr bina etmişlər.[3] Oykonim kazan etnonimi və -çi şək.-sindən ibarətdir. Türkdilli qədim bulqarların kazan (qazan) tayfasının adını əks etdirir. Mənbələrə görə, onlar ilk dəfə eradan əvvəl II əsrdə bulqarların tərkibində Zaqafqaziya ərazisinə gəlmişlər. Eramızın ilk əsrlərində hunların, onların ardınca suvar və avarların, daha sonralar isə xəzərlərin tərkibində Azərbaycanda məskunlaşmışlar. İnqilabdan əvvəl bütün Qafqazda tərkibində qazan sözünün iştirak etdiyi 24 toponim və hidronim qeyd edilmişdir. Azərbaycanda işə Qazancı adlı 10 kənd mövcud idi. Hazırda Azərbaycanda 3 Qazan, 4 Qazançı oykonimi, 4 Qazan oronimi, 3 Qazan hidronimi məlumdur. Şimali Amerikada Qazançay şəhəri, Türkmənistanda Qazancıq şəhəri, Tatarıstanda Kazan şəhəri, Kazanka çayı, Ukraynada Kazanka dəmiryolu stansiyası, Kazanskaya şəhəri, Qaraqalpakda Qazan Ketken kəndi, Özbəkistanda Qazanqışlaq, Qazan kəndləri, Tula vilayətində Kazanovka kəndi, Tümen vilayətində Qazan kəndi, Kerç burnunda Kazantip, Qazaxıstanda Qazan şupkur, Novo Kazanskaya kəndləri, Ermənistanda Qazançı kəndi və Dağıstan ərazisində Qazan və Qazan Kulan kəndləri, Cənubi Azərbaycanda Kazanabad, Qazanağılı, Qazan, Kürdüstanda Qazanqara, Mərkəzi İranda Qazancı kəndləri vardır. Qeyd etmək lazımdır ki, qazan etnonimi ilə əlaqədar kəndlər Türkiyədə və müasir Bolqarıstan ərazisində də vardır. XIII-XIV əsrlərdə qıpçaqların tərkibində qazan tayfasının olduğu göstərilir.[4]
Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 411 nəfər əhali yaşayır.[5]
Goranboy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |